Məhkəmə qərarları › İş №2(012)-4739/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4739/2021

30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4739/2021 30.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh və X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X2 qarşı mənzilə dair 22.06.2011-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçılara aid edilməsi, cavabdehlərin öz aralarındakı razılaşmaya əsasən maraqlı şəxslə tərtib etdikləri aktın hüquq və öhdəliklərinin ötürülməsinə dair maliyyə arayışının və hərrac yolu ilə alqı-satqı müqaviləsi üzrə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının inşa etdiyi Abşeron rаyоnu Xırdalan şəhəri Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105,7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilə dair Cavabdeh verilmiş 14024 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X2 qarşı mənzilə dair 22.06.2011-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçılara aid edilməsi, cavabdehlərin öz aralarındakı razılaşmaya əsasən maraqlı şəxslə tərtib etdikləri aktın hüquq və öhdəliklərinin ötürülməsinə dair maliyyə arayışının və hərrac yolu ilə alqı-satqı müqaviləsi üzrə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının inşa etdiyi Abşeron rаyоnu Xırdalan şəhəri Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105,7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilə dair Cavabdeh verilmiş 14024 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə ev 111 saylı mənzilə dair 22.06.2011-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə saxlanılması və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi yolu ilə hərracda Cavabdeh adına verilmiş müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh və X3 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Üçüncü şəxs Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçıların ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçılar mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X2 qarşı mənzilə dair 22.06.2011-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçılara aid edilməsi, cavabdehlərin öz aralarındakı razılaşmaya əsasən maraqlı şəxslə tərtib etdikləri aktın hüquq və öhdəliklərinin ötürülməsinə dair maliyyə arayışının və hərrac yolu ilə alqı-satqı müqaviləsi üzrə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının inşa etdiyi Abşeron rаyоnu Xırdalan şəhəri Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105,7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilə dair Cavabdeh verilmiş 14024 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar