Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-479/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi, Abşeron rayon İH-nin nümayəndəsi Mikayılov Hafiz Əhliman oğlunun iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə 01 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03.05.2002-ci il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu 03.05.2002-ci il təvəllüdlü X8 anadangəlmə ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. X8 xəstə olduğu üçün təqaüd alır. Oğluna qulluq etdiyi üçün heç yerdə işləyə bilmir. Azyaşlını müalicə etdirə bilmir, çünki maddi vəziyyəti çox aşağıdır. Ərizəçi X5 qəyyumu təyin edilməsi üçün məhkəmənin şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnaməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli 2(012)-441/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh Ərizəçi qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh Ərizəçi arasında Bakı şəhəri Binəqədi rayonu “X16” tərəfindən qeydə alınaraq 06.10.1995ci il tarixdə bağlanmış və 591 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 03.05.2002-ci il təvəllüdlü X5 anası X1 yanında qalması, iddiaçı X3 19.03.2020-ci il tarixdən başlayaraq 03.05.2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Ərizəçi ödənilməsi, qətnamənin aliment hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 07 sentyabr 2020-ci il tarixdə verilmiş 131 nörməli arayışdan görünür ki, Ərizəçi oğlu X8 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində inşa edilmiş 3 №-li yaşayış binasında 101 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayonu “LEYLA” nikah evi tərəfindən 02 iyul 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 151830 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 03 may 2002ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında Ərizəçi göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 02 iyul 2002-ci il tarixdə 1025 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan ASAN-Sumqayıt tərəfindən 29.06.2018-ci ildə verilmiş AZE seriyalı 19180262 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 03.05.2002-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən 24.08.2020-ci ildə verilmiş 602/20 nömrəli formada Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan 03.05.2002-ci il tarixdə doğulmuş X8 29.07.2020-ci il tarixdə “ağır dərəcəli əqli gerilik” diaqnozu ilə həmin xəstəxanada müalicə almış və 24.08.2020-ci il tarixdə çıxmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 28.04.2021-ci il tarixli 1334 saylı rəyindən görünür ki, X6 ağır əqli gerilik aşkar olunmuşdur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X6 ağır əqli gerilik aşkar olunmuşdur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, anası - Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır,hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 28.04.2021-ci il tarixli 1334 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 03 may 2002-ci ildə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 may 2002-ci ildə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 03 may 2002-ci ildə Bakı şəhərində doğulmuş X5 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-479/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-479/2021
02.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver