Məhkəmə qərarları › İş №2(012)-4800/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4800/2021

15.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4800/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 03.03.2003-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 03.03.2003-cü il təvəllüdlü oğlu X8 anadangəlmə serebral iflic xəstəsidir, buna görə də 1-ci qrup ümumi səbəbdən müddətsiz əlildir. Əlillik səbəbindən dövlətdən 150 manat müavinət və 130 manat təqaüd alır. Bu xəstəlik səbəbindən oğlu öz hərəkətlərini idarə edə bilmir. Buna görə də oğlunu nəzarətsiz qoymaq mümkün deyildir. Belə ki, övladı X4 daimi olaraq yanında olmaq, ona qulluq etmək lazımdır. Özünü idarə edə bilməyən oğluna o, baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini o, çəkir. Əlavə olaraq, hər hansı sənədləşmə işi lazım olduqda Məhəmmədəli ağır serebral iflic xəstəliyindən əziyyət çəkdiyi üçün sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda övladı X4 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 03.11.2021-ci il tarixli 3671 saylı rəyi ilə o, razıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.04.2003-cü il tarixli AZ-İ № 339667 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 03.03.2003-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 150 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X16, anası Ərizəçidır. -Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X19 tərəfindən verilmiş 09.03.2021-ci il tarixli 6835 saylı məsləhət vərəqəsinin surətindən görünür ki, X6 uşaq serebral iflici diaqnozu qoyulmuşdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X19in Abşeron rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli **********4 saylı arayışdan görünür ki, X2 Sosial Müdafiə Fondunun Abşeron rayon xidmət nümayəndəliyindən İ qrup əlilliyə görə, müddətsiz, hər ay 150 manat müavinət və 130 manat təqaüd alır. -Abşeron Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 03.11.2021-ci il tarixli 3671 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X5 Dərin Əqli gerilik uşaq serebral iflici nəticəsində (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar-körpəlikdə ensefalit və qıcolma tutmaları keçirməsi nəticəsində kobud nevroloji əlamətlərin meydana çıxarması, erkən psixofiziki inkişafda geri qalması, dəfələrlə X10 müalicə olunması, akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunduqdan sonra ali beyin funksiyalarının pozulmasının müəyyən edilməsi, əqli geriliklə əlaqədar heç bir təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, nitq qabiliyyətinin inkişaf etməməsi, ona ünvanlanan nitqi başa düşməməsi, psixi funksiyalarının total zəifləməsi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 03.03.2003-cü il təvəllüdlü X4 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olubolmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X8 onda qeyd oluna dərin əqli gerilik nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: X4 xəstəliyi onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X5 qeyd olunan dərin əqli gerilik onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 03.03.2003-cü il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşıdır. -Abşeron RPŞ tərəfindən verilmiş 04.05.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri məhəllə 26, 1A saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X19 tərəfindən verilmiş 09.03.2021-ci il tarixli 6835 saylı məsləhət vərəqəsindən, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 03.11.2021-ci il tarixli 3671 saylı rəyindən müəyyən olunur ki, X3 Əqli gerilik uşaq serebral iflici nəticəsində (F73) xroniki psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 03.11.2021-ci il tarixli 3671 saylı rəydə X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin oğlu 03.03.2003-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 03.03.2003-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar