Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4821/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli kəndində yerləşən yaşayış evinin abonent kodu **********00553 olan qaz sayğacına “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən əsassız yazılmış xx.xx.2021-ci il tarixli ******* saylı akt, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktların ləğv edilməsi və həmin aktlar əsasında dəymiş ziyanın əvəzi olaraq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Aslanov küçəsi, Döngə 5, ev 8A onun adınadır və o, həmin ünvanda pasport qeydiyyatında olmaqla ailəsilə birlikdə yaşayır. Oğlu 44 günlük Vətən müharibəsində iştirak etmişdir və qazidir. Onun əsgər yoldaşı Abşeron rayonu, Hökməli kəndində 1 sot torpaq hədiyyə etmişdir. Bundan sonra, oğlu öz əsgər yoldaşları ilə birlikdə həmin torpaqda ev tikməyə başlamışdır. Həmin evin dam örtüyü vurulandan sonra evin qaz xəttinin çəkilişi üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş, bir müddət sonra həmin evə abonent kodu **********00553 olan qaz sayğacı quraşdırılmışdır. Lakin qaz sayğacından sonra qaz xəttinin çıxışını evə çəkdirməmişlər, çünki ev təmirsizdir və məişət avadanlıqları quraşdırılmamışdır. Bir müddət sonra, qaz sayğacının smart kartını almaq üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir. Orada ona bildirilmişdir ki, borcu var. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı qaz sayğacının kartını vermək üçün həmin borcları etiraf etməsini təklif etmiş və ondan sonra qaz sayğacının kartını verəcəyini bildirmişdir. Lakin o, ümumiyyətlə qazdan istifadə etmədiyini və qaz xəttinə qanunsuz müdaxilə etmədiyini bildirmişdir. Bu səbəbdən də qaz sayğacının kartını ona verməmişlər. xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsasında ona küllü miqdarda cərimə borcu yazılmışdır. Sayğaca və sayğacın yanında qaz xəttinə edilən müdaxilə onun evindən çox aralıdır. Həmin qanunsuz çəkilmiş xətt onun evinə gəlmir. Qeyd edilən aktlar qanunsuz tərtib edilmiş və ona əsassız cərimə yazılmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, çox az müddətdə qaz xəttinə qanunsuz qoşulmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bununla belə iddiaya etiraz verərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdeh İB-yə 9511,20 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2021-ci ilin dekabr; 2022-ci ilin mart,noyabr,dekabr; 2023-cü ilin yanvar-noyabr aylarında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 9511,20 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 9511,20 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli AKX-05619xx/xx-2023 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlardan görünür ki, həmin tarixlərdə abonent İddiaçı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00553) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qoşulma halları aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair müxtəlif tarixli tələbnamələrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlara əsasən müvafiq olaraq 11880, 17172, 21600, 2520, 2520, 3960 və 3600 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********00553 olan Abonentin saldosundan görünür ki, xx.xx.2021-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “11880 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 1346,40 manat məbləğində borc hesablanmış, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “17172 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 2060,64 manat məbləğində borc hesablanmış, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “17172 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 2060,64 manat məbləğində borc hesablanmış, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “17172 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 2060,64 manat məbləğində borc hesablanmış, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “21600 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 2592 manat məbləğində borc hesablanmış, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “2520 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 302,40 manat məbləğində borc hesablanmış, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “2520 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 302,40 manat məbləğində borc hesablanmış, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “3960 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 475,20 manat məbləğində borc hesablanmış, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “3384 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 406,08 manat məbləğində borc hesablanmış, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “3600 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 432 manat məbləğində (ümumilikdə 12039,12 manat) borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, **********00553 abonent kodlu Abasova X1 rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evində qaz xəttinə qanunsuz qoşulma faktını etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlarla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165 manat (5,5 x 10 x 30 = 1650 kub.metr), xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 95,4 manat (5,3 x 6 x 30 = 954 kub.metr), xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 139,2 manat (5,8 x 8 x 30 = 1392 kub.metr), xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 165 manat (5,5 x 10 x 30 = 1650 kub.metr), xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 84,6 manat (4,7 x 6 x 30 = 846 kub.metr), xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 90 manat (5 x 6 x 30 = 900 kub.metr), ümumilikdə 949,2 manat ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********00553) Abşeron rayonu, Hökməli qəsəbəsində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh İB tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, qeyd edilən aktlar əsasında hesablanmış 6967,92 (7917,12-949,2) manat borc abonentin hesabından silinməlidir. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, aktların ləğv edilməsi hissəsində iddia əsassızdır və təmin edilməməlidir. Bundan başqa, saldo məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarla abonentə, ümumiyyətlə, borc hesablanmamışdır. Buna görə də iddianın həmin aktlar əsasında hesablanmış borcun silinməsi hissəsi də əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00553) dair hesablanmış 6967,92 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4821/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4821/2023
08.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver