Məhkəmə qərarları › İş №2(012)-4831/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4831/2021

27.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4831/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 13.01.1992-ci il təvəllüdlü övladı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 13 yanvar 1992-ci il təvəllüdlü övladı X12 uşaq vaxtlarından ruhi xəstədir, buna görə də İİ qrup ümumi səbəbdən əlildir. Əlillik səbəbindən dövlətdən 130 manat müavinət alır. Halhazırda qızı İnarə onunla birgə özünə məxsus ünvan 1 ünvanında yaşayır və Abşeron rayon Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən verilmiş sənəddən də göründüyü kimi, həmin ünvanda müvəqqəti qeydiyyatdadır. Həmin ünvanda yaşamağı ilə bağlı Fatmayı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş arayışı da ərizəyə qoşma kimi əlavə etmişdir. Bu xəstəlik səbəbindən qızı öz hərəkətlərini anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də qızını nəzarətsiz qoymaq mümkün deyildir. Buna görə də övladı X6 daimi olaraq yanında olmaq, ona qulluq etmək lazımdır. Özünü idarə edə bilməyən qızına o, baxmaq məcburiyyətindədir və qızının bütün əziyyətlərini də məhz o, çəkir. Son vaxtlar övladını imkansızlıq ucbatından müalicə etdirə bilmir, bu da onun ağır vəziyyətdə olan psixoloji durumunu daha da ağırlaşdırır. Əlavə olaraq, hər hansı sənədləşmə işi lazım olduqda İnarə özündə olmadığı üçün sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda övladı X7 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09.12.2021-ci il tarixli 4177 saylı rəyi ilə o, razıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -28.08.2012-ci il tarixli 151668 saylı vəsiqənin surətindən görünür ki, X10 Lənkəran rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumi xəstəlik səbəbindən İİ qrup əlillik verilmişdir. -Lənkəran rayon Avrora qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli AZ-T № 161262 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 13.01.1992-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X16, anası Ərizəçidır. -Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 19.08.2021-ci il tarixli 372 saylı arayışdan görünür ki, Lənkəran rayon sakini, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi övladı Lənkəran rayonu, Bürcəli kənd sakini, 13.01.1992-ci il təvəllüdlü X12 25.03.2003-cü ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında Ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası diaqnozu ilə qeydiyyatdadır. -Abşeron rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09.12.2021-ci il tarixli 4177 saylı rəyindən görünür ki, X8 İmbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş ilə anadan olması, erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar məktəbdə oxuya bilməməsi, əqli gerilik biruzə verdiyi üçün 25.03.2003-cü il tarixdən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında “Ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası ilə” diaqnozu ilə qeydiyyatda olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, evdə psixiatr tərəfindən təyin edilmiş müalicələri qəbul etməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və söz ehtiyatının kasad olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1ci sual: 13.01.1992-ci il təvəllüdlü X6 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X8 İmbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. 2-ci sual: X6 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən İmbesillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında yol verilmir. -Abşeron RPŞ tərəfindən Yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaş barəsində təqdim edilən 03.08.2021-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, X3 rayonu Fatmayı kəndi Q.Qarayev küçəsi döngə-1, 1 saylı evə 03.08.2022-ci il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Fatmayı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli arayışdan görünür ki, X3 rayonu Fatmayı kəndi Q.Qarayev küçəsi döngə-1, 1 saylı evdə qeydiyyatsız yaşayır. -Səyyar Asan8 tərəfindən verilmiş 30.09.2017-ci il tarixli AZE № 17554016 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 rayonu Bürcəli kəndində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 29.10.2017-ci il tarixli AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Fatmayı kəndi Q.Qarayev küçəsi döngə-1, 1 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09.12.2021-ci il tarixli 4177 saylı rəyindən müəyyən olunur ki, X4 dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası xroniki psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 09.12.2021-ci il tarixli 4177 saylı rəydə X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin qızı 13.01.1992-ci il tarixdə Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 13.01.1992-ci il tarixdə Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar