Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4841/2021 12.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək DTXK-nin Abşeron rayon şöbəsinin JN- 765A Kod 30800076 nömrəli 22.05.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin XXX Meydan Qurban oğluna, Ərizəçi, X2, X1 və X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.1. maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları. 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki iş materiallarından göründüyü kimi, ərizənin məzmununda JN-765A Kod 30800076 nömrəli 22.05.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçinin ailə üzvləri olan XXX Meydan Qurban oğluna, X2, X1 və X3 məxsus olması faktının müəyyən edilməsi xahiş olunsa da, həmin ərizə yalnız Ərizəçi tərəfindən verilmiş, ərizədə digər şəxslərin adı ərizəçi qismində qeyd edilməyərək onlar barədə poçt ünvanı barədə məlumat və bu məlumatı təsdiq edən sənəd əlavə edilməmiş, eyni zamanda, ərizənin “Xahiş edirəm” hissəsində şəhadətnamənin məxsus olması faktının müəyyən edilməsi xahiş edilən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat qeyd edilməyərək, tələb dəqiqləşdirilməyərək nəticə etibarı ilə ərizənin forma və məzmununa riayət edilməmişdir. Ona görə də məhkəmə, ərizənin forma və məzmununa riayət edilməməsi səbəbindən ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərarına gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152,1,1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4841/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4841/2021
12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver