Məhkəmə qərarları › İş №2(012)-4845/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4845/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4845/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X7, Cavabdeh X5 və X8 valideyni (qanuni nümayəndəsi) X6 iştirakı ilə, İddiaçı Zirvə Liseyi MMC-nin cavabdeh X5 və X8 valideyni (qanuni nümayəndəsi) X9 qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Zirvə Liseyi MMC cavabdeh X5 və X8 valideyni (qanuni nümayəndəsi) X9 qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 və X8 valideyni (qanuni nümayəndəsi) X3 Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 7584 manat, o cümlədən 5300 manat əsas borcun, 2254 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X15 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində 5300 manat əsas borcun texniki səhv olduğunu göstərərək X3 Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 4494 manat, o cümlədən 2240 manat əsas borcun, 2254 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X15 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə təhsilalanlar X4 və X8 valideyni (qanuni nümayəndəsi) X12 arasında bağlanmış Təhsilin təşkili haqqında 551/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli və 552/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli müqavilələrə əsasən İddiaçı MMC X10 və X11 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, X12 2019-2020-ci təhsil ili üçün 7540 manat təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladlarına təhsil verilsə də, o, təhsil haqqının 5300 manat hissəsini ödəmiş, 2240 manat borcu qalmışdır. Bununla bağlı bocluya 14.01.2021-ci il tarixli pretenziyalar edilsə də, o, borcun ödənilməsini təmin etməmişdir. 13.07.2019-cu il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni 15.03.2020-ci il tarixdən 503 gün üçün ödənilməli dəbbə pulu 2254 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 və X8 valideyni (qanuni nümayəndəsi) X12 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı MMC ilə Təhsilin təşkili haqqında 551/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli və 552/2019 (T2019-2020) saylı 13.07.2019-cu il tarixli müqavilələr bağlamış, həmin müqavilələrə əsasən X13 və X16 İddiaçı MMC-də ödənişli əsaslarla təhsil almışdır. Pandemiya dövründə işləri ilə əlaqədar ödənişlərində gecikmələri yaranmışdır. O, təhsil müəssisəsinə pandemiya ilə əlaqədar olaraq güzəşt olunması barədə ərizə ilə müraciət etmiş, pandemiya güzəştindən yararlanmışdır. Belə ki, 5300 manat ödəniş etmiş və 2340 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Zirvə Liseyi MMC ilə təhsil alacaqlar X5 və X8 valideyni (qanuni nümayəndəsi) X12 arasında bağlanmış 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələrindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsidir. 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 manat təşkil edir. 13.07.2019-cu il tarixli 552/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 10% güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3040 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən valideyn 15.09.2019-cu il tarixinədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilalanın İddiaçındə 2019-2020-ci tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 500 manat depozit məbləği ona geri qaytarılmır. Müqavilənin 5.1.2.4-cü bəndinə əsasən valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətədək, təhsil haqqi ödənilmədikdə digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. -Zirvə Liseyi MMC tərəfindən X9 ünvanlanmış 04.02.2021-ci il tarixli 500/1880 və 500/1881 saylı pretenziyalardan görünür ki, MMC tərəfindən X9 müqavilə üzrə borc 10 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 02.12.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə qeydiyyatdadır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. -Zirvə Liseyi MMC-nin 20.10.2021-ci il tarixli 100/2298 saylı arayışından görünür ki, İddiaçı MMC-də təhsil alan X5 və X8 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T2019- 2020) saylı müqavilələrə əsasən İddiaçı MMC-nin xeyrinə 2019-2020 tədris ili üzrə 2240 manat təhsil haqqı borcu və 2254 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 7540 manat təşkil edir, bu məbləğdən 5300 manat ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən: 14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. Göründüyü kimi, pulsuz icbari ümumi orta təhsil almaq hüququ olduğu halda, özəl təhsil müəssisəsində təhsil almaq seçimini edən “təhsilalacaq” X5 və X8 valideyni (qanuni nümayəndəsi) X2 Liseyi MMC ilə 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələrini bağlamış, həmin müqaviləyə əsasən İddiaçı təhsilalanların ümumi təhsil almasını həyata keçirməyi, Təhsilalanların valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilələrin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçı 2240 manat əsas, 2254 manat cərimə olmaqla, ümumilikdə cəmi 4494 manat borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin digər materiallarından görünür ki, borc barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh X12 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borca görə 2240 manat, cərimə borcuna görə 2254 manat olmaqla cəmi 4494 manat borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6cı bəndinə əsasən təhsil haqqı, bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi təqdirdə valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0.2 faiz məbləğində dəbbə pulu ödəməlidir. Müqaviləyə əsasən cərimə barədə şərtlər cavabdeh tərəfindən qəbul edilmiş, könüllü qaydada öz iradə ifadəsinə uyğun şəkildə imza etməklə müqavilə şərtləri ilə razılaşmışdır. İddiaçı isə haqlı olaraq qeyd olunan müqavilə bəndinə istinad edərək 2254 manat cərimə borcu hesablamışdır. Bununla da, işin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu X12 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Zirvə Liseyi MMC ilə X12 arasında bağlanmış 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 2240 manat əsas, 2254 manat cərimə olmaqla, ümumilikdə cəmi 4494 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh X5 və X8 valideyni (qanuni nümayəndəsi) X3 13.07.2019-cu il tarixli 551/2019 (T2019-2020) saylı və 552/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə 2240 (iki min iki yüz qırx) manat əsas, 2254 (iki min iki yüz əlli dörd) manat cərimə olmaqla, ümumilikdə cəmi 4494 (dörd min dörd yüz doxsan dörd) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı X22 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar