Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-485/2022 03.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh «Azərişıq” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 493,63 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "xxxx" adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında “ 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanında və bəzi sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, "xxxx" ASC-nin "xxxx" ASC adlandırılmışdır. Belə ki, həmin zaman Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, 2A saylı mənzilə dair 493 manat məbləğində olan işıq borcu dondurulmuş, yeni sistemə keçid zamanı sıfırlanmışdır və bununla bağlı bizə heç bir məlumat verilməmişdir. X2 əri X3 02.12.2020-ci ildə vəfat etmişdir. Mənzilin elektrik sayğacı (abonent kodu: **********00973) Ələddin Sultanovun adına olmuşdur. Onun adından çıxarmaq istədikdə onlara borc məlum olmuşdur. Hazırda maddi vəziyyətlərinin ağır olduğunu, göstərilən borcu ödəmək qabiliyyətində olmadıqlarını bildirmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçı X5 iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində İddiaçı cəlb edilməsini xahiş etmiş, İddiaçı məhkəmə tərəfindən əsl iddiaçı qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh «Azərişıq” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28.06.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, 2a saylı mənzil X1 mülkiyyətində olmuşdur. Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən 06.01.2021-ci il tarixdə verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, X3 02.12.2020-ci ildə Bakı şəhərində dəqiqləşdirilməmiş böyrək çatışmamazlığı xəstəliyi səbəbindən ölmüşdür. Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 fevral 2004-cü il tarixli, AZ-İ seriyalı, 026786 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2004-cü il tarixdə 40 nömrəli qeydlə X3 ilə X5 arasında nikah pozulmuşdur. Abunə haqqında vərəqənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, 2a saylı evə dair X1 493,63 manat məbləğində borcu mövcuddur. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, 2a saylı ev hazırda İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin elektron məlumat bazasında X1 adına qeydiyyatda olan **********00973 saylı kod üzrə 2015-ci ildən öncə yaranmış 493,63 manat borc abonentin məlumat vərəqində tələb edilməyən borclar qrafasına yerləşdirilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, 2a saylı evə dair elektrik sayğacı üzrə hazırda "xxxx" ASC-nin elektron məlumat bazasında evin əvvəlki mülkiyyətçisi X1 adına qeydiyyatda olan **********00973 saylı kod üzrə 2015-ci ildən öncə yaranmış 493,63 manat borc abonentin məlumat vərəqində tələb edilməyən borclar qrafasına yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, silinməsi xahiş edilən borc cavabdeh tərəfindən tələb edilməyən borc kateqoriyasına aid edilsə də, abonentin hesabına daxil edildiyindən silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, 2a saylı evə dair mərhum X1 adına olan elektrik sayğacı üzrə (abonent kodu: **********00973) hesablanmış 493,63 manat borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, 2a saylı evə dair mərhum X1 adına olan elektrik sayğacı üzrə (abonent kodu: **********00973) hesablanmış 493,63 manat borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-485/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-485/2022
03.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver