Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4853/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə ilkin, Cavabdeh İB-nin İddiaçı qarşı borcun tutulması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 8 ədəd akta əsasən qanunsuz hesablanmış 2471 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayı. Bu mənzilin əvvəllər qaz xətti olmamışdır, lakin yaxınlıqdakı qonşuda qaz xətti mövcud olduğundan sayğac qoydurmaq məqsədi ilə həmin qonşudakı qaz xəttindən ayrıca qaz xətti çəkmişdir. Qonşu ilə razılığa gələ himədiyindən həmin boru orada qalmışdır. Qaz işçiləri əraziyə baxış keçirərkən həmin borunu görüb bununla bağlı müxtəlif vaxtarda akt tərtib etmişlər. Lakin onun bundan xəbəri olmamışdır. 2021-ci ilin may ayında məhəlləyə qaz çəkilərək onun evinə də sayğac quraşdırhmışdır. Ondan sonra, aylıq istifadə edilmiş sərfiyyata uyğun olaraq qaz pulunu ödəmişdir. 3 aydan sonra sistemdə borc olduğunu görmüş, həmin borcu aydınlaşdırmaq üçün Abşeron rayon qaz idarəsinə yaxınlaşmış, orada demişlər ki, kəndin borcu olduğundan hamıya borc yazılıb və yaranmış yanlışlıq aradan qaldırılacaqdır. Lakin bu müddətdə bu məsələ ilə bağlı heç bir ciddi tədbir görülməmişdir. O, daha sonra Cavabdeh İB-nə müraciət edərək, köməklik olunmasını xahiş etmişdir. Ona gözləməyi və qısa zamanda məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin yenə də nəticəsi olmamışdır, yəni həmin pulu yenə də ondan tələb edirlər. 1 il ərzində işlətdiyi təbii qazın dəyərini ödəmişdir. Daha sonra, Cavabdeh İB-dən zəng edilərək ona 2471 manat borcun olduğunu bildirmişlər. İdarədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02013046, 0231465, 0237745, 0241415, 0233871, 0265821, ******* və ******* nömrəli aktlar ona tədqim edilmişdir. Həmin aktlarda mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunduğu göstərilmişdir. O, idarədə əvvəllər mənzilə qaz xətti çəkilmədiyi üçün qonşunun qaz xəttindən qaz götürmək məqsədilə boru çəkdiyini, lakin sonradan qonşu ilə razılığa gələ bilmədiklərindən həmin xətdən heç vaxt istiafdə etmədiyini bildirmişdir. İdarədən əraziyə gəlmiş, oraya baxış keçirmiş və heç bir əlavə qoşulma xəttinin olmadığı məlum olmuşdur. Sonra isə aktları götürəndə cavab vermişlər ki, fakt aşkar olunub. Faktın yoxlanışında heç bir qazpaylayıcıya əlavə qoşulmuş xətt aşkar olunmamışdır. Bununla bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilmiş, oradan da eyni məzmulu cavab məktubu gəlmişdir. Bundan əlavə, baxış keçirilən zaman onun iştirakı təmin olunmamış və bu barədə abonentə heç bir məlumat verilməmişdir. Cavabdeh İB-nin əməkdaşları öz səhvlərini vətəndaşlara yükləyərək, xeyli miqdarda pul cəriməsi tətbiq etmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında Cavabdeh İB qarşılıqlı iddia təqdim edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 2471,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 243,05 manat pulun və 47,15 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2761,60 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu ərazisində "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 685,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 2471,40 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Bundan başqa, cavabdehin 2020-ci ilin may-dekabr ayları üzrə ödənilməmiş 162,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 569,25 manat sərfiyyat borcu və limitdən əlavə 12,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 286,04 manat sərfiyyat borcu və limitdən əlavə 36,16 manat sərfiyyat borcu, cəmi 1066,05 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin may ayından 2022-ci ilin iyul ayına qədər cavabdeh cəmi 823 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 243,05 manat borcu (debitor borc) da qalmışdır Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumilikdə 2714,45 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, mübahisəli evə 2021-ci ilin may ayından sayğac quraşdırılmışdır. Ondan əvvəl o, evdə odun sobasından istifadə etmişdir. Aktlarda göstərilən nöqsanlar onunla qonşu arasındakı razılaşmaya əsasən başlanmış qaz borusu barədədir, lakin bu qaz borusu ilə o, evdə qaz işlətməmişdir, çünki qonşu ilə razılığa gələ bilməmişdir. İddiaçı qarşılıqlı iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, qarşılıqlı iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia qismən təmin edilməlidir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1 ünvanında yerləşən evə aid abonent kodu **********03559 olan Abonentin saldosundan görünür ki, 2022-ci ilin avqut ayına borc 2714,45 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, abonent İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evə (abonent kodu: **********03559) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, İddiaçı tərəfindən 2019- 2020-ci illər ərzində qaz xəttinə qeyri-qanuni qoşulma faktları olmuş və bu faktlar müxtəlif tarixlərdə "Azəriqaz" İB əməkdaşları tərəfindən 11 ədəd akt tərtib edilərək qeydə alınmışdır. Məhkəmə hesab edir ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən müəyyən qüsurlara yol verilmişdir. Belə ki, tərtib edilmiş tələbnamələrdə abonentin gün ərzində 18-24 saat ərzində qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 48,6 manat (2,7 x 6 x 30 = 486 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 63 manat (3,5 x 6 x 30 = 630 kub.metr), ümumilikdə 757,8 manat məbləğində ziyan vurması məlum olur. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, İddiaçı Birliyə 243,05 manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait də İddiaçı tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi həyət evində (abonent kodu: **********03559) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən ümumilikdə 1000,85 manat (757,8+243,05) borc abonent İddiaçı düzgün tətbiq edilmişdir. İlkin iddianın 2471 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 1470,15 manat hissəsində (2471-1000,85) təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Eləcə də, qarşılıqlı iddia 1000,85 manat hissəsində əsaslıdır və təmin edilməlidir. Sayğacdankənar təbii qazı istehlak etməməsi barədə İddiaçı dəlilləri iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin dəlillər özünümüdafiə xarakteri daşıyır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 47,15 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********03559) dair hesablanmış 1470,15 manat borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 757,8 manat, eləcə də İddiaçı adına olan **********03559 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosu üzrə tələb olunan 243,05 manat olmaqla, cəmi 1000,85 manat və dövlət rüsumu üçün 47,15 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4853/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4853/2022
21.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver