Məhkəmə qərarları › İş №2(012)-4874/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4874/2021

27.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4874/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 30.10.1970-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi bacısı 30.10.1970-ci il təvəllüdlü X5 rayonu Aşağı Güzdək qəsəbəsində anadan olmuş və uzun illərdir ki, onun psixologiyasında kəskin şizofreniyanın əlamətləri aşkar olunmuşdur. 21.11.2008-ci il tarixli “Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarış”dan görünür ki, X17 bununla əlaqədar stasionar qaydada müalicə olunmuşdur. Bundan başqa, o, müxtəlif vaxtlarda Türkiyənin “X19”ndə və Bakıda müxtəlif klinikalarda müalicələr almışdır. Hazırda, X1 ciddi problemlər olduğundan onun üzərində qəyyum və himayəçinin olması labüddür. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 01.12.2021-ci il tarixli 4033 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X2 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.07.2021-ci il tarixli AZ-T № 173289 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 30.10.1970-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12b nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X4r. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator, X16 Kartasından çıxarışdan görünür ki, X17 07.12.2016-cı il tarixdən 22.12.2016-cı il tarixədək müalicə almış, şizovrentiv pozuntusu müşahidə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X17 28.02.2021-ci il tarixdən 30.03.2021-ci il tarixədək müalicə almış, şizovrentiv pozuntusu, hipomaniokal paranoid F250 müşahidə olunmuşdur. -Abşeron Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 01.12.2021-ci il tarixli 4033 saylı rəyindən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X9 hal-hazırda “Şizoaffektiv Pozuntu, Qarışıq Tip” (F 25.2) qeyd olunur. Bunu anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X3 “Kəskin şizofreniyayabənzər psixotik pozuntu’’ diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında “Şizoaffektiv pozuntusu, hipomaniakal paranoid’’ diaqnozu ilə stasionar müalicədə olması), və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat olması, səbrsiz görünməsi, təfəkkürünün bir qədər sürətlənməsi, bir mövzunu bitirmədən digər mövzuya keçməsi, əhvali-ruhiyyə fonunun dəyişkən olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1ci sual: 30.10.1970-ci il təvəllüdlü X8 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: 30.10.1970-ci il təvəllüdlü X9 şizoaffektiv pozuntu, qarışıq tip müəyyən edilir. İ.H.Ağayevada psixi vəziyyətinə görə öz hərəkətlərini ölçüb-biçmək, onları şüurlu idarə etmək iqtidarında deyil. 2-ci sual: X8 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X12 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 30.10.1970-ci il təvəllüdlü X17 Azərbaycan Respublikasının vətəndaşıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 16.08.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağazadə X13 rayonu Xırdalan qəsəbəsi məhəllə 24, 1 saylı evin 54 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin nümayəndəsivəkilinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışlardan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 01.12.2021-ci il tarixli 4033 saylı rəyindən müəyyən olunur ki, X17 “Şizoaffektiv Pozuntu, Qarışıq Tip” (F 25.2) xroniki psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 01.12.2021-ci il tarixli 4033 saylı rəydə X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin bacısı 30.10.1970-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. 30.10.1970-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində anadan olmuş X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar