Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4896/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinin X1 iştirakı ilə, İddiaçı cavabdehlər “Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinə və Cavabdeh2 oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Ceyranbatan qəsəbə bələdiyyəsi tərəfindən aparılmış Bələdiyyə Torpağının mülkiyyətə verilməsi haqqında alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron rayon Ceyranbatan qəsəbə bələdiyyəsi tərəfindən 28 fevral 2005-ci il 03 saylı qərarı əsasında aparılmış Bələdiyyə Torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun Sovetlər dövründə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini münbitləşdirərək oradan bağ kimi istifadə etmişdir, o zamankı dövrdə bağlar təsərrüfatları var idi və zavod, fabrik, Təhsil, Səhiyyə işçilərinə ümumilikdə bu cür bağlardan istifadə etməyə hər bir vətəndaşa icazə verilmiş və qanunlarla tənzimlənmişdir. Sovetlər zamanı o, Çernobil qəzasının aradan qaldırılmasında iştirak edən zaman yüksək dərəcəli şüalanma almışdır və İİ qrup əlildir. Əlilik haqqında qanuna əsasən onda əlillərə verilən imtiyazlardan istifadə edərək həmin torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödənişindən azad edilmiş, bu səbəbdən də ödəniş etməmişdir. Uzun illər Cavabdeh2 həbsxana həyatı yaşamış və bu zaman vergidə ödəyə bilməzdi və ödəniş barədədə heç bir qəbz yoxdur. Bələdiyyə həmin torpağı Feyruza satan zaman əvvəlki bələdiyyə sədri (dünyasını dəyişib) ilə onun arasına mübahisə baş vermişdir, onun şikayətindən sonra bələdiyyə sədrini və onu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş idarəsinə çağırılmışlar və orada məsələni qanunla tənzimləməyi məsləhət etmişlər. Buna baxmayaraq X5 mübahisəli torpağı satmışdır. Həmin müqavilənin 4.1-ci maddəsində göstərilir ki, satan satılan torpaq sahəsini alıcının istifadəsi üçün yararlı vəziyyətdə olması üçünca şəxslərin torpağa hər hansı iddialarının və hüquqlarının olub - olmamasını bildirməlidir. Torpağı Cavabdeh2 oğlu isə mübahisəli torpağı başqa birisinə satan zaman Ceyranbatan Bələdiyyəsinin yeni sədri Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsinə məktub göndərərək bildirmişdir ki, ayrılmış torpaq üstündə iddiası olan başqa bir vətəndaşın tələbi ilə əlaqədar mübahisəli şərait yaranmışdır. Ona görədə həmin torpaq üzərində yaranmış mübahisə öz həllini tapmayana qədər torpağın alqı-satqısına dair aktı qeydə almamaq barədə xəbərdarlıq edilsə də buna məhəl qoymamışlar. O, Çernobıl qəzası zamanı güclü şüalanmaya məruz qalmış, müalicə alan dövrdə bundan istifadə edərək və onun xəbəri olmadan Bələdiyyə torpaq sahəsinə dair alqı-satqısını aparmışdır. Onun həmin torpağı sənədləşdirməyə maddi imkanı olmamışdır. Bu səbəbdəndə hesab edir ki, torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi qanunsuzdur və etibarsız hesab edilməlidir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərinə qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinin X2 məhkəmə iclasında izahatında bildirdi ki, 2005-ci il tarixdə Cavabdeh2 oğlunun əmisi oğluna 4 sot torpaq ayrılmışdır. Feyruzun adına 450 m2 çıxarış vardır. İddiaçının mübahisələndirdiyi torpağa dair heç bir sənəd yoxdur və Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinin ehtiyat fondundadır. Sözügedən torpağın 4 sotu Cavabdeh2, qalan hissəsi 450 m2 isə iddiaçıya çıxarış ilə 2006-cı ildə verilmişdir. Hazırda iddiaçı başqa şəxsin, yəni Cavabdeh2 oğlunun mülkiyyətində olan torpaq sahəsini mübahisələndirir və iddaçının tələbinin heç bir əsası yoxdur.Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmadığımdan iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinə və Cavabdeh2 oğluna qarşı Abşeron rayon Ceyranbatan qəsəbə bələdiyyəsi tərəfindən 28 fevral 2005-ci il 03 saylı qərarı əsasında aparılmış Bələdiyyə Torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4896/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4896/2021
11.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver