Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4963/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi X3, Cavabdeh və onun vəkili-nümayəndəsi X6, Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və X12 qarşı “qanunsuz quraşdırılmış darvazaların sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1orpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəmir darvazanın sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının Cavabdeh həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1orpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvazanın (böyük və balaca) sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının Cavabdeh həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayon Masazır bələdiyyəsinin özünün inzibati ərazi vahidində növbəti baxışı zamanı məlum olmuşdur ki, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yaşayan Cavabdeh özünün mülkiyyətində olan torpaq sahəsindən lazımi icazə almadan daşla hörülmüş divarı sökərək orada yaşadığı həyətdən ikinci qapı quraşdıraraq və həmin qapı vasitəsi ilə Masazır bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən qeyri-qanuni istifadə etməyə çalışmışdır. Cavabdehin lazım icazə almadan qanunsuz quraşdırdığı qapının sökülərək, daş divarın əvvəlki vəziyyətinə salınması xahiş edilmişdir. Bununla bağlı cavabdehə xəbərdarlıq məktubu da ünvanlanmışdır. Lakin cavabdeh qanunsuz quraşdırdığı dəmir darvazanı sökməmiş və daş hasarı əvvəlki vəziyyətinə salmamışdır. Masazır Bələdiyəsinin ərazisində 1 ədəd 0.0172 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə müsabiqə yolu ilə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasına etiraz edilməməsinə dair Abşeron Rayon İcra Hakimiyyətinin 21 noyabr 2018-ci il tarixli rəyi vardır. Həmçinin cavabdeh qanunsuz açdığı dəmir darvaza vasitəsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi məqsədilə etmiş və həmin ərazidə qanunsuz hasarlama işlərini həyata keçirməyə çalışmışdır. Bələdiyyənin vaxtında məsələyə müdaxilə edilməsi nəticəsində cavabdeh bu hərəkətləri etməkdən çəkinmişdir. Torpaq sahəsinin lazımi icazə almadan zəbt edilməsi bələdiyyə mülkiyyətinin pozulması deməkdir. Masazır bələdiyyəsi cavabdehin qanunsuz əlavə darvaza açmaqla bələdiyyənin öz mülkiyyəti üzərində idarəetməni həyata keçirilməsinə maneəçilik törədir. Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə də müraciət olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, vətəndaş X14 vətəndaş Cavabdeh ilə bağlı polis idarəsinə şikayət etmişdir. Şikayətlə bağlı Abşeron RPİnin TŞ tərəfindən araşdırma işləri aparılmışdır və bununla bağlı çinayət işinin başlanmasının rədd edilməsi haqqında 7 avqust 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Aparılan təhqiqatdan məlum olmuşdur ki, vətəndaş Pəhləvan Həsəsnov özünə aid olmayan torpaq sahəsinə hər hansı bir dövlət qurumuna müraciət etmədən evə giriş-çıxış üçün bir-birindən məsafəli şəkildə iki qapı qoymaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə məhdudiyyət yaratmışdır. O da məlum olmuşdur ki, bu torpaq sahəsinin cavabdehə hər hansı bir aidiyyəti yoxdur. Araşdırma zamanı o da məlum olmuşdur ki, cavabdeh tərəfindən qapı açılmış həmin torpaq sahəsi bələdiyyə hesabında olsa da, faktiki olaraq həmin torpaq sahəsi ilə bağlı başqa bir vətəndaşın adına sənədləşmə işləri aparılmışdır. Həmçinin cavabdeh sözügedən torpağı vətəndaş X8 alqı-satqı müqaviləsi ilə almışdır. Həmin ərazidə 3 darvaza vardır və həmin darvazaların açılmasına görə cavabdeh tərəfindən İcra Hakimiyyətindən icazə alınmalıdır. Darvazanın biri əraziyə açılır və bununla bağlı polisə də müraciət olunmuşdur. Sözügedən torpaq X24 Komitəsi tərəfindən Masazır Bələdiyyəsinə ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququna malikdir. Bu baxımdan cavabdeh bələdiyyə mülkiyyətinə qapı açarkən müvafiq icra hakimiyyətinə müraciət etməli və bununla bağlı rəsmi razılıq almalı idi. Lakin cavabdehin həyata keçirtdiyi quraşdırılmış dəmir darvazalar qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və ünvanladığı ərizədə bildirdi ki, iddiaçı Masazır bələdiyyəsi Abşeron rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq Abşeron rayonu Masazır kəndi, Qaçaq Nəbi küçəsində olan torpaq sahəsindən qanunsuz və lazımı icazə almadan quraşdırdığı dəmir darvazanın sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının ona həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini istəmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, torpaq sahəsindən açdığı dəmir darvaza vasitəsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmək istəmiş, həmin ərazidə qanunsuz hasarlama işlərini həyata keçirməyə çalışmış, bələdiyyənin vaxtında müdaxiləsi nəticəsində onun hərəkətlərinin qarşısı alınmışdır. Torpaq sahəsinin lazımı icazə almadan zəbt edilməsi bələdiyyə mülkiyyətinin pozulması deməkdir, bu bələdiyyənin öz mülkiyyəti üzərində idarəetmənin həyata keçirilməsinə maneçilik törədir. O, 2009-cu ildə X1 olan Abşeron rayonu Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 0.10 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsini və həmin torpaq sahəsində tikdirdiyi evlə birlikdə 85000 ABŞ dollarına almışdır, aldığı torpaq sahəsi avtobus marşurut xəttinin işlədiyi əsas küçə yolunun kənarında yerləşmişdir. Torpaq sahəsini və torpaq sahəsində yerləşən evi ona X9 adından X2. Aldığı torpaq sahəsi və torpaq sahəsində yerləşən evlə bağlı X16 ona 50-il müddətinə etibarnamə vermişdir. O, torpaq sahəsini aldıqdan sonra müəyyən etmişdir ki, torpaq sahəsi 0.05 ha deyil bir qədər azdır, o, torpaq sahəsinin sərhəddini küçə yolu tərəfdə olan istiqamətdə artıraraq torpaq sahəsinin çatmayan hissəsini bərpa etmək istəyərkən Abşeron RİH-nin və Masazır bələdiyyəsinin nümayəndələri buna imkan verməmiş və onun torpaq sahəsi ilə küçə yolu arasında olan təxminən 3-metr enində olan məsafənin yolun mühafizə zonası və piyada yolu olduğunu bildirmişlər. 2018-ci ildə onun sahibliyində olan torpaq sahəsinə və torpaq sahəsində yerləşən evinə ƏMDK yanında DƏDRX-nin 4-saylı Abşeron Ərazi İdarəsindən Texniki Pasport və Çıxarış verilərkən onun torpaq sahəsi dəqiqliklə ölçülmüş və 0.05 ha deyil, 0.0457 kvm olduğu göstərilmişdir. O, 2019-cu ildə mülkiyyətində olan torpaq sahəsində oğluna ev tikdirmək istəmiş və bu məqsədlə Abşeron RİH-nə müraciət edərək tikdirəcəyi evin eskiz layihəsini təqdim etmişdir. Abşeron RİH-nə etdiyi müraciətə müsbət cavab verilmiş və tikdirəcəyi evin eskiz layihəsi təsdiq edilmişdir. O, 2019-cu ildə mülkiyyətində olan torpaq sahəsində oğluna Abşeron RİH-i tərəfindən təsdiq olunmuş eskiz layihə əsasında ev tikdirmiş, ev tikilərkən küçə yolu tərəfdən tikdirdiyi evin qarşısından həyətə girmək üçün avtomobil yolu açmış və evin tikintisi üçün həyətə tikinti materialları gətirən yük avtomobilləri məhz həmin giriş yolundan istifadə etmişlər. Tikdirdiyi evin tikintisi qurtardıqdan sonra həyətə giriş üçün açdığı yola kubik daşları yığmışdır ki, imkanı olanda müasir tipli dəmir darvaza qoydursun. Bir müddətdən sonra həmin kubik daşlarını götürərək dəmir darvaza qoydurmuşdur. Bir aydan çoxdur ki, Abşeron RİHB-nın Masazır qəsəbəsi üzərə icra nümayəndəsi Şahlar Həsənovun yaxın qohumu Çingiz adlı şəxs Şahlar Həsənovun adından onun həyətinə açılan dəmir darvazanın qarşısında yola gecə saat ikidə iki maşın kubik daşı tökdürərək burada obyekt tikdirəcəyini bildirmiş və ondan həyətinə giriş qapısının bağlanmasını tələb etmişdir. O, buna etiraz edərək onun həyətiylə küçə yolu arasında təxminən 3-metr enində olan məsafənin 1,5 metrinin faktiki olaraq ona satılmış torpaq sahəsi olduğunu və eləcədə həmin sahədən su xətlərinin keçdiyini ən əsası isə yolun mühafizə zonası və piyada yolu olduğunu bildirmiş, lakin Çingiz və qoçu dəstəsi nəyin bahasına olursa-olsun bu yerdə, onun evinin giriş qapısının qarşısında obyekt tikdirəcəyini bildirmişdir. O bu barədə Abşeron rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edərək Çingiz adlı şəxsin evinin və həyətə giriş-çıxış yolunun qarşısına, yəni küçə yolunun mühafizə zonasına və piyada yoluna gecə saat 2-də iki maşın kubik dası tökərək qeyri-qanuni tikinti işləri aparmaq istədiyini bildirmişdir. Onun şikayət ərizəsi əsasında material toplanmış, izahatı alınmış X15 izahatında göstərmişdir ki, onun yaşadığı evi və torpaq sahəsini 85000 manata ona satmışdır, həmin vaxtı fərdi yaşayış evinin qarşısında olan 0.172 ha torpaq sahəsinin Elbrusa məxsus olması barədə ona bildirmişdir. Həmin torpaq sahəsində kiçik ölçülü mağaza olmuşdur. 2018-ci ildə həmin ərazidə ət maqazini tikmək istəmiş və bu səbəbdəndə masazır bələdiyyəsinə müraciət etmişdir, həmin ərazinin əvvəllər ona məxsus olmasını nəzərə alaraq bələdiyyə sənədləşmə işlərinə başlamışdır. İzahatı alınmış X14 göstərmişdir ki, Elburusa məxsus 0.172 ha torpaq sahəsi onun hasarının qarşısındadır, Elburus qeyd olunan ərazinin sənədləşdirilməsi üçün etibarnamə vermişdir həmin torpaq sahəsində tikinti işləri aparmaq istəsədə tikinti işlərinin aparılmasına imkan verməmişdir. İzahatı alınmış Masazır bələdiyyəsinin nümayəndəsi X4 göstərmişdir ki, onun yaşadığı fərdi yaşayış evinin qarşısında olan 0.172 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir, əvvəllər X10 istifadəsində olmuşdur, X15 bələdiyəvə müraciət edərək torpaq sahəsinin adına sənədləşdirilməsini istəmiş və 2018-ci ildən bu barədə prosedur başladılmışdır. Masazır bələdiyyəsinin nümayəndəsi unudur ki, artıq torpaqlar əvvəlki qaydada bələdiyyə qərarı ilə deyil, bilavasitə hərrac aksion keçirilməklə ayrılır, ayrılan torpaq sahələri komunikasiya xətlərinin, yolların mühafizə zolağından, piyada yolundan kənarda olmalı, mübahisəsiz olmalıdır. Bələdiyyə mülkiyyətində olduğu göstərilən 0.172 ha torpaq sahəsi bilavasitə küçə yolunun mühafizə zonası olmaqla vətəndaşların gediş-gəliş yoludur, həmin torpaq sahəsinin altından su xətləri keçir, üstündən isə yüksək gərginlikli elektirik xətti keçir. Abşeron RİB-nin Masazır qəsəbəsi üzərə icra nümayəndəsi Şahlar Həsənovun yaxın qohumu olan Çingiz adlı şəxs əsil qoçu rolunda çıxış edərək heç bir icazə sənədi olmadan gecə saat ikidə yola iki maşın kubik daşı tökərək vətəndaşların yolunu kəsmiş və qanunsuz tikinti işləri aparmaq istəmişdir, bütün bu qanunsuzluqlar isə bilavasitə Abşeron RİH-nın, Masazır qəsəbəsi üzərə icra nümayəndəliyinin və masazır bələdiyyəsinin gözləri qarşısında aparılır, səbəb isə həmin qanunsuz tikinti işləri aparmaq istəyən şəxs bir başa Masazır qəsəbəsi üzərə icra nümayəndəsi Şahlar Həsənovun özü və yaxınlarıdır. Göründüyü kimi Masazır bələdiyyəsi öz səlahiyyətlərini həyata keçirərək ərazini abadlaşdırmaq, vətəndaşların gediş-gəliş yolunu qaydaya salmaq, qanunsuz olaraq yola tökülmüş kubik daşlarını ərazidən çıxarmaq əvəzinə bilavasitə küçə yolunun mühafizə zonası olan, vətəndaşların gediş-gəliş yolunun üstündə, altından su xətləri, üstündən isə yüksək gərginlikli elektirik xətti keçən küçə yolunda qanunsuz obyekt tikmək istəyən şəxslərə himayədarlıq edir, ona qarşı isə qərəzli olaraq əsassız iddialar qaldırır. Masazır bələdiyyəsinin ona qarşı qərəzli olması, sifarişli göstəriş yerinə yetirməsi, açıqaşkar şəhərsalma qaydalarım pozaraq qanunsuz tikinti işləri aparmaq niyyəti ilə küçəyə kubik daşları tökərək tikinti aparmaq üçün nəzərdə tutulmayan küçə yolunun mühafizə zonası olan, vətəndaşların gediş-gəliş yolunun üstündə, altından su xətləri, üstündən isə yüksək gərginlikli elektirik xətti keçən küçə yolunda qanunsuz obyekt tikmək istəyən şəxsləri müdafiə etməsi onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarını, azadlıqlarını pozur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X17 məhkəmədə cavabdehin izahatına uyğun izahat verdi. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X18 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbi ilə razıdır. Belə ki, 1 həyətdə 3 darvaza mövcuddur. Abşeron Rayon İcra Hakimiyyətinə təqdim edilən layihədə isə əlavə 2 darvaza yoxdur. İcazə olmadığı üçün Cavabdeh tərəfindən qoyulmuş darvazanın bağlanmasını xahiş edir. Darvaza açılan zaman cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə, Memarlıq və Şəhərsalma Komitəsinə müraciət etməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh evi alqı-satqı müqaviləsi satmışdır. Həmin ev əvvəllər çıxarışla ona məxsus olmuşdur. Sözügedən ev hasarla əhatə olunmuşdur. Həmin ərazidə onun taxtadan butkası olmuşdur. Evi satan zaman da hasarının çölünün ona məxsus olduğunu cavabdehə bildirmişdir. Odur ki, o, hasarın çölünü yox, içərisini satmışdır və hasarın içərisində 1 darvaza olmuşdur. Daha sonra cavabdeh evin altını obyektə çevirmiş, evin önündə isə darvaza açmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 13.12.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda məhkəmənin icraatında olan iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin Cavabdeh və İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Masazır kəndi, Y.Məmmədəliyev küçəsi, ev 17 ünvanında Cavabdeh verilmiş ******* saylı, 04.12.3018-ci il tarixli reyestrdən çıxarışla mülkiyyətində olan Qaçaq Nəbi küçəsi ünvanında ikinci dəmir darvazanın olub-olmadığı, həmin darvazanın açılmasına icazənin olub-olmaması və ikinci dəmir darvazanın layihə sənədlərinə uyğun olub-olmaması barədə mütəxəssis rəyinin təqdim olunması xahiş olunur. Bildirilir ki, yuxarıda qeyd olunan mülki iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsində Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və eskiz layihədə küçəyə hansı istiqamətdən qapıların açılması razılaşdırılmışdır. Qeyd olunan eskiz layihəsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş eskiz layihədə nəzərdə tutulan qapılardan əlavə Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh küçəyə qapı açılmasına icazə verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayon Masazır kəndi, Qaçaq Nəbi küçəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsində qanunsuz və lazımi icazə almadan ikinci dəfə iki dəmir darvazanın (böyük və balaca) quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 13.12.2021-ci il tarixli sorğuya cavab məktubundan göründüyü kimi mülki iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsində Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və eskiz layihədə küçəyə hansı istiqamətdən qapıların açılması razılaşdırılmışdır. Qeyd olunan eskiz layihəsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş eskiz layihədə nəzərdə tutulan qapılardan əlavə Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh küçəyə qapı açılmasına icazə verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Abşeron rayon Masazır kəndi, Qaçaq Nəbi küçəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvaza (böyük və balaca) sökülməli, daş hasarın əvvəlki vəziyyətinə salınması Cavabdeh həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndlərinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Abşeron rayon Masazır kəndi, Qaçaq Nəbi küçəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvaza (böyük və balaca) sökülsün, daş hasarın əvvəlki vəziyyətinə salınması Cavabdeh həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4963/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4963/2021
20.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver