Məhkəmə qərarları › İş №2(012)-4972/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4972/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4972/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 X1n valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 X1n valideyni (qanuni nümayəndəsi) Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 5105 manat, o cümlədən 2500 manat əsas borcun, 2575 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə təhsilalanlar X3 X1n valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış təhsilin təşkili haqqında 006/2019 (T2016-2017) saylı 20.05.2019-cu il tarixli və 007/2019 (T2015-2016) saylı 20.05.2019-cu il tarixli, müqavilələrə əsasən İddiaçı MMC X6 X1 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, Cavabdeh 2019-2020-ci təhsil ili üçün ümumilikdə 6000 manat məbləğində təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladına təhsil verilsə də, borclu təhsil haqqının 3500 manat hissəsini ödəmiş, 2500 manat borcu qalmışdır. Bununla bağlı bocluya 14.01.2021-ci il tarixli pretenziyalar edilsə də, borcun ödənilməsini təmin etməmişdir. 20.05.2019cu il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi (hər halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni 15.03.2020-ci il tarixdən 515 gün üçün ödənilməli dəbbə pulu 2575 manat təşkil edir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 20 may 2019-cu il tarixli 006/2019 (T2016-2017) saylı təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Resblikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın - X3 ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni - Cavabdeh isə bunun müqabilində İddiaçı nə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Bu müqavilə fasiləsiz milli təhsilin həyata keçirilməsində ümumi təhsil pilləsini əhatə etməklə, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sağlamlıq imkanlarından asılı ayaraq İddiaçındə təhsil alan şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətləri tənzimləyir. İddiaçındə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedoqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir. İş materiallarında olan 20 may 2019-cu il tarixli 007/2019 (T2015-2016) saylı təhsilin təşkili müqaviləsindən bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Resblikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın - X2 ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni - Cavabdeh isə bunun müqabilində İddiaçı nə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Bu müqavilə fasiləsiz milli təhsilin həyata keçirilməsində ümumi təhsil pilləsini əhatə etməklə, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sağlamlıq imkanlarından asılı ayaraq İddiaçındə təhsil alan şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətləri tənzimləyir. İddiaçındə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedoqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, 20 may 2019-cu il tarixli 006/2019 (T2016-2017) saylı və 20 may 2019-cu il tarixli 007/2019 (T2015-2016) saylı təhsilin təşkili müqavilələrinə əsasən borclu X3 X1n valideyni (qanuni nümayəndəsi) Cavabdeh 2019-2020-ci tədris ili üzrə 2500 manat təhsil haqqı borcu və 2575 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 6000 manat təşkil edir, bu məbləğdən 3500 manat ödənilmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 20 may 2019-cu il tarixli 006/2019 (T2016-2017) saylı və 20 may 2019-cu il tarixli 007/2019 (T2015-2016) saylı təhsilin təşkili müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 20 may 2019-cu il tarixli 006/2019 (T2016- 2017) saylı və 20 may 2019-cu il tarixli 007/2019 (T2015-2016) saylı təhsilin təşkili müqavilələri üzrə cavabdeh X3 X1n valideyni (qanuni nümayəndəsi) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış cəriməni təhsilin təşkili müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. 20 may 2019-cu il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda,valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 2575 manat məbləğində cərimə pulunun azaldılması cavadehin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 200 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 X1n valideyni (qanuni nümayəndəsi) Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2500 manat əsas borc, 200 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2730 manat pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar