Məhkəmə qərarları › İş №2(012)-5004/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5004/2022

30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5004/2022 30.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və elektrik enerjisinə görə hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və əsassız tərtib olunmuş 08 aprel 2021-ci il tarixli, 021630 saylı aktın ləğv edilməsi, həmin akt əsasında yazılmış 1500 manat pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı qardaşı X2 xüsusi mülkiyyətinə aid fərdi yaşayış evində, 5 nəfər ailə üzvləriylə birlikdə yaşayır. İddiaçı istifadə etdiyi elektrik enerjisinin pulunu gecikdirmədən və vaxtı-vaxtında ödəyir, cavabdeh şirkətə məxsus elektrik “sayğacı” həyətdə deyil, çöldə quraşdırılmışdır, buna baxmayaraq mütəmadi olaraq nəzarətdən keçirir, sərfıyyatla bağlı daxil olan bildiriş əsasında, pulu ödəyir. 08 aprel 2021-ci il tarixdə cavabdeh şirkətin əməkdaşları tərəfindən, quraşdırılmış sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokol, həmin tarixdə 021630 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş (qanunsuz) akta əsasən, guya elektrik sayğacına müdaxilə olunmuşdur. Əslində heç bir müdaxilə yoxdur, sayğac çöldə quraşdırılmış, plomb vurulmuşdur. İddiaçı tərəfdən müdaxilə heç vaxt olmamışdır, ona görə ki, iddiaçı normal istifadə edir, itkiyə yol vermir, digər tərəfdən həyətində artıq enerji sərfıyyatına yol aça biləcək çörək və ya şirniyyat sexi işlətmir. Həmçinin qarşı tərəfin əlində bununla bağlı mötəbər sübut yoxdur. Evdən çöldə hər gün yüzlərlə insan keçir, bu səbəbdən iddiaçı sayğaca nəzarət edə bilməz. Odur ki, akt qanunsuz tərtib olunmuş, əssasız borc yazılaraq, elektrik enerjisinin verilməsi dayandırılmışdır. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, elektron məlumat bazasında sayğac Səadət İmanovanın adınadır. Həmin sayğaca müdaxilə izləri aşkar edilmişdir. Bu səbəbdən İddiaçı subyektiv hüququ yoxdur. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli, NDM 021630 nömrəli aktdan görünür ki, elektrik sayğacının dövlət “A” ştampının möhüründə və sayğacın üst qapaq örtüyünün gövdəsinə birləşmə hissəəsinin sağ yan yuxarı hissəsində müdaxilə izləri aşkar edilmiş və abonentin 1499,85 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus abonent kodu **********02292 olan fərdi yaşayış evindəki sayğaca baxış keçirilərkən elektrik sayğacındakı qüsur səbəbilə 08 aprel 2021-ci il tarixli, NDM 021630 nömrəli akt tərtib edilmiş və elektrik sayğacının dövlət “A” ştampının möhüründə və sayğacın üst qapaq örtüyünün gövdəsinə birləşmə hissəəsinin sağ yan yuxarı hissəsində müdaxilə izləri olduğu üçün iddaçıya 1499,85 manat cərimə hesablanmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********02292 olan fərdi yaşayış evindəki sayğac, fərdi yaşayış evinin daxilində yox, xaricində yerləşmişdir.Sayğacdakı qüsurların iddiaçının təqsirli hərəkətləri nəticəsində əmələ gəlməsi ilə bağlı məhkəmədə hər hansı bir sübut müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına "xxxx" ASC məsuliyyət daşıdığından,həmçinin sayğacdakı qusurun olması mübahisə predmeti olmadığından, sözügedən akt ləğv edilmədən, abonent kodu **********02292 olan sayğac üzrə hesablanmış 1499,85 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinətinin “Elektrik enerjisindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 7.12-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçısı, enerjitəchizatı müəssisəsi və istehlakçı öz elektrik qurğularında “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun olaraq texniki nəzarət uçot cihazlarını quraşdırır və istismar edir. Həmçinin məhkəmə iddiaçının subyektiv hüququ olmaması ilə bağlı cavabdeh təşkilatın nümayəndəsinin izahatı ilə bağlı qeyd edir ki,həmin izahat işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən,həmin izahata tənqidi yanaşılmalıdır.Belə ki, cavabdeh təşkilatın nümayəndəsini tərəfindən məhkəməyə təqdim olunmuş Səadət İmanovanın adına olan abunə haqqında saldodan görünür ki, Səadət İmanovanın abunə kodu **********02293, İddiaçı isə abunə kodu **********0229-dur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən yaşayış evinə quraşdırılmış abonent kodu **********02292 olan sayğac üzrə 08 aprel 2021-ci il tarixli, NDM 021630 nömrəli akt görə İddiaçıə hesablanmış 1499,85 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar