Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5036/2020 08.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı cavabdeh X1 AZ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, dəymiş ziyan tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh X1 AZ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, İddiaçı cavabdehin hüquqi şəxs kimi qeydiyyata alınmasını təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) aşağıda göstərilən maddələrinə əsasən; 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, ərizənin cavabdeh hissəsində cavabdehin adı X1 AZ Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilsə də poçt ünvanı natamam göstərilərək yalnız Abşeron rayonu, Ceyranbatan qəsəbəsi kimi yazılmışdır. Azərbaycan Respublikasının MPM-nin; 149.2.2. maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları və 149.2.5. maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizəyə mütləq əlavə edilməlidirlər. 150.0.5. maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin hüquqi şəxsin olduğu yerin ünvanınin müəyyən edilməməsi ilə məhkəmədə işin icraata qəbul edilməsi aidiyyət qaydalarının pozulması ilə nəticələnə bilər ki, bu da qanunun tələblərinə əsasən yolverilməzdir. Ona görə də cavabdehin ünvanı tam göstərilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh X1 AZ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, dəymiş ziyan tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5036/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5036/2020
08.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver