Məhkəmə qərarları › İş №2(012)-5050/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5050/2021

26.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5050/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.03.2021-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 817 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, təbii X3nın pozulması haqqında ******* nömrəli, 31.03.2021-ci il tarixli, akt qəbul edilmiş və həmin aktın əsasında ona 817 manat məbləğində cərimə yazmışdırlar. Cərimənin yazılmasına səbəb sayğacdan kənar qeyriqanuni xətdən istifadə olunması aşkar edilmişdir. O isə həmin akt ilə qəti şəkildə razılaşmır. Çünki akt öz başına tərtib edilmiş və onun iştirakı təmin edilməmiş və ona heç bir nə şifahi, nə də ki, rəsmi məlumat verilmədən sayğacı çıxarılmış və evinə verilən təbii qaz dayandırılmışdır. Hazırda da sərf etdiyi təbii qaza görə smart tipli qaz kartına pul yükləyən zaman həmin pulun demək olar ki, 50 %-dən yüksək pul borca çıxılır. O, qəti şəkildə bu qeyd edilənlər ilə razılaşmır. İşləmir və heç bir yerdən gəliri yoxdur, əsassız yerə ona yazılmış 817 manat məbləğində borcu ödəmək onun iqtidarında deyildir. Bir daha bildirir ki, onun sərf etdiyi təbii qaza görə smart tipli qaz kartına yüklədiyi pulun 50 %-dən çoxu həmin borca çıxılır. Halbuki bu işdə onun heç bir təqsiri yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən müəyyən edilmiş ümumiliikdə 817 manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahatında və ünvanladığı etirazda bildirdi ki, İddiaçı «cərimənin silinməsi tələbi» nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 817 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasını qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində baş vermiş itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün müvafiq tədbirlər nəticəsində hesablanmış borcun silinməsi təşkil edir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, **********96290 saylı abonent kodu verilmiş ünvana Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları qaz xətlərinə və üzərinə quraşdırılmış sayğaclara baxış keçirərkən həmin fərdi yaşayış evini qazla təchiz edən qaz xəttinin üzərində təbii qazdan sayğacsız qeyri-qanuni istifadə halı aşkar etmişlər. İddiaçının qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir (0297226 saylı, 31.03.2021-ci il tarixli akt). İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” tərtib edilmişdir. Bu qanunazidd, qərəzli və təqsirli hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nm 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazm alqısatqı barədə müqavilənin 2.2.6-cı bəndi habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi iddiaçıya yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********96290 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısma dəymiş zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii X3nın pozulması haqqında 31.03.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh 31.03.2021-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, bina 0009, 6290 saylı mənzilndə sayğaca baxış keçirilən zaman “X3”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 8208 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 820.8 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmə 31.03.2021-ci il tarixli, ******* saylı akta əsasən, iddiaçı şirkət tərəfindən 90 gün müddətində, hər gün 24 saat olmaqla, 8208 m2 qaz sərfiyyatının hesablanması barədə mövqeyi ilə də razılaşmır. Qeyd olunan hesablanma ilə bağlı məhkəmə tərəfindən iddiaçı təşkilatın nümayəndəsinə məhkəmə tərəfindən açıqlama verilməsi bildirilmiş, nümayəndə təlimata əsaslandıqlarını göstərsə də, həmin hesablanma qaydaları ilə bağlı rəsmi sənəd məhkəməyə təqdim olunmamış, nümayəndə yalnız formal mülahizələrə istinad etmiş, vurulmuş zərərin dəyərinin aktda göstərilən miqdarda olmasını sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 31.03.2021-ci il tarixli, ******* saylı akta əsasən, iddiaçı şirkət tərəfindən 90 gün müddətində, hər gün 24 saat olmaqla, 8208 m2 qaz sərfiyyatının hesablanması vicdanlılığın tələb etdiyi tərzə uyğun olmadığından bir ay əsas götürülməklə, qalan məbləğlər silinməli, yəni (820 manat 80 qəpik : 3 ay= 273,60 manat) 273,60 manat məbləğində pul saxlanmalı, qalan 547,20 manat məbləğində pul isə silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********96290 olan, Abşeron rayonu, Masazır kəndi, bina 0009, 6290 saylı mənzilinə quraşdırılmış qaz sayğacına görə 31.03.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 820.8 manat cərimədən 547,20 manat məbləğində cərimə silinməklə 273,60 manat saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar