Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5058/2020 11.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Seriya RX ******* №-li çıxarışda hüquq sahibi olan “Allahverdiyeva Tamaşa” nın şəxsiyyət vəsiqəsində qeyd edilən “X2” ilə eryni şəxs olması, hüquq sahibi “X4”nın, şəxsiyyət vəsiqəsində qeyd ediklən “X7” ilə eyni şəxs olması, hüquq sahibi “X8”nun, şəxsiyyət vəsiqəsində qeyd edilən “X10” ilı eyni şəxs olması, hüquq sahibi “X11”nun, şəxsiyyət vəsiqəsində qeyd edilən “X15” ilə eyni şəxs olması, hüquq sahibi “X16”nun, şəxsiyyət vəsiqəsində qeyd edilən “X18” ilə eyni şəxs olması, hüquq sahibi “X17”nın şəxsiyyət vəsiqəsində qeyd edilən “X12” ilə eyni şəxs olması barədə hüquqi fakta dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərə cavab vermir. Azərbaycan Respublikası MPM 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qanundan göründüyü kimi Ərizəçi JN- Seriya RX ******* №-li çıxarışda göstərilən adı, atasının adı və ya soyadı şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda həmin çıxarışın X1, X3, X5, X9, X13, X6 məxsus olması faktının müəyyən edilməsini xahiş etmək əvəzinə, JN- Seriya RX ******* №-li çıxarışda yazılmış hüquq sahibləri “Allahverdiyeva Tamaşa” nın şəxsiyyət vəsiqəsində qeyd edilən “X2” ilə eryni şəxs olması, “X4”nın, şəxsiyyət vəsiqəsində qeyd ediklən “X7” ilə eyni şəxs olması, “X8”nun, şəxsiyyət vəsiqəsində qeyd edilən “X10” ilı eyni şəxs olması, “X11”nun, şəxsiyyət vəsiqəsində qeyd edilən “X15” ilə eyni şəxs olması, “X16”nun, şəxsiyyət vəsiqəsində qeyd edilən “X18” ilə eyni şəxs olması, “X17”nın şəxsiyyət vəsiqəsində qeyd edilən “X12” ilə eyni şəxs olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu isə iddia ərizəsinin qanunla nəzərdə tutulmuş forma və məzmununa uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152,1,1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5058/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5058/2020
11.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver