Məhkəmə qərarları › İş №2(012)-5078/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5078/2020

11.12.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5078/2020 11.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı9, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10 Cavabdeh qarşı heyvandarlıq fermasının sökülərək ərazidən köçürülməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı9, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10 Cavabdeh qarşı heyvandarlıq fermasının sökülərək ərazidən köçürülməsi tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5ci maddəsinin tələblərinə cavab vermir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, lakin digər iddiaçılar tərəfindən dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar bir ailələyə məxsus olmayan ayrı-ayrı şəxslərdən ibarət olan qonşulardı. İddia ərizəsində onların iddia tələbləri bir yerdə eyni tələb olsa da ayrı-ayrı şəxslərdən ibarət olduqlarından dövlət rüsumunu da hər biri ayrıayrılıqda 10 manat dövlət rüsumu ödəyərək məhkəməyə təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152,1,5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı9, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10 Cavabdeh qarşı heyvandarlıq fermasının sökülərək ərazidən köçürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar