Məhkəmə qərarları › İş №2(012)-51/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-51/2023

13.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-51/2023 13.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbi barədə mülki işə 13 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, Seriya MH ******* saylı Çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmiş Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsində yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğuların onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, Seriya MH ******* saylı Çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmiş Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsində yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğuların onun öz hesabına sökülməsi, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 210 000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yenidən İddiaçı iddia ərizəsinə əlavə verərək, İddiaçı Cavabdeh qarşı “xx.xx.2008-ci il tarixli, Seriya MH ******* №-li Çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə İddiaçı icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində, yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğular Cavabdeh hesabına sökülməsi, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 210000 (iki yüz on min) manat pul alınıb İddiaçı verilməsi və Abşeron rayon İcra Hakimiyyətindən, Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə İddiaçı icarəyə verilməsinə dair 19 noyabr 2004-cü il tarixli 281 №-li sərəncam, rəy, akt və İcarə müqaviləsinin surətləri və həmin sahədə tikinti işlərinin aparılması üçün Cavabdeh hər hansı icazə verilib-verilməməsi barədə, yaxud da tikinti işlərinin razılaşdırılıbrazılaşdırılmaması barədə məlumat, müsbət halda bunu təsdiq edən sənədlərin surətləri tələb edilməsi” tələbinə dair 2(012)-174/2022 №-li mülki işə Abşeron rayon məhkəməsində mahiyyəti üzrə baxılaraq həll edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 bildirdi ki, hal-hazırkı vaxtadək məhkəmə ekspertizasının keçirilməsi baş tutmamışdır, Hazırda smeta ona təqdim edilmişdir.Ödənişi ödəməyə hazırdır.Xahiş edir ki, ekspertiza keçirilsin. Cavabdehin vəkili-nümayəndəsi vəsatət verərək mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Bildirdi ki, iddia ərizəsi iddiaçıya məxsus Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinın boşaldılması ilə bağlıdır.İnzibati ərazi kimi həmin ərazi Sabunçu rayon məhkəməsinə aid olduğundan işin baxılması üçün həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etdi. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbinə dair mülki iş mübahisəli torpaq sahəsi ərazi Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşdiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 39.1. maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, iş materiallarından müəyyən oldu ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisi olsa da, həmin ərazi inzibati ərazi vahidi olaraq Sabunçu rayonu ərazisində yerləşdiyindən məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş ərazi aidiyyəti üzrə mübahisəli ərazinin yerləşdiyi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbi barədə mülki iş ərazi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar