Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5148/2024 17.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu İddiaçı, Cavabdehlər Həsən Ramiz oğlu, Cavabdeh1,müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, QuliyevHüseyn Ramiz oğlu və X3 qarşı qanun üzrə mirasın həcminin müəyyən edilməsi və vərəsələr arasında məcburi bölünməsi tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Həsən Ramiz oğlu, Cavabdeh1,müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, QuliyevHüseyn Ramiz oğlu və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 ölümündən sonra qalan bütün mirasın həcminin müəyyən edilməsi, qeyd etdiyi vərəsələr arasında bərabər və məcburi bölünməsi, iddia ərizənin hazırlanması ilə əlaqədar 5 saylı vəkil bürosuna xərclədiyi 232 manat və dövlət rüsumuna aid 101 manat məbləqinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin xahiş edirəm hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin iddiaçı iddia ərizəsinin xahiş etdi hisəsində ölümündən sonra qalan bütün mirasın həcminin müəyyən edilməsi, qeyd etdiyi vərəsələr arasında bərabər və məcburi bölünməsi kimi tələblər irəli sürməklə tələblərini aydın və konkret ifadə etməmiş,halbuki AR MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Həsən Ramiz oğlu, Cavabdeh1,müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, QuliyevHüseyn Ramiz oğlu və X3 qarşı, mərhum atası X1 ölümündən sonra qalan bütün mirasın həcminin müəyyən edilməsi, qeyd etdiyi vərəsələr arasında bərabər və məcburi bölünməsi, iddia ərizənin hazırlanması ilə əlaqədar 5 saylı vəkil bürosuna xərclədiyi 232 manat və dövlət rüsumuna aid 101 manat məbləqinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu X7 vasitəsilə xx.xx.2024-cü ildə saat 12:25-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Həsən Ramiz oğlu, Cavabdeh1,müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, QuliyevHüseyn Ramiz oğlu və X3 qarşı, mərhum atası X1 ölümündən sonra qalan bütün mirasın həcminin müəyyən edilməsi, qeyd etdiyi vərəsələr arasında bərabər və məcburi bölünməsi, iddia ərizənin hazırlanması ilə əlaqədar 5 saylı vəkil bürosuna xərclədiyi 232 manat və dövlət rüsumuna aid 101 manat məbləqinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tələbi barədə 2(012)-5148/2024 saylı mülki iş üzrə X7 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5148/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5148/2024
17.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver