Məhkəmə qərarları › İş №2(012)-516/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-516/2025

09.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-516/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması və mülkiyyət hüququnun tanınması öhdəliyinin müvafiq dövlət orqanının üzərinə qoyulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, 302 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 12-ci mərtəbədə, 53,02 kv.m sahəsi olan, 1 otaqlı, 80 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması, mülkiyyət hüququnun mənzilə dair sənədlər əsasında tanınması öhdəliyinin DƏDRX-in üzərinə qoyulması, dövlət rüsumu olaraq ödənilmiş pulun onun hesabına geri ödənilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, müəllimlik məvacibi ilə zərrəzərrə toplamış olduğu və əlavə bankdan üç il müddətinə (aylıq 560 manat ödəniş etməklə) kredit şəklində götürdüyü 15000 manat pulu cəm edib 01 mart 2022-ci il tarixində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunan Cavabdeh1 MTK-ya aid binanın 5-ci blok, 12-ci mərtəbə, 53,02 kv.m sahəsi olan, 80 nömrəli mənzilini əldə etmək üçün ümumilikdə, 29000 manat nağd pul ödəməklə almışdır. MTK sədri ("xxxx") Emil Səməndərov həmin mənzilə aid "xxxx" müqaviləsini, “mənzilin eskiz lahiyəsi”ni və tam ödənişli "xxxx"nı imzası və möhürü ilə təsdiqləyərək ona təhkim etmişdir. MTK-nin üzvləri, "xxxx" və mühasibi həmin mənzilə aid başqa müqavilənin mövcud olmadığını, mənzilin "xxxx" qismində yalnız ona məxsus olduğunu bəyan etməklə, binanın satış ofisində payçıların qeydiyatı aparılmış kompüter məlumatları ilə onu əyani şəkildə tanış etmişdir. Belə ki, aldığı həmin mənzil əvvəlki illərdə Bəsti adlı xanıma müqavilə əsasında verilmiş, daha sonra Bəsti adlı xanım şəxsi təşəbbüsü ilə bu mənzildən imtina etmiş, öz istəyi ilə həmin binada bir mərtəbə aşağıda yerləşən 5-ci blok, 11-ci mərtəbə, 53,02 kv.m sahəsi olan 72 nömrəli mənzilə yerləşdirilmişdir. Bu səbəbdən aldığı mənzil boşaldılmış və yenidən satışa çıxarılmaqla ona satılmışdır. Bəsti xanımla olan telefon danışığı zamanı fakt təsdiqini tapmışdır. Onunla bağlanmış müqavilənin şərtlərinə əsasən binada tikinti işləri yekunlaşdıqdan sonra həmin mənzilin bilavasitə ona təhvil veriləcəyi öhdəliyini MTK üzərinə götürmüşdür. "xxxx" qismində onun tərəfindən isə bütün öhdəliklər, yəni müqavilənin şərtləri dərhal, həmin gün tam olaraq icra olunduğundan və müqavilə üzrə hər hansı öhdəliyi qalmadığı üçün MTK tərəfindən ona tam ödənişli maliyyə arayışı da verilmişdir. Lakin binada tikinti işləri yekunlaşmamış, mənzillər payçılara təhvil verilmədən xx.xx.2022-ci il tarixində MTK sədri, "xxxx" E. Səməndərov barəsində cinayət işi açılmış və həbs edilmişdir. Bu fürsətdən faydalanmağa çalışan Cavabdeh2 sonradan peydə etdiyi 302 saylı formal və ya etibarsız müqavilə sayəsində sözügedən mənzilə sahiblənməyə cəhd göstərməkdədir. Əsaslı faktlara söykənərək bildirir ki, Cavabdeh2 əvvəlki "xxxx" MMC ilə keçən dövrlərdə bağlamış olduğu alqı-satqı müqaviləsi və tam ödənişli "xxxx" binanın 5-ci blok, 3-cü mərtəbə, 49,3 kv.m sahəsi olan nömrəsiz əraziyə aid olmuş, daha sonra həmin müqaviləni dəyişdirməklə Cavabdeh1 MTK-dan binanın 5-ci blok, 11-ci mərtəbə, 49,3 kv.m sahəsi olan 88 nömrəli mənzili adına rəsmiləşdirmişdir. Bu iki əsaslı müqavilədən əlavə cavabdehin hər hansı başqa müqaviləsi olmamışdır. Lakin icraçının həbsindən sonra peydə edilən saxta və ya formal olan 302 nömrəli müqaviləni müdafiə edərək aldığı mənzilə sahib çıxmağa çalışır. Hesab edir ki, "xxxx" E. Səməndərovun həbsini fürsət bilib cavabdeh dolayısı ilə aldığı mənzilin əlindən alınmasını planlaşdırmışdır. Mövcud qanunvericilik tələbləri isə bunu təkzib edir və başqa şəxsin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyanın vurulmasını ehtiva edən, sonradan qanunsuz əlverişsiz əqdin (müqavilənin) əldə edilməsini və ya həmin etibarsız əqdin (müqavilənin) əsas götürülməsini yolverilməz edir. Bağlanan müqavilələr tərəflərin öhdəliklərini təzahür edir və qanuna müvafiq qaydada tərtib olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci, 442.1-ci maddələri bağlanan müqavilə bağlandığı andan qüvvəyə mindiyini və tərəflər üçün məcburi xarakter daşıdığını, 178.8-ci maddə isə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və pay haqqı tam ödənildikdə mülkiyyət hüququnun əldə olunmamasını təzahür edir. Odur ki, Cavabdeh2 mübahisəli mənzil üzrə hər hansı öhdəliyin yaranması faktı mövcud olmamış və ya sözügedən mənzilə dəlalət edən təsdiqləyici sənədlərinin olmaması, onun mübahisəli mənzilə sahib kimi tanınmasına əsas vermir. Belə ki, xx.xx.2019-cu il tarixli, 302 nömrəli formal müqavilənin "xxxx" tərəfindən imzalanmış olması belə şübhə doğuran amillərdəndir. Müqavilənin möhürü yarım kölgə şəklində, icraçının imzası isə əsil icraçının imzası ilə eynilik təşkil etmir. Bundan başqa müqavilənin hansı məcburiyyətdən ərsəyə gəlmə səbəbi də aydın deyildir. 302 nömrəli müqavilə birmənalı olaraq prosedur qaydalar üzrə qanunla müvafiq deyildir. Belə ki, 302 nömrəli müqavilənin bağlanmasını vacib edən "xxxx"nın ərizəsi və ya "xxxx"nın tələbi də mövcud olmamışdır. Bundan başqa Cavabdeh2la əvvəlki dövrlərdə bağlanmış iki müqavilənin heç birinə istinad olunmadan 302 nömrəli formal müqavilə peyda edilmişdir. Belə ki, 302 nömrəli müqavilənin birinci abzasda qeyd edilməsini vacib edən qrafa (bölmə) boş saxlanılmaqla icad olunmuş, 302 nömrəli formal müqavilə üzrə adi riyazi hesablamalar belə uyğunsuzluq təşkil etmişdir. Bunlardan başqa Cavabdeh2 MTK-ya xeyli miqdarda ödənilməmiş borcu olması faktı da 302 saylı formal müqavilə ilə münasibətdə uyğunsuzluq təşkil etməkdədir. Odur ki, 302 nömrəli müqavilə bağlandığı andan etibarsız olmuş, hüqüqi əsas yaratmadığından əlverişli əqd hesab edilməklə ləğv olunmalıdır. Cavabdeh1 MTK binasında 5-ci blok, 12-ci mərtəbə, 53,02 kv.m olan 80 nömrəli mənzilə aid "xxxx" yalnız və yalnız ona təhkim olunmuşdur. Cavabdeh2 və ya digər şəxsə bu mənzilə aid "xxxx" mövcud deyildir. Odur ki, Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mübahisəli mənzil onun adına rəsmləşdirilməsinə qərar verilməlidir. 302 nömrəli formal müqavilədə "xxxx" tərəfindən ödənilməsi nəzərdə tutulmuş öhdəliklər belə (5 il 3 ay ərzində) Cavabdeh2 tərəfindən heç bir halda icra olunmamışdır. Məsələnin əsli mahiyyəti isə tam fərqlidir. Belə ki, Cavabdeh2 ilk dəfə mənzil alarkən tam fərqli fiziki şəxsdən almış, lakin bu günə kimi həmin şəxsi kimliyini gizli saxlamaqdadır. Cavabdeh2 49,3 kv.m nömrəsiz sahəni almaq üçün xx.xx.2012-ci il tarixində bilavasitə həmin şəxsə 15776 manat pul ödəməklə əldə etmişdir. Sonralar "xxxx" MMC-nin direktoru olmuş Rafiq Nəzirovun yanına gəlmiş və binanın 5-ci blok, 3-cü mərtəbə, 49,3 kv.m sahəsi olan nömrəsiz ərazini 528 nömrəli müqavilə və "xxxx" əldə etməklə almışdır. Əlavə olaraq bildirir ki, Cavabdeh2 qızı olan Könül xanımla hazırki predmet üzrə “WhatsApp” danışıqları olmuş və aydın olmuşdur ki, həqiqətən, Cavabdeh2 ilk dəfə mənzili bilavasitə binadan deyil, tam fərqli fiziki şəxsdan almışdır. Reallığın gizlədilməsinin əsl səbəbinə isə mövcud fürsətdən yararlanmaq, məsuliyyətin bilavasitə hazırki rəhbərliyin, yəni E.Səməndərovun üzərində saxlanılmasından, dolayısı ilə aldığı mənzilə sahiblənmək istəyindən ibarətdir. Cavabdeh2 bildirir ki, guya o, ilk dəfə xx.xx.2012-ci il tarixində "xxxx" MMC tərəfindən inşa edilən binasının 5-ci blok, 3-cü mərtəbə, 49,3 kv.m ölçüdə olan nömrəsiz sahəni həmin vaxt "xxxx" MMC-nin direktoru X3 15776 manat pul ödəməklə 528 nömrəli alqı-satqı müqaviləsi və "xxxx" əldə etməklə adına rəsmiləşdirmişdir. Buradan aydın görünür ki, Cavabdeh2 bilavasitə aldadıcı mövqe sərgiləyir. Çünki həmin dövrdə Emil Səməndərov MTK-nın sədri vəzifəsində çalışmamış, müqavilə və ya "xxxx" imzalamağa səlahiyyəti olmuşdur. Belə ki, Cavabdeh1 Mənzil Tikinti Koperativinin təsisçilərinin yığıncağının xx.xx.2018-ci il tarixli, 01/K nömrəli qərarı ilə Emil Səməndərov MTK-ya sədri seçilmiş və fəaliyyətə başlamışdır. Bu da Cavabdeh2 ifadəsini təkzib edir və 302 nömrəli müqavilənin formallığını ehtiva edir. Cavabdeh2 yalnız və yalnız bir - xx.xx.2012-ci il tarixli, 528 nömrəli "xxxx" vardır. Cavabdeh2 həmin vaxt binanın 5-ci blok, 11-ci mərtəbə, 88 nömrəli mənzilini əldə etmişdir. xx.xx.2016-cı il tarixində 528 nömrəli müqaviləsi 155 nömrəli müqavilə ilə əvəz olunmuşdur. Cavabdeh2la bağlanmış bu ikinci, yəni 155 nömrəli müqavilənin birinci abzasında qeyd olunur ki, bu müqavilə bilavasitə 528 nömrəli müqavilə əsasında yenilənmiş və binanın 5-ci blok, 11-ci mərtəbə 49,3 kv.m ölçüdə olan 88 nömrəli mənzili ona “pay” şəklində verilmişdir. Cavabdeh2 sözügedən binada bu mənzildə başqa heç bir mənzilə aid digər "xxxx" olmamışdır və yoxdur. Cavabdeh2 155 nömrəli müqavilə üzrə öhdəliklərini də heç bir vaxt "xxxx" kimi icra edilməmişdir. Odur ki, Cavabdeh2 binada hər hansı mənzili verilməmişdir. 528 nömrəli və 155 nömrəli əvvəlki müqavilələr üzrə "xxxx" olmuş, MTK-nın keçmiş rəhbəri Rafiq Nəsirov cavabdehlik daşıyır və birbaşa olaraq ona dəlalət etmişdir. Rafiq Nəsirov işlədiyi dövrlərdə çoxsaylı insanlarla bərabər Cavabdeh2 da aldatdığından həbs edilmiş və hazırda cəza çəkir. Odur ki, Cavabdeh2 zərərini (pulunu) Rafiq Nəsirovdan geri istəməli və ya bağlanmış 528 və 155 nömrəli müqavilələr (tam ödənişli "xxxx") əsasında əldə etmiş olduğu 5-ci blok, 11-ci mərtəbə, 49,3 kv.m ölçüdə olan 88 nömrəli mənzili tələb edə bilər. Cavabdeh2 isə mövcud fürsətdən faydalanmağa üstünlük versə də buna hüquqi əsas yoxdur. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən Cavabdeh1 MTK "xxxx" MMC-nin varisi kimi yaradılmış olduğundan əvvəlki "xxxx" ilə bağlanmış müqavilələrin yenilənməsinə lüzum qalmır. Bu cür hallar varislik prinsipi əsaslanır və əvvəlki müqavilələr hüquqi qüvvəsini saxlamış olur. Belə halda əvvəlki müqavilələrə istinad olunmadan 302 nömrəli müqavilənin formal olaraq yenidən bağlanılmasının zəruriliyi absurddur və 302 nömrəli müqavilənin əlverişli əqd olduğunu təsdiqləyir. Cavabdeh2 birinci, yəni 528 nömrəli müqavilə ikinci dəfə xx.xx.2016-cı il tarixində 155 nömrəli müqavilə ilə əvəz edildikdə, yaranan 4930 manat borcun yaranma səbəbini hər kvadrat metrə görə əlavə 100 manat pulun hesablanması ilə əsaslandırmış və müqavilə şərtləri ilə rəsmi qaydasında (şəxsi imzası) razılaşmışdır. Lakin müqavilə şərtlərini davamlı pozmaqla Mülki Məcəllənin 399.1ci və 442.1-ci maddələrinin tələblərinə zidd, yəni Fors-Major halları mövcud olmadan qeyri-şərtsiz pozduğunu də açıq etiraf edir. Götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün MTK rəhbəri ilə mübahisə də yaranmışdır. Cavabdeh2 ona olan telefon danışığı zamanı açıq etiraf etmişdir ki, onun "xxxx" ilə yaranan mübahisəsi zamanı əvvəlcə daxili inam və iradəsi ilə mənzildən imtina etmiş və əvvəllər ödəmiş olduğu pulu geri tələb etmişdir. Lakin verdiyi pulunu geri ala bilməyəcəyini qabaqcadan hesablamış və sonradan 302 nömrəli formal müqaviləni əldə etməklə kifayətlənmişdir. Mülki Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icra müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Qanunun bu hissəsi üzrə münasibətdə "xxxx" Cavabdeh2 bilərəkdən binanın tikinti işlərinin ləngidilməsinə də əhəmiyyətli dərəcədə mənfi təsir göstərmiş və çoxsaylı insanların maddi zərər görməsinə və ya evsiz qalmasına münbit şərait yaratmışdır. Belə halda "xxxx" haqlı sayıla bilməz. Onunla bağlanmış müqavilə ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. Bu münasibətdə də müqavilə üzrə "xxxx" tərəf "xxxx"dan davamlı asılı qalmışdır. Çünki MTK büdcəsinin formalaşması "xxxx"lardan asılı olmuşdur. Belə ki, 302 nömrəli müqavilə 3.3-cü bəndində göstərilir: - "xxxx" ödənişləri, həmçinin sonradan 15 mart 2016-cı il tarixli X4 X1 02 saylı Protokolunun 4-cü bəndinə əsasən əlavə ödənişi gecikdirərsə, MTK-nın ixtiyarı var ki, xəbərdarlıq etməklə birtərəfli qaydada müqaviləni ləğv etsin. Cavabdeh2 dəfələrlə MTK-ya dəvət olunsa da o, dəvəti qəbul etməmişdir. Məcburiyyətdən onunla telefon əlaqəsi yaradılmış və müqavilə şərtlərinə əməl edilməsinin vacibliyi ona bildirilmişdir. Lakin Cavabdeh2 öz qərəzli mövqeyini müdafiə etməklə qarşı tərəfi təqsirləndirmiş, binada tikinti işlərinin getmədiyini əsas gətirərək müqavilə üzrə öhdəliyini məhz bu səbəbdən icra etmədiyini bildirmişdir. Bu cür hallar isə "xxxx" haqq qazandırmır. Belə ki, 302 nömrəli müqavilənin 5.2-ci bəndində: - tərəflər arasında bu müqavilə ilə təmin olunmayan münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimləndiyini, müqavilənin 5.3-cü bəndi isə tərəflər arasında yaranan mübahisələrin məhkəmə qaydasında həll olunmasını ehtiva edir. Odur ki, "xxxx" Cavabdeh2 bu mübahisələri qanuna müvafiq şəkildə tələb etməli və ya iddia qaldırmaqla hüquqlarının müdafiə və bərpasına qalxmalı idi. Lakin Cavabdeh2 məsələ ilə bağlı hər hansı şəkildə rəsmi müraciəti və ya məhkəmə çəkişməsi olmamışdır. Buradan belə nəticə çıxır ki, Cavabdeh2 bütün dövrlərdə "xxxx" tərəfindən razı olmuş, lakin bilərəkdən müqavilə şərtlərini davamlı pozmuşdur. Göründüyü kimi Cavabdeh2 öz davranışının qanunsuz olduğunu əvvəlcədən bilmiş və mübahisə qanunla əleyhinə nəticələnəcəyini qabaqcadan hesabladığı üçün hər bir rəsmi müraciət edə bilməmişdir. Ona görə də Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 heç bir mənzilə dair "xxxx" da verilməmişdir. Cavabdeh2 yalnız hazırki vəziyyəti fürsət bilib aldığı mənzilə sahiblənməyə can atır, bu isə yolverilməzdir. xx.xx.2016-cı il tarixli, 155 saylı müqavilənin 3.4-cü bəndində göstərilən, yəni müqavilə bağlandığı gündən 5 gün ərzində borcun 40 faizi məbləğində pulu MTK-ya ödənilməli, qalan hissəsini isə hər ayın 20-30 tarixləri intervalında ödəniş etməlidir) öhdəliyini "xxxx" Cavabdeh2 üzərinə götürmüş olsa da şərtlərə heç bir halda əməl etmədiyini təsdiq etmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə əsasən "xxxx" tərəfindən pay haqqı tam ödənilmədikdə o, həmin paya sahib və ya sərəncamvermə hüququ əldə etmir. Azərbaycan Respublikası Konstitusiyası ilə tənzimlənən vətəndaşın mülkiyyəti hüquqlarının toxunulmazlığına və ya insan hüquq və azadlığının beynəlxalq konvensiyası ilə tənzimlənməlidir. Odur ki, sözügedən mübahisəli mənzilə sahibliyi tanınmalıdır. xx.xx.2016-cı il tarixli, 155 nömrəli müqavilənin 11-ci (rekvizitlər) bəndi ilə, mübahisə predmeti olan 302 nömrəli müqavilənin eyni bəndi üzrə müqayisəsindən aydın görünür ki, 302 nömrəli formal müqavilə dörd ildən sonra icad edilmişdir. Cavabdeh2 isə həmin vaxta qədər MTK-ya olan xeyli miqdarda pul borcunu 5 il 3 ay ərzində ödəyə bilmədiyi təqdirdə, yenidən onunla daha ağırlaşdırıcı şərtlər tətbiq edilməklə üçüncü dəfə 302 nömrəli müqavilənin, həqiqətən, əsl "xxxx" tərəfindən bağlanmış olması reallığı təkzib edir. Əgər həqiqətən, 302 nömrəli müqavilə tərəflərin razılığı ilə bağlanmış olsaydı, şübhəsizdir ki, "xxxx" Cavabdeh2 ən azından ötürmüş 5 il 3 ay ərzində MTK-ya olan borcu tam ödəmiş olmalı idi. Halbuki belə bir fakt mövcud deyildir. Cavabdeh2 302 nömrəli müqavilənin imzalandığı gün 4930 manat borc pulu ödədiyini bildirsə də fakt təsdiqini tapmır, yəni ödəniş qəbzi mövcud deyildir, MTK-ya olan borcu bağlanmamışdır. Belə halda üçüncü dəfə müqavilənin imzalandığı absurddur. Cavabdeh2 birinci, yəni 528 nömrəli müqavilədə göstərilən ödənilmiş məbləği 15776 manat olan pulun üzərinə ikinci, yəni 155 nömrəli müqavilə üzrə yaranan əlavə borcu, yəni 4930 manatı və üçüncü, yəni 302 nömrəli müqavilə üzrə ödəməli olduğu 11736 manatın toplam cəmi 32442 manat təşkil etməlidir. Lakin 302 nömrəli formal müqavilədə isə mənzilin ümumi dəyəri 31812 manat kimi göstərilir. Bu da 302 nömrəli müqavilənin formallığını bir daha təsdiq edir. Cavabdeh2 qeyd edir ki, o, Emil Səməndərova, ümumilikdə, 25376 manat pul ödəniş etmişdir. Belə olan halda 32442 - 25376 = 7066 manat təşkil etməlidir. Lakin Cavabdeh2 hazırda MTKya olan ümumi borcu 6436 manat kimi göstərilir. Yəni "xxxx" Cavabdeh2 xeyrinə 630 manat fərq yaranır. Göründüyü kimi 302 nömrəli müqavilə bütün hallarda ziddiyətlidir və 302 nömrəli müqavilənin formallığına əsasdır. Məsələyə digər aspektdən və ya prizmadan baxarkən bir daha 302 nömrəli müqavilənin formallığı təsdiqlənir. Belə ki, təsdiqləyici əsası olmadığı halda Cavabdeh2 qeyd etmişdir ki, guya o, 302 nömrəli müqaviləni bağladığı gün Cavabdeh1 MTK-ya olan 4930 manat borcun tamamı ilə ödəmişdir. Lakin 302 nömrəli müqavilənin rekvizitlər bəndində göstərilmiş ödəniş pul məbləğinə nəzər yetirdikdə aydın görünür ki, 528 nömrəli birinci müqaviləsində ödəniş məbləği kimi 15776 manatın üzərinə 4930 manat gəldikdə cəm 20706 manat təşkil etməlidir. Lakin 302 nömrəli müqavilədə ödənilən ümumi pul məbləği 20076 manat kimi göstərilmiş və təsdiqlənmişdir. Göründüyü kimi yenə 630 manat fərq meydana çıxır. Bu da 302 nömrəli müqavilənin formal əqd olduğunu bir daha təsdiq edir. Cavabdeh2 təsdiq edir ki, onun MTK-ya, ümumilikdə, 6436 manat pul borclu olduğundan aldığı mənzilə aid "xxxx" yoxdur. Ondan başqa binanın 5-ci blok, 12-ci mərtəbə, 80 nömrəli mənzilinə aid hər hansı şəxsə tam ödənişli "xxxx" verilmədiyindən mənzilə sahiblik və istifadə hüququ tanınmalıdır. Eyni zamanda müqavilə üzrə və ya imzalandığı gün hər hansı ödəniş olunmadığı təqdirdə 302 nömrəli müqavilənin bağlanma zərurəti bəlli olmadığından bu formal müqavilə əvəzsiz müqavilə hesab edilməlidir. Çünki 302 nömrəli müqavilədə hissə-hissə ödəniş nəzərdə tutulmamış, lakin daha da ağırlaşdırıcı şərtlərlə borc məbləğınin fantastik artırılmasını ehtiva edən öhdəliyin və daha ağırlaşdırıcı məsuliyyəti "xxxx"nın üzərinədə saxlanılması halı mövcuddur ki, bu da "xxxx"nın ağırlaşdırılmış məsuliyyətlə üz-üzə saxlanılması kimi səciyyələndiyindən və öhdəliyi heç bir halda yerinə yetirə bilmədiyindən bu cür alqı-satqı anlaşması absurddur. Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Belə hallarla rastlaşan "xxxx" tərəf qeyrimüəyyənlikləri aşkarladığı gündən etibarən bir ay müddətində müqavilədə müvafiq düzəlişlərin edilməsini əsl "xxxx"dan tələb etməlidir. Lakin Cavabdeh2 heç bir halda tələb və ya təkliflə əsl "xxxx"ya müraciət etməmişdir. Odur ki, Cavabdeh1 MTK binasında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 80 nömrəli mənzilə dair pay haqqı əldə etmiş şəxs kimi, ilk olaraq tam ödənişli "xxxx" yalnız və yalnız ona aid olduğu üçün qanunla həmin mənzilə üzrə sahiblik və istifadə hüququ tanınmalı və bu mülkiyyət hüququnun mənzilə dair sənədlər əsasında DƏDRX tərəfindən tanınması öhdəliyi qoyulmalıdır. Bildirir ki, o, xx.xx.2024-cü il tarixində Cavabdeh1 MTK-nın rəhbər olan Emil Səməndərova hazırki mübahisənin aydınlaşdırılması məqsədilə rəsmi müraciət göndərmişdir. Lakin MTK-nın sədri həbsdə olduğundan xx.xx.2024-cü il tarixində məktub geri qaytarılmışdır. xx.xx.2024cü il tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi X2 dəvəti ilə məhkəmə iclas zalında onun ifadəsi alınmış və cavabdeh Emil Səməndərov ilə üzləşdirilmişdir. MTK sədri Emil Səməndərov və MTK-nın mühasibi X6 məhkəmə iclas zalında bir daha bəyan etmişdir ki, həqiqətən 5-ci blok, 12-ci mərtəbə, 80 nömrəli mənzil rəsmən İddiaçı, yəni ona aiddir. o, sözügedən mənzili 2022-ci ildə Cavabdeh1 MTK-dan, şəxsən Emin Səməndərovdan mənzil almışdır. Bir müddət sonra dekabr ayında ona dedilər ki, Cavabdeh1 MTK-nın üç sədri, o cümlədən Emin Səməndərov həbs olunmuşdur və Emin Səməndərovun barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cinayət işi gedir. Həmçinin cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış, “Vatsap” qrupu yaradılmış, orada eyni mənzilə dair neçə şəxsin müqaviləsinin olmasını müəyyən etmişdirlər. Onun mənzilinə dair heç bir müqavilə çıxmamış, lakin son iki ay ərzində Cavabdeh2 müqaviləsi çıxmışdır. O, zərərçəkmiş şəxs kimi ibtidai istintaqda tanınmışdır. Onu qeyd edilən cinayət işi ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə çağırmışdırlar, ona bəlli olmuşdur ki, orada Cavabdeh2 müqaviləsi vardır və bu müqavilə Cavabdeh2 üçüncü müqaviləsidir. Cavabdeh2 müqaviləsində əvvəlki heç bir müqaviləyə istinad edilməmişdir. Qeyd edir ki, Cavabdeh2 son müqaviləsi 2019-cu il, onun müqaviləsi isə 2022-ci il tarixlidir. Cavabdeh1 MTK ilə bağlanmış 40 nömrəli müqavilə ilə bağlı Mövsüm adlı şəxsin adını çıxarmış, onun yerinə Cavabdeh2 adını salmışdırlar. Ona məxsus mənzil 80 nömrəli mənzildir, Cavabdeh2 isə 88 nömrəli mənzilə dair müqaviləsi və maliyyə arayışı olsa da 80 nömrəli mənzilə dair müqaviləsi və ya maliyyə arayışı yoxdur. Lakin sonradan Cavabdeh2 müqaviləsi 80 nömrəli mənzilə çevrilmişdir. Cavabdeh2 birinci müqaviləsi 528 nömrəli müqavilə olmuş, sözügedən müqaviləni 155 nömrəli ikinci müqavilə ilə əvəz etmişdirlər. Bildirir ki, Cavabdeh2 da hazırki iş ilə əlaqəli olan cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1 MTK rəhbərliyi də qeyd edir ki, sözügedən mənzil onundur. Cavabdeh2 Cavabdeh1 MTK ilə bağladığı müqavilə birbaşa onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olur. MTK ilə Cavabdeh2 arasında 3 müqavilə bağlanmışdır, birinci müqavilə 2012-ci il, ikinci müqavilə 2016-cı il, üçüncü müqavilə isə 2019-cu il tarixə aiddir və bütün bu müqavilələr üzrə eyni ödəniş haqqı verilmişdir. Cavabdeh2 bağladığı sonuncu müqavilə ikinci, yəni 155 nömrəli müqaviləni pərdələmək məqsədilə bağlanmışdır. Üçüncü müqavilədə isə mənzilin hansı müqaviləyə istinad edilərək verilməsi hissəsi boş saxlanılmışdır. Cavabdeh2 528 nömrəli birinci müqaviləsi əsasında 155 nömrəli ikinci müqaviləsi tərtib olunmuşdur. Cavabdeh2 öz ərizəsi əsasında 155 nömrəli müqavilə imzalanmış və 5-ci blok, birinci mərtəbə, 88 nömrəli mənzil Cavabdeh2 verilmişdir. Bundan əlavə Cavabdeh2 Cavabdeh1 MTK ilə bağladığı müqavilə qanunauyğun deyildir, belə ki, qarşı tərəfin iradəsi bəlli deyildir. Cavabdeh2 deyir ki, onun müqavilə bağlamaq məqsədi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında deyilir ki, müqavilə 4 şərtlə imzalanmalıdır. Lakin sözügedən müqavilə standart şərtlərə uyğun deyildir. Emin Səməndərov barəsində cinayət işi üzrə istintaq yekunlaşmış, 420 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır, lakin 88 nömrəli mənzil ilə bağlı Cavabdeh2 aid qeyd yoxdur. Ona məxsus mənzil 12-ci mərtəbə yerləşir və mənzilin yerləşdiyi bina "xxxx" MTK-nın istifadəsindədir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi onlara bu binanı təhkim etmişdir. "xxxx" MTK-nın rəhbəri İsfəndiyar adlı şəxsdir. Hazırda mənzillərin kimin mülkiyyətində olması dəqiq müəyyən edilməmişdir. Cavabdeh2 mənzil ilə bağlı tam olaraq ödəniş etdiyini bildirsə də cəmi 4900 manat pul ödəmişdir və 9600 manat borcu vardır. Cavabdeh2 birdəfəlik ödəniş barədə çeki olmalıdır, lakin bununla bağlı çek mövcud deyildir. Bundan əlavə Cavabdeh2 mənzilin dəyəri üzrə hər ay ödəniş etməməklə müqavilə əsasında götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 evsiz qalacağından qorxduğu üçün sözügedən evi götürmüşdür. Bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclaslarının protokollarında Emin Səməndərov və Cavabdeh2 ifadələrində qeyd etdikləri həqiqəti əks etdirmir. Cavabdeh2 mənzili Sevil adlı xanımdan aldığını bildirsə də mənzilin dəyərini nə Sevil xanıma, nə də MTK-ya ödəmişdir. O, Cavabdeh2 ödənişlər ilə bağlı çeklər almışdır. Cavabdeh2 mübahisələndirilən müqavilədən əvvəl bağlanmış müqaviləyə dair çekləri sübut kimi təqdim etmişdir. Cavabdeh2 "xxxx" MTK-dan nə vaxtsa mənzil alması hazırda mübahisə predmeti deyildir. Bundan əlavə çeklərin əksəriyyətində cəm məbləğində şəkillərin yeri dəyişdirilmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən сavabdeh Cavabdeh2 izahatında bildirdi ki, onunla MTK arasında ilk dəfə 2012-ci ildə müqavilə bağlanmış, lakin müqavilədə mənzilin nömrəsi göstərilmədiyindən, sonradan yəni, 24 sentyabr 2016-cı il tarixdə onunla MTK arasında yeni müqavilə bağlanmış, daha sonra 2019-cu ildə MTK tərəfindən çağırılmış və ona bildirilmişdir ki, ona verilən mənzil qeyri-yaşayış sahəsidir. Bu səbəbdən ona əvvəlki mənzildən üst mərtəbədə yerləşən digər mənzil verilmiş və onunla Cavabdeh1 MTK arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 №-li mənzilə dair 18 iyun 2019-cu il tarixli, 302 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmış və mənzilin dəyəri 31812 manat olmuş, ödənişlər olmaqla cəmi 25000 manat pul ödəmiş, hazırda sözügedən mənzil ilə bağlı müqaviləyə əsasən 6436 manat borcu vardır və heç kim ondan pulu qəbul etmədiyindən o, mənzilin dəyəri üzrə ödəniş etməyi dayandırmışdır. Mənzilin yerləşdiyi bina tikilsə də orada yaşayış yoxdur və həmin ərazidə müəyyən tikinti işləri aparılır. Bina 5 blokdan ibarətdir və hər blok 15 mərtəbəlidir. MTK-dan ona bildirilmişdir ki, ev onundur, belə ki, ona məxsus ilkin müqavilə mövcuddur. Bildirir ki, o, mənzili Rafiq adlı şəxsdən almış, Sevil adlı xanım mənzildən imtina etdiyi üçün həmin mənzili o, əldə etmişdir. Onu 80 nömrəli mənzilin sahibi kimi qeyd etmişdirlər. Bildirir ki, istintaqda İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır və hesab edir ki, İddiaçı "xxxx" MTK-dan İsfəndiyar adlı şəxsin yanına gedib pulunu almalıdır. O, 2018-ci ildə 4300 manat, bir dəfə 5400 manat və digər ödənişlər olmaqla cəmi 25000 manatdan çox pul ödəmiş, hazırda sözügedən mənzil ilə bağlı müqaviləyə əsasən 6436 manat borcu vardır və heç kim ondan pulu qəbul etmədiyindən o, mənzilin dəyəri üzrə ödəniş etməyi dayandırmışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona bildirilmişdir ki, "xxxx" MTK-ya ödəniş etdikdən sonra mənzilində yaşaya bilər. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin əsli iş materiallarına əlavə edilməmişdir. MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi iş materiallarına bu cür sübutlar təqdim edilməmişdir. Bundan başqa Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o, kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edilən səbəblərdən iddiaçının ərizəsində qeyd etdiyi ünvan üzrə həmin mərtəbədə həmin ölçüdə mənzilin olub-olmaması və yaxud həmin mənzillə bağlı iddiaçıdan əvvəl kiminləsə müqavilə bağlanılıb-bağlanılmaması araşdırılmadan işə baxılması obyektiv hüquqi qiymətləndirilə bilməz. Odur ki, cavabdehin nümayəndəsi bu məsələlərin araşdırılması və eyni zamanda hazırda həmin MTK-nın əvvəlki rəhbərliyi tərəfindən bir mənzilin bir neçə şəxsə satılması faktı ilə bağlı cinayət işi Baş Prokurorluq yanında KQMBİ araşdırıldığından həmin idarədən arayış alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Cavabdeh1 MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 №-li mənzili pay kimi payçı İddiaçı ayırmağı, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği, yəni 22003 manat məbləğində pulu tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1nə məxsus ünvan 1 ünvanda inşa olunan 5 bloklu, 16 mərtəbəli yaşayış binasının 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, 1 otaqlı 80 №-li mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir və onun MTK-ya borcu yoxdur. İş materiallarında olan 27 mart 2012-ci il tarixli, 528 nömrəli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 3-cü mərtəbə, ümumi sahəsi 49,3 m2 olan, 5-ci blok, izolə olunmuş, 1 otaqdan ibarət mənzili pay kimi payçı Cavabdeh2 verməyi, payçı Cavabdeh2 isə müqavilədə göstərilmiş məbləği, yəni 15776 manat məbləğində pulu tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 mart 2012-ci il tarixli, 528 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 49,3 m2 olan 1 otaqlı mənzilin pay dəyəri, yəni 15776 manat məbləğində pul payçı Cavabdeh2 tərəfindən ödənilmişdir və onun MTK-ya borcu yoxdur. İş materiallarında olan 24 sentyabr 2016-cı il tarixli, 155 nömrəli müqavilənin surətindən görünür ki, icraçı Cavabdeh1 MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,3 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 88 №-li mənzili pay kimi payçı Cavabdeh2 ayırmağı, payçı Cavabdeh2 isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 iyun 2019-cu il tarixli, 302 nömrəli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı s Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 №-li mənzili pay kimi payçı Cavabdeh2 ayırmağı, payçı Cavabdeh2 isə müqavilədə göstərilmiş məbləği, yəni 31812 manat məbləğində pulu tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK arasında 18 iyun 2019-cu il tarixli, 302 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında icraçı Cavabdeh1 MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 №-li mənzili pay kimi payçı Cavabdeh2 ayırmağı, payçı Cavabdeh2 isə müqavilədə göstərilmiş məbləği, yəni 31812 manat məbləğində pulu tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.İş materiallarında olan maliyyə arayışından və ödəniş qəzlərindən görünür ki, Cavabdeh2 tərəfindən ayrı-ayrı vaxtlar ərzində 24626 manat (27 mart 2012-ci il tarixli, 528 nömrəli maliyyə arayışı əsasında 15776 manat və 2018-2022-ci illərdə ödənilmiş qəbzlər əsasında 8850 manat) ödənişlər aparılmışdır. Daha sonra İddiaçı ilə Cavabdeh1 MTK arasında 01 mart 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh təşkilat Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 №-li mənzili pay kimi payçı İddiaçı ayırmağı, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği, yəni 22003 manat məbləğində pulu tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki,mübahisə predmeti olan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən, 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 №-li mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, 302 nömrəli müqavilə və İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 01 mart 2022-ci il tarixli müqavilələr mahiyyətinə görə mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilələrin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8, 337.1,337.2,337.3,337.4,399.1 və 442.1-ci maddələrinə istinad edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, 302 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsisi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Lakin,hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqd tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı mərhələsində davranışları və təqdim etdikləri sübutlarla (ödənişlərə dair qəbzlər) müəyyən olunur və məhkəmə hesab edir ki, müqavilə üzrə kreditorun irədəsindən asılı olmayan səbəbdən öhdəliyin tam ödənilməməsi də əqdin etibarzıs saylmasına əsas hesab edilə bilməz.Nəzərə alsaq ki,subyektiv hüquq olaraq müqavilə üzrə həmin tələb hazırki halda iddiaçının hüququnun pozulmasi ilə nəticələnmir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı 18 iyun 2019-cu il tarixli, 302 nömrəli müqavilənin etibarsız sayılması üçün istinad etdiyi hallar əqdlərin etibarsızlığını müəyyən edən iddia tələbinin hüquqi əsasları ilə uyğun gəlmir,yəni iddiaçının istinad etdiyi hallar, iddia tələbinin hüquqi əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bundan başqa məhkəmə tədqiq edilmiş sübutlar əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, 302 nömrəli müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi nəticəsinə gəldiyindən,hesab edir ki,idia tələbinin digər hissələri həmin hissədən bir başa aslı olduğundan həmin hissələrə hüquqi qiymət verilməsi zərurətini də aradan qaldırmışdır. Məhkəmə həmçinin onun da qeyd etməyi zəruri hesab edir ki,İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin Cavabdeh1 MTK tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPMin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, 302 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 12-ci mərtəbədə, 53,02 kv.m sahəsi olan, 1 otaqlı, 80 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması, mülkiyyət hüququnun mənzilə dair sənədlər əsasında tanınması öhdəliyinin DƏDRX-in üzərinə qoyulması barədə iddiası rədd edilsin. İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 80 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin Cavabdeh1 MTK tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar