Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5160/2021 07.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi və onun vəkili-nümayəndəsi X46 iştirakı ilə, Ərizəçilər Ərizəçi, X28, X16, X39 və X8 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi, X28, X16, X39 və X17 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyət hüququna dair J№-0069 dövlət aktında X10, X29, Ərizəçi, X39, X16, X17, kimi JN-139A X1, X29, Ərizəçi, X39, X16, X17, kimi oxunub tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi, X28, X16, X39 və X17 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, torpağa mülkiyyət hüququna dair 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin Ərizəçi, X28, X19, X39, X17, X29, X33, X14 adlı şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli 27 saylı qərarına uyğun olaraq JN-139A nömrəli 4 Şəhadətnamə ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.20 ha həyətyanı sahə, eləcə də Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il 27 saylı qərarına uyğun olaraq JN-0069 saylı Dövlət Aktı ilə isə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Hər iki dövlət aktlarında onun və digər ərizəçilərin ad, soyad və ata adları səhv qeyd olunaraq, şəxsiyyət vəsiqələrində onlara məxsus olan ad, soyad və ata adlarından fərqli şəkildə qeyd olunmaqla ziddiyyət təşkil edir. Belə ki, şəxsiyyət vəsiqələrinə uyğun olaraq, daşıdıqları ad, soyad və ata adları JN-0069 saylı Dövlət Aktının birinci sıra sayında X2 Mirnağı M, həmin aktın 3-cü sıra sayında olan X5 Tamilə, 4-cü sıra sayında Ərizəçi X40, 5-ci sıra sayında X6 Könül Ceyhun qızı, 6-cı sıra sayında X3 Cahid Ceyhun oğlu və 8-ci sıra sayında X4 Cabit Ceyhun oğlu kimi, həmçinin JN-139A nömrəli Şəhadətnamədə 1-ci sırada X7 Yunus Mirnağı oğlu, 2-ci sırada X5 Tamilə, 3-cü sırada Ərizəçi X40, 4-cü sıra sayında X6 Könül Ceyhun qızı, 5-ci sırada X3 Cavid Ceyhun oğlu, 6-cı sırada X4 Cabit Ceyhun oğlu kimi qeyd edilmişdir. Onu da bildirir ki, yuxarıda qeyd olunan dövlət aktı və şəhadətnamədə ad, soyad və ata adlarının yazılışında buraxılan səhvlərə görə mirası qəbul edə bilmirlər. Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə dövlət aktında və şəhadətnamədə buraxılmış səhvlərin aradan qaldırılması və çıxarış verilməsi barədə müraciət etmişlər. X58 Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi səhvlərin aradan qaldırılması və çıxarışın verilməsinə etiraz etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi vəkili-nümayəndəsi X52 məhkəmədə ərizəni müdafiə edərək, Ərizəçi izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər ərizəçilər X28, X16, X39, X17 və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, 16049399 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X28 01.01.1981-ci ildə Masallı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, 14920832 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X16 03.11.1997ci ildə Masallı rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, 13897819 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X39 30.06.1973-cü ildə Masallı şəhərində anadan olmuşdur. İş materiallarında olan AA2992641 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X17 13.06.1995-ci ildə anadan olmuşdur. İş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 fevral 2010-cu il tarixli, AZ-İ № 398095 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X29 09.01.2010-cu ildə dünyasını dəyişmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 fevral 2021-ci il tarixli, AZ- İİ № 144224 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X33 28.10.2006-cı ildə dünyasını dəyişmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 oktyabr 1998-ci il tarixli, İV-ЖГ № 485463 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 06.10.1998-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktından görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli 27 nömrəli qərarı ilə verilmiş 0,81 hektar ölçüsü olan torpaq sahəsi Cəfərov Mirnağı M, Cəfərova Tamilə, X40, X34, X41, X43, X42 və X18 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli 27 nömrəli qərarı ilə verilmiş 0,20 hektar ölçüsü olan torpaq sahəsi X35, Cəfərova Tamilə, X40, X34, X43, X42 və X18 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçilərin izahatlarını və iş materiallarını araşdıraraq, hesab edir ki, X14, X29, Ərizəçi, X39, X8 adı 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktında səhv olaraq Cəfərov Mirnağı M, Cəfərova Tamilə, X40, X34, X43 olaraq göstərilmişdir. Bundan əlavə X33, X29, Ərizəçi, X39, X8 adı torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamədə səhv olaraq X35, Cəfərova Tamilə, X40, X34, X43 olaraq göstərilmişdir. Həmçinin 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin X11 məxsus olması faktını təsdiq edən hallar ərizəçi tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının İV-ЖГ № 485463 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X9, AZ-İ № 398095 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X20, AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZE Seriyalı, 13897819 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X30, AA2992641 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X12 və AZE Seriyalı, 16049399 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X21 məxsus olması faktı müəyyən edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin AZE Seriyalı, AZ-İİ № 144224 saylı saylı ölüm haqqında şəhadətnamədə göstərilən X24, AZ-İ № 398095 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X20, AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZE Seriyalı, 13897819 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X30, AA2992641 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X12 və AZE Seriyalı, 16049399 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X21 məxsus olması faktı müəyyən edilsin. Ərizə 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin X11 məxsus olması hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5160/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5160/2021
07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver