Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5185/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı FAM-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı FAM-88 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək iddiaçı FAM-88 MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 6-cı mərtəbəsində, ümumi sahəsi 90.76 kv.m, 2 (iki) otaqdan ibarət 20 nömrəli mənzilin tikintisi haqqında 04 sentyabr 2020-ci il tarixli 0020-M saylı müqavilənin və 04 sentyabr 2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə iclası 12.10.2021-ci il tarixə saat 10:45-ə təyin edilmiş, lakin iddiaçı FAM-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İddiaçı FAM-88 Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh tərəf olaraq mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş cavabdeh isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı FAM-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5185/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5185/2021
12.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver