Məhkəmə qərarları › İş №2(012)-5225/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5225/2022

09.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5225/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Regional Qaz Satışı Departamentinə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış cəmi 4257,94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış ümumilikdə 4257,94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, ev 21 onun qeydiyyatda olduğu fərdi yaşayış sahəsi olmuşdur. xx.xx.2016-cı il tarixində Abşeron rayonu 1 saylı notariat kontorunda AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə o, əmlakını X2. Həmin ünvanda qaz sayğacı ilə bağlı müqavilə onun adına olduğundan “Azəriqaz” İB Abşeron RQİİ-nin nümayəndələri tərəfindən quraşdırılmış **********9 nömrəli (**********32410 abonent kodu) sayğacdan istifadə qaydalarının pozulması haqqındakı aktlar həmin ünvanda onun adına hesablanmaqla qanunsuz yazılmışdır. Belə ki, “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamentinin nümayəndələrinin iştirakı ilə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 3174,04 manat cərimə məbləği hesablanmışdır. Bundan əlavə, ayrı-ayrı vaxtlarda və tarixlərdə X4 adına hesablanmış cərimə borclarının da ödənişləri onun borcunun üzərinə əlavə edilməklə qanunsuz cərimə borcu hesablanmışdır. Adına hesablanmış cərimənin ümumi məbləği 4257,94 manatdır. İddia ərizəsinə əlavə olunmuş Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “ünvan 2 ünvanında yerləşən X5 məxsus **********13040 istehlakçı hesabı üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qeyd olunan ünvana texniki səhv nəticəsində daxil edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, bu aktlar ünvan 3 ünvanında yaşayan İddiaçı evinə yazılmalıdır. Beləliklə, qeyd olunan xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli 0270316, 0265674, ******* və ******* nömrəli aktlar əsasında hesablanmış 1083,9 manat dəymiş ziyanın X1 İddiaçı hesabına yazılması məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunur.” Yuxarıda qeyd olunan məktubda göstərilmiş ünvan səhv olmaqla yanaşı, ayrı-ayrı vaxtlarda tərtib olunmaqla X9 adlı şəxsin adına yazılmış, onun və Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, ev 21 ünvanında yaşayan şəxslərin heç birinin xəbəri və məlumatı olmadan tərtib olunmuşdur. Ümumiyyətlə, bu aktların və hesablanmış borcun ona heç bir aidiyyəti yoxdur. Tərtib olunmuş və iddia ərizəsinə əlavə edilmiş aktların Abşeron, Quşçuluq ünvanında tərtib olunduğu və istehlakçı olaraq X4 iştirakı ilə tərtib olunduğu qeyd edilmişdir. Əgər bu, hər hansı bir texniki səhv olmuşdursa, o zaman aktı tərtib edən məsul şəxslər ikinci aktı tərtib edərkən həmin aktın texniki səhv nəticəsində tərtib edildiyini bilməli və istehlakçı ilə bu faktı dəqiqləşdirməli idilər. Tərtib olunmuş müxtəlif tarixlərdəki aktlardan görünür ki, həmin cərimə aktları formal olaraq tərtib olunmuş və bu aktlar tərtib olunarkən istehlakçı hüquqları kobud surətdə pozulmuşdur. Bakı Regional Qazın Satışı Departamentinin gəldiyi bu qənaət və mövqe qanunsuz və əsassızdır. Abonentin saldosundan aydın görünür ki, onun təbii qazdan heç bir qanunsuz istifadəsi olmamış, təbii qazdan istifadə aylıq olaraq normal 20-30 manat arası olmuşdur. Yaşayış mənzilində birdən-birə 3174,04 manatlıq təbii qazın istifadəsi mümkünsüzdür. Bundan başqa, heç bir qanuni əsas olmadan X4 adından onun adına keçirilərək yazılmış 1083,9 manat borcla birlikdə ümumilikdə 4257,94 manat borc hesablanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Əzizov X6 rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, 21 saylı evi 51000 manata X2. İş materiallarında olan RX ******* saylı xx.xx.2016-cı il tarixli reyestrdən çıxarışın və texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, 21 saylı ev X7 mülkiyyətindədir. İş materiallarında olan bildiriş xəbərdarlığın surətindən görünür ki, **********32410 abonent kodlu İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 3174,04 manat borcu vardır. İş materiallarında olan Bakı Regional Qaz Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən X5 məxsus **********13040 istehlakçı hesabı üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qeyd olunan ünvana texniki səhv nəticəsində daxil edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, bu aktlar ünvan 3 ünvanında yaşayan İddiaçı evinə yazılmalıdır. Beləliklə də, qeyd olunan xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli aktlar əsasında hesablanmış 1083,9 manat dəymiş ziyanın X1 İddiaçı hesabına yazılması məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı X7 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman qaz sayğacının mənfiyə işləməsi və zavod plomblarının olmaması müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman qaz sayğacının metrologiya plomblarının olmaması və qazın sərfiyyatını qeyd etməməsi müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2020-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 5832 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunub. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 3456 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunub. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 1332 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunub. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 324 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunub. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 648 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunub. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 324 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunub. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən evə aid abonent kodu **********32410 olan abonentin saldosundan görünür ki, 2019-cu il ərzində 5 akta əsasən 1062 manat, 2020-ci il ərzində 1 akta əsasən 583,20 manat, 2022-ci il ərzində 1 akta əsasən 1083,60 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma faktları olmuş və bu faktlar 6 ədəd aktla (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2022-ci il tarixli) qeydə alınmışdır. Qanunsuz qoşulma faktını məhkəmə iclasında iddiaçı da qismən təsdiq etdi. Məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2022-ci il tarixli aktlar qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən cavabdeh tərəfindən müəyyən qüsurlara yol verilmişdir. Qeyd edilən aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 18 və ya 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 48,6 manat (2,7 x 6 x 30 = 486 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 48,6 manat (2,7 x 6 x 30 = 486 kub.metr), ümumilikdə 235,8 manat ziyan vurması məlum olur. xx.xx.2019-cu il tarixli ******* saylı akta gəlincə məhkəmə qeyd edir ki, həmin akt sayğacın nasazlığı barədədir. Bu akt üzrə abonentdən hər hansı borc tələb edilə bilməz. xx.xx.2022-ci il tarixli ******* saylı akt ilə bağlı məhkəmə qeyd edir ki, bu akt üzrə dəymiş ziyanın hesablanması barədə tələbnamə işdə mövcud olmadığından bu borc da abonentdən tələb edilə bilməz. Həmçinin texniki səhv səbəbindən digər abonentin istehlak etdiyi təbii qaza görə abonentə borcun hesablanması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin halda “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı hesabladığı borc əsassızdır. Belə ki, bu məktubdan görünür ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş 1083,9 manatlıq ziyan xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmışdır. Lakin “Azəriqaz” İB həmin aktları məhkəməyə təqdim edə bilməmişdir, yəni tələbin hüquqi əsası mövcud deyildir. Belə olan halda isə qeyd edilən məktuba əsasən İddiaçı hesablanmış 1083,9 manat borc əsassızdır və silinməlidir. İşdən görünür ki, abonentə 7 akt əsasında ümumilikdə 2728,8 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı bu borcun yalnız 235,8 manat hissəsi öz təsdiqini tapmışdır. Beləliklə, məlum aktlar əsasında abonentə hesablanmış 2493 (2728,8- 235,8) manat borc silinməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi həyət evində (abonent kodu: **********32410) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq cavabdeh tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi evinə aid qaz sayğacına (abonent kodu: **********32410) dair məlum aktlar əsasında hesablanmış və öz təsdiqini tapmayan borc olmaqla, cəmi 3576,9 (2493+1083,9) manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi evinə aid qaz sayğacına (abonent kodu: **********32410) dair hesablanmış 3576,9 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar