Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5231/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 518,40 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 145 yerləşən ev olmuşdur. Həmin evdə olan sayğac oğurlanmışdır. İddiaçı bu barədə Polis orqanlarına məlumat vermişdir. Azəriqaz İByə müraciət edərək yeni sayğacın quraşdırılmasını xahiş etmişdir. Azəriqaz İB tərəfindən yeni sayğac quraşdırılmışdır. Onun xəbəri olmadan barəsində ******* saylı 22 fevral 2022ci il tarixli akt tərtib edilmişdir və ona cərimə yazılmışdır. Həmin akta görə guya mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyü kənar təsir nəticəsində sındırılmışdır. Göstərici çarxları, dişli çarxlar, əsas çap vərəqi element, kart yuvası, kard rider zavod seriya nömrəsi üst qapaq aşkar edilməmişdir. Nəticədə ona 518,40 manat məbləğində cərimə borcu yazılmışdır. Onun bu hadisədən uzun müddət xəbəri olmamışdır. Ona görə də, qaz idarəsinə yaxınlaşmışdır. Orada ona məlum olmuşdur ki, göstərilən akt tərtib edilmiş və ona 518,40 manat məbləğində cərimə borcu hesablanmışdır. Lakin, bu hallar həqiqəti əks etdirmir. Sayğacdan kənar qazdan istifadə olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ 518,40 manat təşkil edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m yerləşən fərdi yaşayış evində İtron G-4 markalı qaz sayğacı çıxarılaraq Zenner G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********39760) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacın hesablama mexanizminin örtüyünün kənar təsir nəticəsində sındırıldığı aşkar edilmişdir, bununla əlaqədar olaraq akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamamışdır. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x12x90= 4320 m3 əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdehnə 03/2022-ci il üzrə 518,40 manat ziyan hesablanmışdır. Mülki iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri QYM-də yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, ona məxsus olan Abşeron rayonu Xırdalan şəhərində QYM-də yerləşən fərdi yaşayış evinə gələn maye qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacının (18** AZ ***1********) naməlum şəraitdə oğurlanması barədə məlumat vermişdir. Faktla bağlı Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Aktda qeyd olunan sayğacın hesablama mexanizminin örtüyünün kənar təsir nəticəsində sındırıldığı iş materialları ilə təsdiq olunmur. əksinə iddiaçı sayğacının oğurlanması ilə bağlı həmin vaxt Pİ-ə ərizə ilə müraciət etmişdir.Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, işin materiallarından göründüyü kimi abunə kodu **********39760 olan ünvan üzrə qazdan istifadəyə görə 03.2022-ci il tarix üçün 518,4 manat cərimə borcu hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M-də yerləşən evə aid qaz sayğacına (abonent kodu **********39760) dair hesablanmış 03/2022-ci il tarix üçün cərimə borcu əsassız hesab edilib 518,40 manat silinməli, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M-də yerləşən evə aid qaz sayğacına (abonent kodu **********39760) dair hesablanmış 518,40 manat cərimə borcu silinsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5231/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5231/2022
14.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver