Məhkəmə qərarları › İş №2(012)-5238/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5238/2025

12.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5238/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehmissiyasına qarşı hərracın protokolu və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehmissiyasına qarşı hərracın protokolu və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti X2 X5 Abşeron ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Abşeron rayonu ərazisində yerləşən, Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan, ümumi sahəsi 0,9079 ha olan, kənd təsərrüfatı təyinatlı, əkin növlü üçüncü keyfiyyət qruplu, hektar üçün icarə haqqının aşağı həddi 6.54 manat olan və üzərində heç bir məhdudiyyət olmayan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilmiş hərracın 120/1 saylı protokolunun və 003908 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirmişdir ki, o, hazırki mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «X2» X6 hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 139-dur. Hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası şəxsin yaratdığı komissiyadır ki, həmin komissiyanın olduğu yerə görə deyil, hüquqi şəxsin ünvanına görə ərazi aidiyyəti müəyyən edilir. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hazırki iddia ərizəsini icraata götürsə də, məhkəmə prosessinin gedişatında məlum olmuşdur ki, cavabdehin hüquqi ünvanı Abşeron rayonu deyildir. Odur ki, AR MPM-nin 35.1-ci maddəsinə istinad edərək, məhkəmə hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin: 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehmissiyasına qarşı hərracın protokolu və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar