Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5250/2023 04.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı sair mülki iş kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı sair mülki iş kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, eyni tələblə bağlı eyni tərəflər arasında məhkəmənin icraatında mülki iş vardır, məhkəmə tərəfindən iddia tələbi rədd olunmuşdur və o, həmin qətnamədən narazı qalmışdır. Həmçinin iddiaçı iddia ərizəsinə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli həmin qətnaməsi əlavə etmişdir və həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, cavabdeh M.Hacıbabayevdən dəymiş ziyanla bağlı 777,4 manat, debitor borcu kimi 227,2 manat olmaqla, cəmi 1004,6 manat, vəkil xərci 65 manat və dövlət rüsumu kimi 50 manat pul tutularaq Azəriqaz İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin qətnamədən görünür ki, iddiaçının mübahisələndirdiyi və cərimə məbləğinin silinməsinin tələb etdiyi aktlarla bağlı mübahisə iddianın predmeti kimi araşdırılmış və yekun qərar qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı sair mülki iş kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-5250/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5250/2023
04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver