Məhkəmə qərarları › İş №2(012)-5258/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5258/2023

29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5258/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1555,20 manat borcun silinməsi silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. İddiaçı ailəsi ilə birlikdə sözügedən ünvanda çox az zamanlar yaşayır. Bildirir ki, Cavabdeh tərəfindən 17 mart 2023-cü il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğac sərfiyyatı qeyd etmədiyinə görə sayğac yenisi ilə əvəz edilmiş, Zenner tipli, G- 4 markalı, 1002AQ**********6 nömrəli sayğac quraşdırılmışdır. Bundan sonra Cavabdeh əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və MSK-14-2-213-5-3470-1 saylı rəyinə əsasən 1002AQ**********6 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Ümumiyyətlə bildirir ki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. Bununla belə 31 mart 2023-cü il tarixdə “Azəriqaz İB” tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 1500 manat borc hesablanmışdır. Sözügedən akt qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən iddiaçı, ümumiyyətlə, evdə olmamışdır və bununla bağlı onun heç bir məlumatı olmamışdır. “Azərqaz” İB isə qanunvericiliyin tələblərini pozaraq iddiaçının iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində iddiaçının aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Bildirir ki, iddiaçının heç vaxt qazın istifadəsinə görə iddiaçının borcu olmayıb və sayğaca heç vaxt onun tərəfindən heç bir müdaxilə olunmamışdır. “Azərqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 mart tarixli ******* nömrəli aktdan da göründüyü kimi köhnə sayğac yeni sayğacla əvəz edilmiş, yenisi quraşdırılmışdır. Bildirir ki, qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Buna baxmayaraq 1002AQ**********6 nömrəli sayğacın çıxış plastmas borusu deşildiyinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmçinin həmin aktda iddiaçının hansı pozuntuya yol verildiyi qeyd edilməmiş, əksinə olaraq iddiaçının iştirakı təmin olunmamış, qanunsuz, əsassız və saxta olaraq akt tərtib edilmişdir. Burdan da göründüyü kimi onların özləri məsuliyyət daşımalı olduqları halda dəymiş ziyan hesablanaraq iddiaçının borcu kimi yazılmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, onun adına əsassız olaraq 1555,20 manat məbləğində borc hesablanmışdır.Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan , Cavabdeh tərəfindən 17 mart 2023-cü il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğac sərfiyyatı qeyd etmədiyinə görə sayğac yenisi ilə əvəz edilmiş, Zenner tipli, G- 4 markalı, 1002AQ**********6 nömrəli sayğac quraşdırılmışdır. Bundan sonra Cavabdeh əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və MSK-14-2-213-5-3470-1 saylı rəyinə əsasən 1002AQ**********6 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. 31 mart 2023-cü il tarixdə “Azəriqaz İB” tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 1500 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş eyni tarixli, “0381937” saylı akta əsasən abonent İddiaçı 12960 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Masazır kəndində yaşadığı evə (abonent kodu: **********05080) baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyü sol hissədən gövdədən aralanıb, aralı vəziyyətdə olduğu hadla qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Masazır kəndində yaşadığı evə aid abonent kodu **********05080 olan Abonentin saldosundan görünür ki, 2023-cü ilin 6 aylıq qaz sərfiyyatı cəmi “12960 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 1555,20 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli aktlara əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evə aid abonent kodu **********05080 olan qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar