Məhkəmə qərarları › İş №2(012)-5282/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5282/2023

22.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5282/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN- 302F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1991-ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991 -ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Dəvəçi (indiki Şaabran) rayonu Zeyvə kəndində ümumi sahəsi 0.12 hektar torpaq sahəsi verilmişdir. Həmin vaxtdan başlayaraq qeyd olunan torpaq sahəsi ailə üzvlərinin faktiki olaraq sahibliyində olmuşdur. Torpaq sahəsini bağ kimi istifadə edir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlər Torpaq və xəritəcəkmə Komitəsinin Dəvəçi (indiki Şabran) rayon şöbəsi tərəfindən hazırlanmış JN- 3(DF (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslini təqdim etmişdir. Araşdırma zamanı müəyyən edildi ki, Dəvəçi (indiki Şabraıı) rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə verilmiş (0.12 hektar) torpaq sahəsinin Dövlət Torpaq və xəritəcəkmə Komitəsinin Dəvəçi (indiki Şabran) rayon şöbəsi tərəfindən hazırlanmış JN-302F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı səhvən “Məmmədov" əvəzinə “Abdullayev" və ata adını səhvən “Reman" əvəzinə “Reyman" yazılmışdır. Şəxsiyyət vəsiqəsindəki soyadı və ata adıyla Dövlər Torpaq və xəritəcəkmə Komitəsinin Dəvəçi (indiki Şabraıı) rayon şöbəsi tərəfindən hazırlanmış JN-302 F (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı və ata adının eyni olmadığına görə torpağın sənədləşdirilməsi həyata keçirilmədi. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDKRX 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AA******* saylİ şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1991-ci ildə Şabran rayonunda rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-İİ 145245 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1991-ci il təvəllüdlüdür atası – X3, anansı X1r. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ərizəçiyə verilmiş sənəddən görünür ki, JN-302F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibinin ata adı və soyadında buraxılmış səhvin aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmışdır. Müraciətə cavab olaraq bildirir ki, ərizənizə əlavə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN-302F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahibinin ata adı və soyadında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Dəvəçi (indiki Şaabran) rayonu Zeyvə kəndində ümumi sahəsi 0.12 hektar torpaq sahəsi verilmişdir. Həmin vaxtdan başlayaraq qeyd olunan torpaq sahəsi ailə üzvülərinin faktiki olaraq sahibliyində olmuşdur. Torpaq sahəsini bağ kimi istifadə edir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlər Torpaq VƏ xəritəcəkmə Komitəsinin Dəvəçi (indiki Şabran) rayon şöbəsi tərəfindən hazırlanmış JN- 3(DF (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslini təqdim etmişdir. Araşdırma zamanı müəyyən edildi ki, Dəvəçi (indiki Şabraıı) rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə verilmiş (0.12 hektar) torpaq sahəsinin Dövlət Torpaq və xəritəcəkmə Komitəsinin Dəvəçi (indiki Şabran) rayon şöbəsi tərəfindən hazırlanmış JN-302F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı səhvən “Məmmədov" əvəzinə “Abdullayev" və ata adını səhvən “Reman" əvəzinə “Reyman" yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN- 302F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1991ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN- 302F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1991-ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar