Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5286/2022 22.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Şahverdiyeva (Əliyeva) Vüsalə Yusif qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı (2419.20 manat), xx.xx.2021-ci il tarixli ******* saylı (2710.08 manat), xx.xx.2022-ci il tarixli ******* saylı (2436.48 manat) aktlara görə adına hesablanmış 7565.76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində qanunsuz və əsassız olaraq hesablanmış 8260.56 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara görə İddiaçı adına ümumilikdə, 8260.56 manat cərimə yazılmışdır. Müxtəlif vaxtlarda tərtib edilmiş aktların yazılmasına səbəb əraziyə baxış keçirilən zaman iddiaçının qeydiyyatsız təbii qazdan istifadə etməsi və dəymiş ziyanın ödənilməsi göstərilmişdir. İddiaçı keçmiş həyat yoldaşı X12 ilə arasında olan rəsmi nikah pozulmuşdur. Goranboy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iki azyaşlı övladı iddiaçının himayəsinə verilmiş, nikah məhkəmə qaydasında pozulduqdan sonra iddiaçı iki azyaşlı övladı ilə birlikdə yaşayış yeri olmadığı üçün məcbur qalaraq valideynlərinin yanına, yəni, Yevlax şəhəri, Yeni köçkün şəhərciyi 6/60 ünvanında yaşamağa başlamışdır. Daha sonra, 2020-ci ilin noyabr ayında iddiaçının valideynləri tərəfindən iddiaçıya Abşeron rayonu, Xırdalan şəhəri, ev 5-də yerləşən 39a saylı mənzil alınmışdır. Mənzil 45 kv.m olmaqla 2 otaqdan ibarətdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iddiaçı təxminən 4-5 ay həmin evdə yaşamışdır. Çünki dolanışığı çətin olduğu üçün iddiaçının və övladlarının tələbatını valideynləri ödəyir. Qətnamə ilə iddiaçının keçmiş həyat yoldaşından 100 manat miqdarında alimentin tutulması göstərilsə də, keçmiş həyat yoldaşı tərəfindən bir manat da olsa aliment ödənilmir. Bunun üçün aidiyyəti qurumlara iddiaçı müraciət etsə də müsbət cavab ala bilməmişdir. Evin keçmiş sahibi evi satan zaman sayğacın işləmədiyini bildirmişdir. Lakin Cavabdeh İB-nin əməkdaşları evə gələrək, iddiaçının təxmini sərf etdiyi təbii qaza görə hər ay ödənişlər etmişlər. İddiaçıya bu söz-söhbət xoş gəlmədiyi üçün özü şəxsən Cavabdeh İB-nin Xırdalan şəhərində yerləşən idarəsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları evə gələrək sayğaca baxış keçirmiş və köhnə sayğacı qısa zamanda yenisi ilə əvəz edəcəklərini bildirmişlər. Hətta hər ay iddiaçıdan sərf etdiyi təbii qaza görə öz təxminlərinə əsasən, 8-10 manat pul almışlar. Hər il iddiaçının adına akt tərtib edilərək cərimə etsələr də bu barədə bir dəfə də olsun, məlumat verilməmişdir. Belə ki, yenicə evə təbii qaz üçün sayğac qoyulmuş və verilən sayğac üçün smart tipli qaz kartı aktiv edilməmişdir. Cərimə tam şəkildə ödənildikdən sonra smart tipli qaz kartı aktiv ediləcəkdir. İddiaçının həmin pulu ödəməyə maddi imkanı yoxdur. Olsa belə, əsassız və qanunsuz şəkildə cərimə edildiyi üçün ödəməli deyildir. Ən azından iddiaçıya birinci akt tərtib edilən zaman məlumat verilməli idi. Bu səbəbdən də iddiaçı qanunsuz və əsassız olaraq yazılmış cərimə məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qaz sayğacının quraşdırıldığı Abşeron rayonu Xırdalan şəhəri 5 saylı evin 39a saylı mənzili ona məxsus olmaqla sözügedən evə o, 2022-ci ilin fevral ayında köçmüş və həmin ev sənədsiz olmaqla Niyaməddin adlı şəxsdən almışdır. Evi alanda qazdan istifadə mümkün olsa da, iyul ayında sayğac dəyişilmiş, onunla müqavilə bağlanmışdır. Həmin müddətə qədər onunla müqavilə bağlanmamışdır. Onun barəsində aktların tərtib olunduğu bəlli olmuş, lakin onun həmin aktlardan məlumatı olmamış, ona xəbər verilməmiş, iştirakı təmin edilməmişdir. Təxminən 8000 manata qədər borcun olması barədə sənəd təqdim edilmişdir. Sayğac onun evinə iyul ayında quraşdırılmış və sayğacın quraşdırılmasından sonra dərhal qaz kəsilmişdir. Sayğacın kartı verilmiş və o, karta pul yükləmək istəyəndə borcun olduğu bəlli olmuşdur. O, evi alan zaman evə dair sahibin kommunal borcunun olub-olmaması barədə maraqlanmamışdır. O, Cavabdeh İB-nin nümayəndələrinə dəfələrlə bu barədə məlumat vermiş, lakin müraciəti cavabsız qalmışdır. Onun aldığı fərdi yaşayış evində 2022-ci ilin fevral ayından etibarən yaşamasını təsdiq edən şahid vardır. Sözügedən ev onun anası və qardaşı tərəfindən alınmışdır. Ev alınan zaman sayğac işləmirdi, lakin ev sahibi sayğacın bu cür işlədiyini bildirmişdir. O, dəfələrlə səlahiyyətli şəxslərə müraciət etmiş və ona 3-5 manat pul verib işlətməyi tövsiyyə etmişlər. O, təcrübəsiz və biliksiz olduğundan razılaşmış, bu səbəbdən də, aidiyyəti quruma müraciət etməmişdir. 100 manat aliment ödənişi aldığından həmin pulu ödəməyə maddi imkanı yoxdur. Artıq uzun müddətdir ki, ona məxsus evdə qaz mövcud deyildir. Əvvəlki qaz sayğacı isə rezin boru ilə işləyirdi və həmin rezin boru əvvəlki ev sahibi tərəfindən quraşdırılmaqla istifadə olunurdu. Bu barədə o, səlahiyyətli şəxslərə məlumat vermiş və həmin şəxslər evin, sayğacın şəklini çəkməklə kifayətlənirdi. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, kənar qoşulma ilə müdaxilə olunduğundan qaz sayğacı barəsində aktlar tərtib olunmuşdur. Qaz sayğacından ümumiyyətlə, istifadə olunmamışdır. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı anasıdır. Qızı Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə 2022-ci ilin fevral ayından etibarən köçüb yaşamışdır. 45 kv.m olan 2 otaqlı ev alınandan sonra qızı həmin evə köçmüşdür. Lakin bununla belə, qızı bəzən ona məxsus olan evdə də qalırdı. Ev Niyaməddin adlı şəxsdən alınmış və evi alan zaman borcun olub-olmaması barədə məlumat verilməmişdir. Qaz sayğacı ilə bağlı sənədləşmə işlərinin qızının adına rəsmiləşdirilməsi tarixini xatırlamır, lakin təxminən yay ayları olardı. Alınan evə qaz yay ayında kəsilmişdir. Əvvəlki borclarla bağlı hər hansı bir məlumatı yoxdur. Hərdən qızına məxsus olan evdə o da qalmışdır. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nçmayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Goranboy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(045)-626/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X12 ilə X10 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2639 sayla qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X7 anaları X3 yanında qalmaları müəyyən edilmiş, X4 xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay uşaqların saxlanmalarından ötrü hər biri üçün 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. -Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, X5 məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Mexkalon qəsəbəsində yerləşən fərdi yaşayış evinə Zenner tipli G4 markalı STS**********127 nömrəli qaz sayğacı quraşdırılmış və sayğacın quraşdırılma səbəbi cərimə koduna yeni sayğacın quraşdırılması olmuşdur. -Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu tarixli ******* saylı, xx.xx.2019-cu tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli 03144090 saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2021-ci tarixli ******* saylı, xx.xx.2022-ci tarixli ******* saylı, xx.xx.2022-ci tarixli ******* saylı, xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evə baxış keçirən zaman sayğacsız təbii qazdan istifadə edilməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 10800 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00391 olan, X3 adına olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G-4 Smart tipli **********127 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən, abonentin 2022-ci ilin mart ayına 8260.56 manat borcu hesablanmış, həmin borcdan 2019-cu ilin noyabr-dekabr aylarına cəmi 694.80 manat, 2020-ci ilin yanvar-dekabr aylarına cəmi 2419.20 manat, 2021-ci ilin yanvar-avqust və noyabr-dekabr aylarına cəmi 2710.08 manat, 2022-ci ilin yanvar-mart aylarına cəmi 2436.48 (694.80+2419.20+2710.08+2436.48=8260.56) manat olmaqla, ümumilikdə, cəmi 8260.56 manat borc yaranmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Kəlbəcər rayonu Şaplar ərazi dairəsi Şaplar kəndində qeydiyyatdadır. -5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2962 saylı arayışdan görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olmaqla hazırda, Abşeron rayonu Xırdalan şəhərində MD-23 meyvətərəvəz bazarında 2022-ci ilin fevral ayından etibarən yaşamaqla övladları - 2015-ci il təvəllüdlü X11 və 2018-ci il təvəllüdlü X13 ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı Şahverdiyeva (Əliyeva) Vüsalə Yusif qızının rəsmi nikah münasibətlərinə Goranboy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(045)-626/2019 saylı qətnaməsi ilə xitam verilmiş, X12 birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X7 iddiaçının yanında qalması və alimentin tutulması qət edilmişdir. Rəsmi nikah münasibətlərinə xitam verildikdən sonra iddiaçı Şahverdiyeva (Əliyeva) X8 rayonu Xırdalan şəhərində MD-23 meyvə-tərəvəz bazarında 2022-ci ilin fevral ayından etibarən Kəlbəcər rayonundan məcburi köçkün kimi azyaşlı uşaqları ilə birlikdə məskunlaşmış və iddiaçının həmin ünvan üzrə 2022-ci ilin fevral ayından etibarən yaşaması 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2962 saylı arayış və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Hazırda, iddiaçının məskunlaşdığı fərdi yaşayış evi üzrə 2019-2022-ci il tarixləri aralığında təbii qazdan qeyri-qanuni istifadə edilməsi halları yaşandığından və bu barədə aktlar tərtib edilərək abonentə cəmi 8260.56 manat borc hesablandığından iddiaçı onun adına hesablanmış 8260.56 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra “Qaydalar”) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın Zenner tipli smart kart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı, bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan, iddiaçının izahatından və fotoşəkillərdən müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin, müəyyən olunmuşdur ki, barəsində tərtib edilmiş aktlar əsasında hesablanmış cərimə borcunun silinməsini xahiş edən Şahverdiyeva (Əliyeva) Vüsalə Yusif qızının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar olunduğundan cərimə hesablanmışdır. 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2962 saylı arayış və şahid ifadəsi əsasında iddiaçının sözügedən evdə 2022-ci ilin fevral ayından etibarən yaşaması öz təsdiqini tapmışdır. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2019-2022-ci illəri əhatə edən aktların X3 adına tərtib edildiyi müəyyən olunmuşdur. Məhkəmə qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktları tədqiq edərək belə qənaətə gəlir ki, 2022-ci ilin fevral ayına qədər tərtib edilmiş aktlar iddiaçının yaşadığı tarixdən əvvəlki dövrə təsadüf etdiyindən 2019-cu ilin noyabr ayından etibarən 2022-ci ilin yanvar ayınadək tərtib edilmiş akt əsasında hesablanmış cəmi (694.80+2419.20+2710.08+570.24=7534.80) 7534.80 manat cərimə məbləği fərdi yaşayış evinin əvvəlki sahibinə mənsub olduğundan, nəticədə, sözügedən borc məbləği hazırki iddiaçıya aid olmadığından qanunun tələblərinə zidd olaraq iddiaçının abonent hesabına hesablanmış 7534.80 manat pul vəsaiti iddiaçının hesabından silinməlidir. Lakin məhkəmə eyni zamanda, xüsusi ilə vurğulayır ki, 7534.80 manat cərimə məbləği fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından qeyri-qanuni istifadəyə görə hesablandığından Cavabdeh İB-nin həmin borcun silinməsinə dair mənzilin əvvəlki sahibinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, cərimə borcunun hesablandığı fərdi yaşayış evində iddiaçı 2022-ci ilin fevral ayından etibarən yaşamaqla cavabdehin nümayəndələri tərəfindən xx.xx.2022-ci tarixli ******* saylı, xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktlar tərtib olunmuşdur. Məhkəmə həmin aktlar ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan həmin aktlar əsasında hesablanmış 1866.24 (570.24+1296=1866.24) manat borc məbləği yuxarıda qeyd olunan aktlar əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə həmin aktları sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, sözügedən aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2022-ci tarixli ******* saylı, xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktlar tərtib edilərək həmin aktlar əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin aktlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş aktlar tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2022-ci tarixli ******* saylı, xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktların tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktların istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş aktlar natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktların doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı, xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktlar qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə də, məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 8260.56 manat borc məbləği abonent kodu **********00391 olan Şahverdiyeva (Əliyeva) Vüsalə Yusif qızına məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçıların hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 102.60 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 8260.56 (səkkiz min iki yüz altmış manat əlli altı qəpik) manat borc abonent kodu **********00391 olan Şahverdiyeva (Əliyeva) Vüsalə Yusif qızına məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 102.6 (yüz iki manat altmış qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov