Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-530/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair mülki işə 16 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, ev (bina) 0020, mənzil 2467, (Abunə kodu: **********02467) istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 422.63 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixli, NDM 028826 saylı akta əsasən 422.63 manat məbləğində cərimə olunmuşdur. Aktın tərtib olunmasına səbəb fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu göstərilmişdir. O, 2-ci dəfədir ki, eyni problemlə üzləşir və yenə də həlli üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1067/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, NDM 021 986 saylı akt əsasında onun adına hesablanmış 1085.30 manat cərimədən 813.95 manat məbləğində cərimə silinməklə 271.35 manat saxlanılması qət edilmişdir. 271.35 manat hissədə olan borcu o, bu günə kimi hissə-hissə "xxxx" ASC-yə ödəmişdir. Hazırda onu eyni tələb ilə bağlı yenidən cərimə etmişlər. İddiaçı ahıl yaşında qapılarda qalmışdır. "xxxx" ASC-nin ona olan qərəzli və kinli münasibəti səbəbindən süründürməçiliyə məruz qalmışdır. Yaşadığı evə "xxxx" ASC-nin hər dəfə bir əməkdaşı gələrək, onu sözün əsl mənasında yorurlar. İddiaçı özünü sığortalamaqdan ötrü Abşeron rayon Məhkəməsinin 2(012)-1067/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini özü şəxsən "xxxx" ASC-yə təqqdim etmişdir ki, onun adına hesablanmış cərimə silinmişdir. İndi isə ona bildirilmişdir ki, eyni qaydada yenidən cərimə olunmuşdur, guya o yenə də kənar xəttdən istifadə etmişdir. Halbuki, qətnamə qət olunduqdan sonra "xxxx" ASC-nin əməkdaşları onun evinə baxış keçirmiş, işlək vəziyyətdə olmayan sayğac və xəttin istifadəsiz olduğunun şahidi olmuşlar. Akt tərtib olunan zaman iştirak edən olmadı yazısı qeyd edilmişdir. Ancaq ki ona heç kim məlumat verməmiş və cərimə aktı yerində tərtib ediməmişdir. İddiaçı düşünmüşdür ki, ondan tələb olunan pul əvvəlki puldur. Bunun üçün "xxxx" ASC-nin Abşeron rayon Xırdalan şəhər İdarəsinə yaxınlaşmışdır. Ona Abunə haqqında məlumat və aktın surəti təqdim edilmiş, yenidən cərimə olunduğunu söyləmişlər. 422.63 manat məbləğində pul əsassız olduğu üçün silinməlidir. Buna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, borc yazılan sayğac iddiaçının özünə məxsusdur. Belə ki, aktda qeyd edilən sayğac nömrəsi iddiaçıya məxsus sayğac nömrəsi ilə eynidir.İddiaçının dəlilləri tam əsassızdır. Əməkdaşlarımız tərəfindən video çəkliş belə çəkilmişdir, hansı ki, iddiaçının kənar xəttdən istifadə etməsini təsdiq edir. İddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 028826 №-li, 10 avqust 2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanındakı abonent kodu **********02467 olan İddiaçı məxsus sayğaca baxış apararkən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt qonşu sayğacın giriş şip xəttinin izolyasiyası pozularaq mənzilə çəkilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satiş sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanındakı abonent kodu **********02467 olan sayğac üzrə xx.xx.2022-ci il tarixli 028826 nömrəli akt əsasında 456 manat hesablanmışdır. Mülki iş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, abonent kodu **********02467 olan İddiaçı məxsus sayğac üzrə xx.xx.2022-ci il tarixinə 422,63 manat borc təşkil edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı işin materiallarında olan 028826 №-li, 10 avqust 2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanındakı abonent kodu **********02467 olan İddiaçı məxsus sayğaca baxış apararkən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt qonşu sayğacın giriş şip xəttinin izolyasiyası pozularaq mənzilə çəkilmiş, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanındakı abonent kodu **********02467 olan sayğac üzrə xx.xx.2022-ci il tarixli 028826 nömrəli akt əsasında 422.63 manat cərimə borcu hesablanmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, cavabdeh İddiaçı adına olan abonent saldosundan 2022-ci il üçün təbii elektrik işığından istifadəyə görə 3 aylıq cərimə məbləğinin 1/3 hissəsinin , yəni, 422,63:3= 140,86manat təmin edilməsi real və işin faktiki hallarına uyğun hesab edilə bilər.Bu əsasda iddia qismən təmin edilərək, 281,74 manat iddiaçının tələb etdiyi məbləğdən silinməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 028826 №-li, 10 avqust 2022-ci il tarixli akta əsasən hesablanan 281,74 manat cərimə borcu **********02467 saylı abonent kodundan silinməli, iddia bu hissədə təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul cavabdeh "xxxx" ASC-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 028826 №-li, 10 avqust 2022-ci il tarixli akta əsasən hesablanan 281,74 manat cərimə borcu **********02467 saylı abonent kodundan silinsin. Cavabdeh "xxxx" ASC–dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-530/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-530/2023
16.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver