Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5303/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, qaz sayğacının yoxlanılması barədə 25 iyun 2023-cü il tarixli, 14-2-2/3-5- 6559/Q001 saylı aktınona münasibətdə olan hissəsinin ləğv edilməsi, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi; dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnaməyə əsasən **********00000 saylı abonent koduna yazılmış 518.40 manat borcun silinməsi silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bütün kommunal xidmətlərdən layiqincə istifadə edir. Kommunal xidmətlərin heç biri ilə aralarında xoşagəlməz hal yaşanmamışdır. Təxminən 2023-cü ilin aprel ayında Cavabdeh İB-nin “104” çağrı mərkəzinə zəng edərək, adına olan **********00000 saylı abonent kodu üzrə sayğacın ekranında görüntü məhdudiyyətinin olması və sayğaca yüklənən ödənişin sayğacın ekranında görünmədiyi barədə məlumat vermişdir. Lakin Cavabdeh İB tərəfindən iki ay ərzində heç kimin gəlmədiyini görüb iyun ayında bir daha “104” çağrı mərkəzinə zəng edərək, eyni problem barədə ikinci dəfə məlumat verdi. Bu arada qazdan istifadə xərcini təxmini bildiyindən buna uyğun olaraq ödəniş edirdi. Sonuncu zəngindən 4-5 gün sonra 19 iyun 2023-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları yaşadığı ünvana gələrək, qaz sayğacına baxış keçirdilər. Baxış zamanı sayğacda problemin olduğunu və həmin sayğacın dəyişilməli olduğunu bildirdilər. Aşkar edilmiş faktla bağlı, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05071084 saylı akt tərtib edildi və o də həmin aktı imzaladı. Hələ üstəlik ona daha narahat olmayın, ciddi bir şey deyil, sizə təqdim edilmiş yeni smart kartı aparıb idarədə təsdiqlədin vəssəlam ” deyib getdilər. O da deyilənə uyğun olaraq, Cavabdeh İB-nin müvafiq idarəsinə yaxınlaşıb smart kartı tanıtdıqdan sonra oradakı əməkdaşa “onun Azəri qaza borcu yoxdur ? ... soruşduqda”, cavab olaraq “xeyr borcun yoxdur, əksinə hesabınızda 32 manat artıq ödənişiniz var demişdir. Yəqin bu da köhnə sayğacın ekranı görünmədiyi üçün etdiyi artıq ödənişin nəticəsində yaranmış məbləğdir” deyə bildirdi. Hası ki, bu fakt (32 manat artıq pulun olması) cavabdeh tərəfindən təqdim edilmiş Saldonun 5-ci səhifəsində 2023-cü ilin 6-cı ayı üzrə ödəniş qrafasında “ - 32.80 ” yazılmaqla da öz təsdiqini tapmışdır. Lakin sonradan cavabdeh təşkilatın nümayəndələri ona zəng edərək, 518.40 manat mbləğində borcu olduğunu bildirdirlər. Hətta əsassız yazılmış pul məbləğinin gələcəkdə ondan tələb edilməsi üçün tez-tələsik 28 avqust 2023-cü il tarixində onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə də bağladılar. Məsələni aydınlaşdırmaq üçün Cavabdeh İB-nə ilk olaraq şifahi müraciət etdi. Nəticədə 30 iyun 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı, 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməni ona təqdim edərək, tərtib olunmuş aktın və ona əsasən hesablanmış pul məbləğinin əsaslı olduğunu bildirdilər. Tərtib olunmuş aktı, eyni zamanda akta əsasən hesablanmış 518.40 manat məbləğində pul məbləğini əsassız hesab etdiyindən abonent kodundan silinməsi üçün Cavabdeh İB-yə növbəti dəfə rəsmi olaraq məktubla müraciət etdi. Cavabdehin 22 sentyabr 2023-cü il tarixli, 14-2-2-4/2-Ş-3xx-xx/2023-3044 saylı cavab məktubu ilə müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 30 iyun 2023-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğcının qeydiyyata almadığı təbii qaz 4320 m3 müəyyənləşdirilərək istehlakçı hesabına daxil edildiyi, lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Ona görə də hesab edir ki, 30 iyun 2023cü il tarixli, ******* nömrəli akt qanunsuz olduğundan ləğv edilməli və bu akta əsasən hesablanmış 518.40 manat abonent kodundan silinməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməklə 25 iyun 2023-cü il tarixli 14-2-2/3-5-6559/Q001 saylı aktın ona münasibətdə olan hissəsinin ləğv edilməsi, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnaməyə əsasən **********00000 saylı abonent koduna yazılmış 518,40 manatın silinməsi, təbii qazdan istifadə üçün **********00000 saylı abonent kodu üzrə balansı artırmağı nəticəsində kartdan tutulan 10 manat pul məbləğinin və iddiayla bağlı qətnamə qanuni qüvvəsini alanadək tutulacaq digər ödənişlərin **********00000 saylı abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küşəsi, məhəllə 22 ünvanındakı yaşadığı evə (abonent kodu: **********00000) baxış keçirilən zaman sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş eyni tarixli, “0394911” saylı akta əsasən abonent İddiaçı 4320 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Masazır kəndində yaşadığı evə (abonent kodu: **********00000) baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyü sol hissədən gövdədən aralanıb, aralı vəziyyətdə olduğu hadla qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Masazır kəndində yaşadığı evə aid abonent kodu **********00000 olan Abonentin saldosundan görünür ki, 2023-cü ilin 4 aylıq qaz sərfiyyatı cəmi “4320 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 518,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 518.40 manat borc silinməli, iddia qismən təmin edilməli, digər hissələrdə isə iddia təmin edilməməlidir. Belə ki, 25 və 30 iyun tarixli aktlar heç bir hüquqi nəticə yaratmadığından həmin aktların ləğv edilməsinə zərurət yoxdur. Digər tərəfdən, təbii qazdan istifadə üçün abonent kodu üzrə balansın artırılması nəticəsində kartdan tutulmuş vəsaitin və tutulacaq digər ödənişlərin iddiaçıya məxsus abonent koduna geri qaytarılması məsələsi hazırki qətnamənin icra olunması mərhələsində həll ediləcəyindən məhkəmənin qənaətinə görə iddia həmin hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evə aid abonent kodu **********00000 olan qaz sayğacına xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış 518,40 manat məbləğində borc silinsin. Qalan hissələrdə iddia təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-5303/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5303/2023
29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver