Məhkəmə qərarları › İş №2(012)-5308/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5308/2022

20.12.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5308/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə 20 dekabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli №ABBYM- 0137 nömrəli müqavilənin ləğv edilməsi, 14 mart 2015-ci il tarixli №ABBYM-0137 nömrəli müqavilə üzrə ödədiyi cəmi 52.428 (əlli iki min dörd yüz iyiyirmi səkkiz) manat məbləğində pul vəsaitinin, "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli №ABBYM-0137 nömrəli müqavilə üzrə ödənilmiş 40.660 (qırx min altı yüz altmış) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 16.264 (on altı min iki yüz almış dörd) manat məbləğində faizlərinin, cəmi 69.019 (altmış doqquz min on doqquz) manat məbləğində pulun, 327 (üç yüz iyiyirmi yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 mart 2015-ci il tarixdə mənzilin alq-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonunun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 42,8 kv.m. ibarət 1 otaqlı 61 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmçinin "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 1-xx-xx-2015-YS-AAAF- AE nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona mənzilin alınması üçün illik 10 faizlə 180 ay müddətinə 36 590.00 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə "xxxx" MMC arasında 1-xx-xx-2015-YS-AAAF nömrəli xx.xx.2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonunun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 42,8 kv.m. ibarət 1 otaqlı 61 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzili alınması üçün ilkin ödəniş kimi 4070 manat pul vəsaiti ödəmişdir. "xxxx" ASC tərəfindən verilmiş 36590.00 manat pul vəsaitini də alqısatqı müqaviləsinin predmeti olan mənzil üçün ödəmişdir. Həmçinin, tərəfindən bank faizi (1%) olaraq 366 (üç yüz almış altı) manat məbləğində pul vəsaiti də ödənilmişdir. Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 29 ay müddətinə hər ay 393.20 (üç yüz doxsan üç manat iyirmi qəpik) manat, cəmi 11.402,80 (on bir min dörd iki manat səksən qəpik) kredit ödəmişdir. Lakin, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 mart 2015-ci il tarixdə mənzilin alq-satqı müqaviləsinin şərtləri "xxxx" MMC-nin təqsiri ucbatından yerinə yetirilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya 52.428 (əlli iki min dörd yüz iyiyirmi səkkiz) manat məbləğində zərər dəymiş və eyni zamanda qanunsuz olaraq saxlanılan 40.660 (qırx min altı yüz almış) manat məbləğində pul vəsaitinin Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış faizi 16.264 (on altı min iki yüz almış dörd) manat təşkil edir. 14 mart 2015-ci il tarixli №ABBYM - 0137 nömrəli müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və nəticədə həmin müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonunun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəindən hesablanmaqla) 42,8 kv.m. ibarət 1 otaqlı 61 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzilin ona təhvil verilməsindən məhrum olmuşdur. Cavabdehin 14 mart 2015-ci il tarixli №ABBYM - 0137 nömrəli müqavilə üzrə öhdəliklərini yerini yetirməməsi və ona məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxlmasına görə cavabdehdən tələb olunan 2.033 (iki min otuz üç) manat məbləğində faiz (40.660 manat (cavabdehin qanunsuz olaraq sahibliyində olan məbləğ) x 5% (Mərkəzi Bankın uçot dərəcəsi) /12 ay (aylıq faiz dərəcəsi) x 89 ay (ödənişin gecikdirildiyi aylar) = 16.264 (on altı min iki yüz altmış dörd) manat təşkil edir. İddianın faktiki hallarından və hüquqi əsaslarından da göründüyü kimi cavabdeh qeyd olunan mənzillərin onun mülkiyyətinə verilməsi öhdəliyini icra etməmiş və həmin mənzilləri mülkiyyət hüququ ilə üçüncü şəxslərə vermişdir. Buna görə də cavabdehdən həmin mənzillərin ona verilməsini tələb etmək əvəzinə zərərin ödənilməsini tələb etmək hüququ var. Məhkəmə iclasında İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli ABB YM-0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 aylı küçəsində inşa edilən bina 5, mərtəbə 8, sahəsi 42.8 kv.m. ibarət 1 otaqlı 61 nömrəli mənzilin alqı-satqısı həyata keçirilmişdir. Mənzilin dəyəri 40660 (qırx min altı yüz altmış) manat təşkil edir. Həmin Müqavilənin şərtlərinə əsasən mənzilin dəyərinin ilkin ödəniş qismində şəxsi vəsaiti hesabına 4070 (dörd min yetmiş) manat və qalıq 36.590 (otuz altı min beş yüz doxsan) məbləğin "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi razılaşdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi ilə Bank Borc alan İddiaçı müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, 180 (bir yüz səksən) ay müddətinə illik 10 (on) faiz ödəməklə 36,590 (otuz altı min beş yüz doxsan) manat məbləğində kredit verilmişdir. Hazırda 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi ləğv edilməmişdir. 3. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında, İddiaçı arasında bağlanmış 1-xx-xx-2015-YS-AAAF- AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış kredit öhdəliklərinin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. 4. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1992/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 33443,24 manat əsas borc, 12689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmiş,Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1310/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmis; iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmaqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 13540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilməsi, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına edilməsi qət edilmişdir. İddia tələbinin xx.xx.2015-ci il tarixli ABB YM-0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə cavabdeh Cəmiyyətə ödənilmiş 36.590 manat məbləğin İddiaçı xeyrinə tutulmasını hissəsi əsassızdır. Əvvəla, İddiaçı tərəfindən Cəmiyyətə ödənilmiş 36.590 manat məbləği "xxxx" ASC ilə bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında əldə edilmiş kredit vəsaiti hesabına əldə edilmişdir. Hazırda, 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış 33443,24 manat əsas borc və kreditdən istifadəyə görə hesablanmış 12689,85 manat faiz borcu "xxxx" ASC-nə ödənilməmişdir. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1310/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra icraatına başlanılmışdır. İddiaçı 1-16- 03-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış əsas borcu ödəmədiyi halda, hansı əsasla cavabdeh Cəmiyyətdən tələb edir?!. Belə olan halda tələb etmə hüququ yaranmır. İddiaçı iddia tələbində "xxxx" ASC-nə 29 ay müddətində hər ay 393.20 manat olmaqla cəmi 11402.80 manat ödənilmiş kredit məbləğini Cəmiyyətdən tələb edir. Halbuki İddiaçı 1-xxxx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC qarşısında ayrılmış və verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini götürmüşdür. Sözsüz ki, İddiaçı 14 mart 2015-ci il tarixli ABB YM-0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə sözügedən mənzilin alan zaman əmlak dəyərini tam şəkildə ödəmək imkanı olmadığına görə Bank-ABB-dən 1-16- 03-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında 36.590 manat kredit vəsaitini əldə etmişdir. Cavabdeh "xxxx" MMC, 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə ödənilmiş və ya ödəniləcək faiz məbləğlərini əldə etməmişdir. O ki qaldı, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətin qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırılmasına dair fikirləri də əsassızdır. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli ABB YM-0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsinə əsasən Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 aylı küçəsində inşa edilən bina 5, mərtəbə 8, sahəsi 42.8 kv.m.ibarət 1 otaqlı 61 nömrəli mənzilin inşa edərək təhvil verilməsini öhdəsinə götürmüşdür. Cəmiyyət maliyyə təşkilatı deyil, inşaat işlərinin həyata keçirən hüquqi şəxsdir. Cəmiyyətə ödənilmiş vəsait depozitdə və ya digər qaydada saxlanca təhvil verilmir, alınan daşınmaz əmlakın inşasına yönəlir. İddiaçı cavabdeh "xxxx" MMC-dən əsas kredit borcunun tutulması hissəsində iddianın yolverilməzliyinə dair əsaslar da mövcuddur. Belə ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 1992/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamə üzrə iş tərəflər hazırki iş üzrə tərəflər eynilik təşkil edir: iddiaçı "xxxx" ASC, cavabdeh/İddiaçı və cavabdeh "xxxx" MMC-dir. Proses iştirakçılarının prosessual vəziyyəti dəyişmişdir. Lakin İddiaçı və ya iddiaçı "xxxx" ASC tərəfindən 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsi üzrə əsas kredit borcun tələb edilməsi “eyni predmet barəsində” və “eyni əsaslar üzrə” xüsusatları üzrə tam uyğunluq təşkil edir. 2(009)- 1992/2021 nömrəli mülki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyən etmiş və hüquqi qiymət vermişdir. Sadalanan məhkəmə aktları üzrə qət edilmiş və hazırda iddiaçı olan Bank şikayət verməməklə razılaşdığı hüquqi mövqeyə görə, 1-xxxx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsi üzrə ayrılmış 36.590 manat kredit məbləğindən ödənilməmiş 33443.24 manat məbləğin hər iki üzrə cavabdehlər İddiaçı və "xxxx" MMC-dən tutularaq iddiaçı Banka ödənilməsi müəyyən edilmilşdir. Lakin, belə olan halda qət edilmiş məbləğin təkrar olaraq "xxxx" MMC-dən tutulmasının hüquqi əsası mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili-nümayəndəsi iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli ABB YM-0137 nömrəli mənzilin alqı-satqı müqaviləsindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 28 saylı küçədə inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 42,8 kv.m ibarət, 1 otaqlı 61 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2. bəndinə əsasən Müqavilə qiymətinin 4070 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 36590 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək. Mülki işin materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan İddiaçı, zamin AAAF-İnşaat MMC arasında bağlanmış 16 mart 2015-ci il tarixli 1-xx-xx-2015-YS- AAAF-AE nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu İddiaçı ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli Təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 36590 (otuz altı min beş yüz doxsan ) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 14 mart 2015-ci il tarixli ABB YM-0137 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi 42.8 kv.m. ibarət, 1 otaqlı 61 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 6, ümumi sahəsi 42.8 kv.m. ibarət, 1 otaqlı 61 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Mülki işin materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2030-cu il tarixinə kimi hər ay banka 393,20 manat ödəməklə qaytarmalıdır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya və onun çatdırılması ilə bağlı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 31 avqust 2022-cu il tarixədək "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB-0137 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və 52.637 manat pul vəsaitinin ona ödənilməsi barədə təklifindən imtina edilsə və ya təklifdə göstərilmiş müddətdə (31 avqust 2022-ci il tarixədək) ondan cavab alınmadıqda, həmin müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pul vəsaitinin (həmçinin əldən çıxmış faydanın) Sizdən alınıb İddiaçı verilməsi tələbi barədə iddia ərizəsi ilə müvafiq birinci insitansiya məhkəməsinə müraciət olunacaqdır Mülki iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(009)-1992/2021 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 33443,24 manat əsas borc, 12689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1310/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(009)-1992/2021 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 13540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilmiş, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılırş Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri po Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırmaları zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 28 saylı küçədə inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 42,8 kv.m ibarət, 1 otaqlı 61 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı təhvil verilməlidir. Həmin müqavilənin 3.2. bəndinə əsasən Müqavilə qiymətinin 4070 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 36590 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək. İddiaçı tərəfindən müqavilə qiymətinin 4070 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan İddiaçı, zamin AAAF-İnşaat MMC arasında bağlanmış 16 mart 2015-ci il tarixli 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu İddiaçı ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli Təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 36590 (otuz altı min beş yüz doxsan ) manat kredit verməyi öhdəsinə götürmüşdür.Mənziin ümumi dəyərini təşkil edən 40660 manat pul məbləği cavabdehə ödənilmiş, lakin ötən müddət ərzində cavabdeh mənzili hələ də iddiaçıya təhvil verməmişdir.Bina hələ də tikilib qurtarmamışdır. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdeh podratçı olaraq 6 ildən artıq bir müddətdə öhdəliyini icra etmədiyindən , bu iddiaçının hüquqularının əhəmiyyətli dərəcə də pozulması kimi qiymətləndirilməli iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslı hesab edilib təmin edilməlidir. Məhkəmə hesab edir ki, nə qədər ki, tərəflər arasında mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi qət olunur, o halda, müqavilə üzrə iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına cavabdehə ödənilmiş 4070 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(009)-1992/2021 saylı qətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 33443,24 manat əsas borc, 12689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1310/2022 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(009)-1992/2021 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 13540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilmiş, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbinin 52.428 manat pul tələbinə münasibətdə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi həmin pul məbləği ilkin ödəniş kimi iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş 4070 manat,”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ona kredit müqaviləsi ilə verilmiş 36590.00 manat və iddiaçının həmin kredit müqaviləsi üzrə banka ödəmiş olduğu cəmi 11.402,80 manat məbləğində pulun məcmusudur. İddiaçı 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC tərəfindən ona verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürdüyündən, bununla bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığından iddia tələbi həmin faizlərin cavabdehdən tələb etməsi hissəsində əsassızdır və təmin edilməməlidir. İddiaçının Bank-ABB-dən 1-16- 03-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında 36.590 manatın cavabdeh "xxxx" MMC-dən tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki,həmin kredit müqaviləsi üzrə iddiaçı ilə bərabər cavabdeh zamin olaraq bank qarşısında eyni məsuliyyət daşıyırlar və yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən göründüyü kimi həmin borc məbləğinin ödənilməmiş hissəsi müştərək qaydada tərəflərdən tutulmuşdur.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin faiz borcu hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətdə qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırması iş materialları ilə təsdiq olunmur. Cavabdeh inşaat işlərinin həyata keçirən hüquqi şəxsdir, alınan pullar daşınmaz əmlakın inşasına yönəlir. Ona görə də, məhkəmə hesab edir ki, aşağıda qeyd edilən hüquq normalarının tələblərinə görə bu hissədə də iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binası, 8-ci mərtəbədə sahəsi 42.8 kv.m olan 1 otaqlı 61 nömrəli mənzilin alqı-satqısı barədə 14 mart 2015-ci il tarixli ABB YM-0137 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyi yəni həmin mənzili göstərilən müddətə qədər təhvil verilmədiyindən, bununla da "xxxx" MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli ABB YM-0137 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli,həmin müqavilə üzrə iddiaçı tərəfindən ilkin olaraq ödənilmiş 4070 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edildiyindən onun tərəfindən ödənilmiş 327 manat dövlət rüsumuna görə pul məbləğinin 127 manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli ABB YM-0137 nömrəli mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilsin. İddiaçı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binası, 8-ci mərtəbədə sahəsi 42.8 kv.m olan 1 otaqlı 61 nömrəli mənzilə görə ilkin olaraq ödənilmiş 4070 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 127 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar