Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5361/2022 18.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 803 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 028807 NDM saylı akta əsasən xx.xx.2014cü il tarixdə vəfat etmiş atası X6 adına 803 manat məbləğində cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb sayğacın giriş xəttinin zədələnməsi, kənar xəttin götürülməsi və fərdi evdə kənar xətdən istifadə olunması olmuşdur. Bunun əsasında da yuxarıda adı keçən akt tərtib edilmişdir. 2021-ci ilin noyabr ayında onunla birlikdə yaşayan X3nu da eyni qaydada cavabdeh tərəf xəbərdarlıq etmədən cərimə etmişdir. Əmisi X2 Rayon Məhkəməsinə müraciət edərək, əsassız və qanunsuz şəkildə yazılmış cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1067/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Yenə də eyni qaydada 2022-ci ilin avqust ayının 10-da atası X6 adına akt tərtib edilərək, 803 manat məbləğində cərimə yazılmışdır. Guya atası aktın imzalanması üçün dəvət olunsa da, iştirak etmədiyi göstərilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə adına cərimə aktı tərtib edilmiş atası X10 xx.xx.2014-cü il tarixdə insult xəstəliyindən vəfat etmişdir. "xxxx" ASC-nin özbaşına hərəkətləri də buradan məlumdur. Çünki heç bir araşdırma aparmadan ölmüş şəxsin adına cərimə yazılmışdır. Mərhum atası X10 İ Qarabağ müharibəsi iştirakçısı olmuşdur və veteran idi. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi mərhum atasının adına yazılmış cərimənin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən narahat edilməsidir. Ona əsassız şəkildə bildirirlər ki, həmin pulu ödəməlidir. Göstərilənlərə əasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 834,55 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tətbiq edilmiş cərimə tam qanunidir və borcun silinməsi üçün heç bir əsas yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, 5412 saylı arayışdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Abşeron rayonu, Masazır qəsəbəsində məskunlaşmışdır. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli NDM 028807 saylı aktın surətindən görünür ki, **********02466 kodlu abonentə məxsus elektrik sayğacına baxış keçirilərkən, sayğacın giriş faza xəttinin zədələnməsi, kənar xəttin götürülməsi, fərdi evdə kənar xətdən istifadə olunması müəyyən edilmişdir. Baxış zamanı ölçmə aparılmış, kənar xətt ləğv edilmişdir. Akt abonent tərəfindən imzalanmamışdır. Mülki işin materiallarından olan **********02466 kodlu abonent X1 görünür ki, abonent X7 məxsus sayğac oxunması 3163,13 manat, aktlar əsasında cərimə - 260,60 manat, ödəmələr 2107 manat, sayğac quraşdırma tarixə borc 252,62 manat, sayğac quraşdırmadan sonra ödəmə 949 manat, karta yüklənən məbləğ 665 manat, borcdan ödəmə 284 manat, Paud sayğaca yazılan akt 845 manat, borc 788,17 manat təşkil edir. İşdə olan ölüm haqqında AZ-İ 670634 saylı şəhadətnamədən görünür X10 xx.xx.2014-cü il tarixdə ölmüşdür. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent X7 (hazırda İddiaçı) məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Bununla belə, işdə olan mötəbər sübutlardan görünür ki, abonent tərəfindən elektrik xəttinə kənar qoşulma halı mövcuddur. Abonent elektrik xəttinə sayğacdan kənar qoşulma ilə elektrik enerjisindən istifadə etmiş və dəyərini ödəməmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli NDM 028807 saylı akta əsasən, cərimənin 834,55 manat (7972 kvts elektrik sərfiyyatı) məbləğində hesablanması ilə razılaşmır və hesab edir ki, qeyd edilən akt əsasında abonentə cəmi 157,28 ((1966 x 0,08 = 157,28); ((1,3 kvt x (0,7) x 24 saat x 90 gün = 1965,6 (1966) kvts) manat cərimə hesablanması daha ədalətlidir. Tətbiq edilən cərimənin 834,55 manat olduğu nəzərə alınarsa, iddianın 677,27 (834,55-157,28) manat hissədə əsaslı olması müəyyən edilir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə yuxarı həddə, yəni 677,27 manat çox cərimə tətbiq edilmişdir ki, bu da qanunsuzdur. Məhkəmə hesab edir ki, bu məbləğdə borc əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abonentə hesablanmış 677,27 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********02466 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028807 saylı akta əsasən hesablanmış 677,27 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5361/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5361/2022
18.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver