Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5366/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi, əmlak bölgüsü və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, əmlak bölgüsü və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbəsində Cavabdeh2 MTK tərəfindən inşa edilmiş “Kristal Abşeron 1”, çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən bina 17, mənzil 116, 41.14 kv.m olan 1 otaqlı evin Cavabdeh1 adından başqa şəxsin adına keçirilən müqavilənin etibarsız hesab edilməsi, mənzilin alınması üçün ümumilikdə ödənilən 14836 manat pulun və birgə nikah dövründə alınan ümumi dəyəri 9000 manat pulun yarı hissə olmaqla, ümumilikdə, 11923 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixinə saat 10:40-a, xx.xx.2022-ci il tarixinə saat 11:20-yə, xx.xx.2022-ci il tarixinə saat 11:20-yə təyin olunmuş hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ilkin olaraq iddia tələbinin heç bir əsası yoxdur. O, tərəflərlə görüşmüş və onlara mənzildən hər hansı bir payın verilməsinin mümkün olmadığı izah edilmişdir. Bununla yanaşı, artıq 3-cü məhkəmə iclasıdır ki, tərəflər gəlmir, bu səbəbdən də iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.7. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Mülki iş materiallarından göründüyü kimi, 2(012)-5366/2022 saylı mülki iş üzrə 3 (üç) dəfə hazırlıq məhkəmə iclasları təyin olunmasına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclaslarına gəlmədiyindən və cavabdehin nümayəndəsi mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli № 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, əmlak bölgüsü və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5366/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5366/2022
28.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver