Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5382/2023 06.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinəXırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 6957 reyestr və 643 inventor nömrəli qeydiyyat vəsiqəsinin FİN 51XKAOU AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli mraciətinə Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayışa dair təqdim olunmuş 6957 reyestr və 643 inventar nömrəli qeydiyyat vəsiqəsinin arxiv əsaslarının aşkarlanmadığı, həmçinin sözügedən qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi İddiaçı Ağahüseyn oğlu götərildiyi halda şəxsiyyətini təsdiq edən sənəddə İddiaçı kimi qeyd edildiyi aşkar edilmişdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AZE 0******* saylı, xx.xx.2007-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1950-ci ildə Digah qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.1988-ci il tarixli, 6957 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1ndə yerləşən 2 otaqlı yaşayış sahəsi 44,8 kv.metr, köməkçi sahəsi 29,7 kv.metr olan 45 nömrəli yaşayış evi İddiaçı Ağa-hüseyn oğluna məxsusdur. Bu əmlaka dair texniki pasport da İddiaçı adına tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 6957 reyestr və 643 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin daxili olşüləri və faktiki daxili ölçüləri arasında uyğunsuzluq olduğu, əlavə sahələrin inşa olunduğu aşkar edilmişdir Bundan başqa mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 45 saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 avqust 2023-cü il tarixli müraciətinə baxılmış və aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinə dair təqdim olunmuş 6957 reyestr və 643 inventar nömrəli qeydiyyat vəsiqəsinin arxiv əsaslarının aşkarlanmadığı, həmçinin sözügedən qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa qeydiyyat vəsiqində göstərilən hüquq sahibi İddiaçı Ağa-Hüseyn oğlu göstərildiyi halda şəxsiyyətini təsdiq edən sənəddə İddiaçı kimi qeyd edildiyi aşkar edilmişdir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ünvan 1ndə yerləşən torpaq sahəsi İddiaçı ayrılmışdır. Sonradan o, əmlaka dair qeydiyyat vəsiqəsi verilmiş, lakin bu sənədlər tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin ata adı Ağayusif əvəzinə Ağa-Hüseyn kimi yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan 1ndə yerləşən torpaq sahəsinə verilmiş qeydiyyat vəsiqəsində hüquq sahibinin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1ndə yerləşən torpaq sahəsinə dair verilmiş 6957 reyestr və 643 inventar nömrəli qeydiyyat vəsiqəsinin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-5382/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5382/2023
06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver