Məhkəmə qərarları › İş №2(012)-5413/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5413/2022

03.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5413/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin nümayəndəsi X1, Cavabdeh vəkili-nümayəndəsi X4 iştirakı ilə, İddiaçı SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin Cavabdeh qarşı «qanunsuz tikililərin sökülərək ərazidən çıxarılması» tələbinə dair və iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı «tikilinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizələri üzrə işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı SOCAR-ın «Neft Kəmərləri» İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iş üzrə iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçı Heydər Əliyev adına X6 nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflərindən Cavabdeh qarşı “tikilinin sökülməsi” ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Eyni şəxsə qarşı eyni tələblə icraatda 2(012)-4766/2022 saylı iş mövcuddur və iddiaçı SOCAR-ın «Neft Kəmərləri» İdarəsidir. Qeyd edilən işlərin bir icraatda birləşdirilməsini, ekspert qarşısında qoyulacaq sualların içərisinə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Heydər Əliyev adına X6 balansında olan neft boru kəmərinin mühafizə zonasına düşüb-düşməməsinin müəyyənləşdirilməsinin əlavə edilməsini xahiş etmişdir. İddiaçı SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində, 10 metr uzunluğunda 9 metr enində və 2 metr hündürlüyündə ev tikmək məqsədi ilə yeni hörgü işlərinin aparılması faktı aşkar edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Ərazidə 2010-cu ildən ev inşa edilmişdir və Cavabdeh həmin ərazidə yaşayır. Evə bütü kommunal xətlər çəkilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hər iki mülki işdə göstərilən tələblər bir-biri ilə əlaqəli olduğundan həmin mülki işlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə görə bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin Cavabdeh qarşı «qanunsuz tikililərin sökülərək ərazidən çıxarılması» tələbinə dair 2(012)-4766/2022 saylı mülki işlə və iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı «tikilinin qanunsuz hesab edilməsi» tələbinə dair 2(012)-5413/2022 saylı mülki iş bir icraatda birləşdirilsin və hər iki işə 2(012)-4766/2022 nömrəsi verilsin. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar