Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5461/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq ünvan 1 ünvanında quraşdırılmış sayğaca görə qanunsuz olaraq hesablanmış 403 manat cərimənin silinməsi və həmin cəriməyə görə əsassız olaraq smart kartdan tutulmuş 350 manat pulun smart karta geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********28410 olan qaz sayğacından istifadə edir. 30.03.2018-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən onun iştirakı və xəbəri olmadan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* akt tərtib edilmiş və ümumilikdə 403 manat cərimə hesablanmışdır. Həmin akta əsasən, sayğacın plombunun sındırılmasının aşkar olunduğu qeyd olunmuşdur. Halbuki, aktın tərtib olunması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Belə ki, həmin aktın mövcudluğundan smart kartı yoxlatdırarkən xəbərdar olmuşdur. Qeyd edir ki, smart karta hər dəfə pul yükləyərkən, yüklənmiş pulların smart karta tam yüklənmədiyinin şahidi olmuş və bununla bağlı aidiyyatı quruma müraciət etmişdir. Həmin qurumdan isə ona məhz sözügedən akta əsasən cərimə olunduğu bildirilmişdir. Hal-hazırda hər dəfə smart karta ödəniş edərkən, pul vəsaiti cərimə ödədiyi ödənişlərdən tutulmaqdadır və bu günə qədər 350 manat cərimə pulu ondan tutulmuşdur. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Bundan əlavə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı evin küçəyə baxan hissəsində çöl tərəfdə quraşdırılmış və həmin sayğaca yoldan keçən istənilən şəxs müdaxilə edə bilər. Bu səbəbdən də Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş 30.03.2018-ci il tarixli ******* saylı akt Cavabdeh tərəfindən ləğv edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X5 iddia ərizəsi qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı cərimə pulunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********28410 saylı abonent kodu verilmiş yaşayış ünvanına quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi nəticəsində itirilmiş təbii qaza görə cavabdeh tərəfindən ona hesablanmış 403 manat borcun silinməsi və həmin borca görə tutulmuş 350 manat pulun smart karta geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçı onunla cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, cavabdeh tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plombu qıraraq sayğaca müdaxilə etmişdir. İddiaçıya aid olan **********28410 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkət nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Həmin hərəkət 2018-ci ilin mart ayında Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçı 2018-ci ilin mart ayı üzrə yazılmış akt əsasında qeydə alınmayan itirilmiş qazın dəyəri kimi hesablanmış və onun abonent hesabına yazılmış borcu mübahisələndirmişdir. Bu halı onun iddia ərizəsinə nəzər yetirdikdə də görmək olar. Həmçinin, **********28410 saylı abonent koduna itirilmiş qazın dəyəri əsasında hesablanmış borcdan cavabdeh tərəfindən 2018-ci ilin iyun ayından tutulmalar aparılmış və iddiaçı belə tutulmalara dair həmin vaxtdan 3 ildən çox vaxt keçməsinə baxmayaraq cavabdehə hər hansı pretenziya bildirməmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd hərəkətlər etməsini etiraf edərək borcu mübahisələndirməmişdir. Azəriqaz İB tərəfindən abonentə tərtib olunmuş akt Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunur və qeyd olunan aktda başqa şəxslərin imzalaması ilə bağlı qrafa mövcud deyildir. Həmçinin, qeyd olunan akt tərtib olunarkən abonentinə sayğacına yerindəcə plomb qoyulmuşdur. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abonentin saldosundan görünür ki, abonent kodu **********28410 olan Abşeron rayonu, Masazır kəndində 14.01.2020-ci il tarixdə Smart G4T İtron tipli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin 2018-ci ilə olan borcu 403.20 manat müəyyən edilmişdir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.03.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu Masazır kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman abonent kodu **********28410 olan istehlakçı tərəfindən sayğacın floyans plombunun sındırılması aşkar edilmiş, metroloqlar tərəfindən sayğaca plombun vurulması təmin edilmişdir. -Azəriqaz İB-nin 30.03.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2016 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 30.03.2018-ci il tarixli ******* saylı akt olmuşdur. -20.10.2021-ci il tarixli GPG10134983 saylı sayğacın abonentindən görünür ki, İddiaçı məxsus qaz sayğacına abonent tərəfindən sonuncu dəfə karta 24.09.2021-ci il tarixdə 24 manat yüklənmiş, həmin məbləğdən borca görə 6 manat tutulmuşdur. Sənəddən daha sonra görünür ki, sayğaca yüklənmiş borca görə tutulmalar 18.05.2018-ci il tarixdən başlanmışdır, belə ki, abonent tərəfindən həmin tarixdə karta 8 manat yüklənmiş və borca görə 2 manat tutulmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş 27.11.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.B.Zərdabi küçəsi döngə 2, dalan 2, 2 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun): 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarını tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miiddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Belə ki, Mülki Məcəllənin: 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş 29.03.2018-ci il tarixli ******* saylı akt əsasında müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman abonent kodu **********28410 olan istehlakçı tərəfindən sayğacın floyans plombunun sındırılması aşkar edilmiş, metroloqlar tərəfindən sayğaca plombun vurulması təmin edilmişdir. Qeyd olunan akt Azəriqaz İB-nin nümayəndələrinin iştirakı ilə 29.03.2018-ci il tarixdə tərtib olunmuş, 30.03.2018-ci il tarixdə isə təsdiq olunmuşdur. Lakin iddiaçının hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etməli olduğu vaxt qanunvericiliyin tələblərindən də göründüyü kimi onun hüququnun pozulduğu vaxtdan hesablanır. Belə ki, iş materiallarına əlavə olunmuş GPG10134983 saylı abonentin sayğacına dair sənəddən görünür ki, iddiaçı 02.02.2011-ci il tarixdən etibarən sayğaca pul yükləmiş, lakin 18.05.2018-ci il tarixdən başlayaraq sayğaca pul yüklənən zaman davamlı olaraq borca görə tutulmalar başlanmışdır. Göründüyü kimi, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməli olduğu tarix üç illik hesablanmaqla məhz 18.05.2018-ci il tarixdən başlanmalı olduğu halda, iddiaçı məhkəməyə yalnız 09.09.2021-ci il tarixdə müraciət etməklə, iddia müddətini ötürmüşdür. Bu səbəbdən də, iddiaçının cərimənin silinməsinə dair iddia ərizəsi əsassız hesab edildiyindən təmin edilməməlidir. Mülki Prоsеssuаl Məcəllənin: 77-ci maddəsinə əsasən sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5461/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5461/2021
21.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver