Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5465/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 426,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 446,20 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayənədəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də ən son olaraq 11/2018-ci il tarixində «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdehə məxsus ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacının metrologiya plomblarını yuvaya kip bərkitməklə, yivli birləşmələrin korroziyaya uğramış olmasına səbəb olmaqla təbii qazı talamışdır. İddiaçı İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacda müəyyən olunmuş nöqsanlarla bağlı 16.10.2018-ci il tarixində ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş müvafiq aktdan müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə çəkilmiş qaz xətti üzərində yerləşən G-4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacının elektron ekranının sönmüş olması faktı müəyyən edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. MSK - 29/1710-01943-3 nömrəli laboratoriya rəyinə əsasən «qaz sayğacının metrologiya plomblarının yuvaya kip bərkidilməsi, yivli birləşmələrin korroziyaya uğramış olması» müəyyən olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə 29.03.2019-cu il tarixində itirilmiş təbi qazın dəyəri hesablanaraq 453,60 manat məbləğində müəyyən olunmuşdur. Hazırda həmin borcdan geridə ödənilməmiş 426,20 manat məbləğində borc qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və ünvanladığı etirazda bildirdi ki, onların ailəsi ünvan 2 ünvaninda "xxxx" MTK tərəfindən tikilmiş binada ipoteka yolu ilə aldıqları mənzildə yaşayirlar. 2018-ci ilin oktyabr ayında qaz sayğaclarının elektron göstərici göstərmədiyindən, sayğacin dəyişdirilməsi üçün Azəriqazin 104 cagiriş mərkəzinə müraciyyət etmişdir. Sayğacin elektron göstəricisi işləməsə də sayğacin mexaniki göstəricisi işləmişdir. 2018-ci ilin oktyabr ayında Azəriqazin işçiləri çağırış əsasinda məmzilinin qaz sayğacini dəyişdirərək bu barədə ******* nömrəli akt tərtib etmişlər. Aktda aşagi qaz təziqi qeyd olunmaqla, qaz sayğacinin mexaniki göstəricisi göstərilmiş və mənzilə baxiş keçirərək mənzildə və kuxnada hansi qaz cihazindan istifadə olunmasini akta qeyd etmişlər. Aktin nüsxəsi 1 ay müddətində baxildiqdan sonra 15 noyabr 2018-ci il tarixdə 2 saylı Bakı "ASAN kommunal" mərkəzinə yeni kart almaq ücün yaxinlaşmişdır. 15 noyabr 2018-ci il tarixdə 2 saylı Bakı "ASAN kommunal" mərkəzində Azəriqazla yeni müqavilə baxlayaraq əvvəlki sayğacda mexaniki göstəricisi olan "xxxx" MTK-nin işçisi Məmmədli Məzahirin adina olan 005C8FC700250400 nömrəli qaz kartına Azəriqaz nümayəndələrinin tərtib etdiyi akta uyğun olaraq mexaniki göstəricidə olan qazin dəyərini ödəyərək öz adına yeni qaz istifadə kartı almışdır. 2 saylı Bakı "ASAN kommunal" mərkəzində bağlanmiş müqavilədə də baxiş aktina əsasən kuxnada 3 gözlü qaz peci göstərilmişdir. Yeni kart aldiqdan sonra qaz haqqi karta yükləməklə (aşagi təziqli) qazdan istifadə etmişdir, ta ki, dekabr ayi 2020-ci il tarixdə karta vəsait vurulduqda sayğaca az miqdarda qaz yüklənilir və nəhayət 23 dekabr 2020-ci il tarixdə vurulmuş qaz cekində birdən borc məbləği tutulmasi əks olunmuşdur. Azəriqazin 185 cagri mərkəzinə müraciyyət etdiyi zaman onun üzərinə 2 il əvvəl tarixə Azəriqazdan əsasi olmayan borc məbləği yazildigini demişlər. Belə məlum olur ki, Azəriqaz işçilərinin baxiş aktindan 1 ay sonra 2 saylı Bakı "ASAN kommunal" mərkəzində baxlanmiş müqavilə və qaz karti əsassiz imiş. 2 saylı Bakı "ASAN kommunal" mərkəzinin verdiyi qaz karti vasitəsiylə Azəriqaz-onların ailəsinə boruda aşagi təziqli kuxnada 3 gözlü qaz peçinə 2 il sonra havadan əsassiz olaraq qaz pulu borcu yigir. 5 manat qaz kartina vurduqları qaz pulunu Azəriqaz gah qaz kubmetiriylə və yaxud qaz pulunu karta az vurmaqla 3-gözlü qaz peçinə 2 il əvvəl tarixə havadan yazilmiş borc məbləği şəklində tutmuşdur. Deyəsən Azəriqazin maliyyə idarəsi itirilmiş vəsaitini vətəndaşlara havadan əsassız 2 il əvvəl tarixə yazılmış borc məbləği əsasıda tənzimləmək istəyir. 2 il əvvəl tarixə əsassiz havadan yazilmiş borc məbləği pandemiya dövründə də büdcələrinə dərin təsir edərək onları pis vəziyyətdə qoymuşdur. Bununla bağli "xxxx" İB-yə dəfələrlə ölkələrində də pandemiya şəraiti olduğundan meyl ünvan vasitəsiylə və 13 yanvar 2021-ci il tarixdə rəsmi qeydiyyata alinmaqla müraciət etmişdir. Müraciətinə cox maraqlıdır ki, "xxxx" İB-nin 14 və 21 yanvar 2021-ci il tarixli 2 ayrı-ayrılıqda idarə rəis müavinlərinin cavab məktublarında qaz sayğacınin 18 sentyabr 2021-ci il tarixdə alarm rejimdə olduğunu göstərirlər. Halbuki, 14 və 21 yanvar 2021-ci il tarixdə yazılmış cavab məktubunda göstərilən 18 sentyabr 2021-ci il tarixi hələ zaman şəklində gəlməmişdir. 03 fevral 2021-ci il tarixdə "Azəriqaz " İB-nin əsassız yazdığı qaz borcu barədə Azərbaycan Respublikasınin iqtisadiyyat Nazirliyi Yaninda Antiihisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciyyət etmişdir. Antiihisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzilə baxış keçirərək əvvəl və halhazır ki, eyni istifadə olunan kuxna yemək qaz peçinin eyni olmasını müəyyənləşdirmişdir. Azərbaycan Respublikasınin İqtisadiyyat Nazirliyi Yaninda Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müraciətini araşdırdıqdan sonra ona cavab məktubunda göstərmişdir ki, "xxxx" ASC-tinin mənzilə qoyduğu qaz sayğacınin nasaz olması və yaxud qaz sayğacı qoyularkən vintillərinin qaz işçiləri tərəfindən möhkəm bərkidilməməsinə Qazın istifadə "qaydalarınin " 4.8 bəndinə əsasən cavabdehliyi "xxxx" İB daşıyır. Göstərilən dəlilləri və Azərbaycan Respublikasınin İqtisadiyyat Nazirliyi Yaninda Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yekun rəy məktubunu əsas tutaraq ailəsinə "xxxx" İB tərəfindən əsassiz və qanunsuz yazilmiş 453,60 borc məbləğini ləgv etməyinizi və kartdan tutulmuş məbləğin yenidən karta qaytarilmasıni xahiş edir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 16.08.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh mənzilinə çəkilmiş qaz xətti üzərində yerləşən G-4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacının elektron ekranı sönmüşdür. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman labaratoriyanın 10.12.2018-ci il tarixində 23/1710-01943-3 nömrəli rəyinə əsasən 1002AQ**********1 nömrəli sayğacın say metrologiya plombları yuvaya bərkidilməmişdir. Yivli birləşmə korroziyaya uğramışdır. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 4536 m3 qazın istifadə olunması göstərilmişdir. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh əsassız olaraq qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 16.08.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş, eyni zamanda 29.03.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək 453,6 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan İddiaçı İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacına görə cavabdeh məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə iddiaçı şirkətin nümayəndəsi iddia tələbinin əsaslarını sübut edə bilməmiş və sayğacın Cavabdeh tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 426,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 446,20 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 426,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 446,20 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5465/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5465/2021
17.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver