Məhkəmə qərarları › İş №2(012)-5517/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5517/2021

30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5517/2021 30.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1, Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiəsi Sənayesi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiəsi Sənayesi Nazirliyinə qarşı “Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixindən 25 yanvar 1987-ci ilədək 16 gün müddətinə X8 Stansiyyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi, xx xxxx 1962-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ərizəçi 1982- 1988-ci illərdə SSR-nin (X10) zavodunun Bakı şəhərində yerləşən “İskra” zavodunda çilingər və qaynaqçı (baevoy roket başlığının, aparıcı hissələrinin qurulması və yığılması) vəzifəsində işləmişdir. Ərizəçi 26 aprel 1986-cı il tarixində Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün zavod rəhbərliyi tərəfindən (SSR Nazirlər Sovetinin qərarı əsasında) 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986-cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixinə, 25 yanvar 1987ci ilədək 16 gün müddətinə 2 dəfə Ukrayna Respublikasının Çernobıl vilayətinə xidməti ezamiyyətə göndərilmişdir. Ərizəçi Çernobılda olduğu müddət ərzində işləri palatkaların daşınması, qurulması, təmiri, insanların palatlcalara yerləşdirilməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və yaralı şəxslərin ərazidən uzaqlara uzaqlaşdırılması və. s işlərdən ibarət olmuşdur. Ərizəçinin işlədiyi (X10) zavodunun Bakı şəhərində yerləşən “İskra” zavodunda 1980-ci ildə fəaliyyətini dayandırmış, sonradan fəaliyyətini bərpa etmiş və bu günə kimi Azərbayacn Respublikasının Müdafiə Sənaye Nazirliyinin nəzdində (optika- mexanika) istehsalat birliyi “Alov” zavodu kimi davam etdirməkdədir. Ərizəçi Çernobıl AES-da baş vermiş qəzanın nəticələrini aradan qaldırılması üçün xidməti ezamiyyətə göndərilməyi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyi, “Alov” zavoduna müraciət etmiş, oradan ərizəçinin bütün şəxsi işlərim çıxarılmış və ərizəçiyə təqdim edilmişdir. Qeyd edir ki, ərizəçinin şəxsi işinin 2-ci səhifəsindən də görünür ki, ərizəçi 1982-ci ildən 1984-cü ilədək zavoda hansı tarixdən hansı vəzifədə işləməyi göstərilmiş, lakin 1986-cı il və 1987-ci ildə hansı vəzifədə işlədiyi bölməsi boş saxlanılaraq xidməti ezamiyyətdə olmağı səbəbindən həmin hissə xətlənmişdir. Bundan əlavə ərizəçi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, ərizə yazıb arayış verilməsini xahiş etmiş, lakin arxiv idarəsi ərizəçinin müraciətinə cavab olaraq Alov zavodunun sənədlərinin dövlət mühafizəsinə təhvil verilmədiyi göstərilməmişdir. Halbuki, qəzanın nəticəsini aradan qaldırılması üçün ərizəçinin xidməti ezamiyyətə göndərilməyi faktını həmin vaxt ərizəçiylə birgə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər və ərizəçiylə birgə zavodda işləyən halhazırda Çernobil iştirakçısı olan iş yoldaşları da X7, X3, X4, X6 və digərləri öz şəxsiyyət vəsiqələri və Çernobil iştirakçısı olmalarını təsdiq edən vəsiqələrini ərizəyə əlavə etməklə bərabər onlar məhkəmə iclasında iştirak edərək ərizəçinin çernobil qəzasının nəticələrinin aradan qaldırılmasında iştirakını təsdiq edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında 638 saylı qərarının 3-cü bölməsinin 16-cı maddəsinə əsasən “iş stajı barədə sənədlər olmadıqda və onlar təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadəsinə əsasən müəyyən edilir, AR MPM-nin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunanlara əsasən o, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiəsi Sənayesi Nazirliyinin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi Alov zavodunda işləməsi ilə bağlı arayışlar və şəxsi kartoçkası vardır. Lakin Azərbaycan Respublikası Müdafiəsi Sənayesi Nazirliyində ərizəçinin ezam olunması ilə bağlı heç bir sədəd mövcud deyildir. Odur ki, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsi Ərizəçi üzərinə düşsə də, ərizəçi onun 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986-cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixindən 25 yanvar 1987-ci ilədək, 16 gün müddətinə X8 Stansiyyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiəsi Sənayesi Nazirliyinə qarşı onun 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986-cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixdən 25 yanvar 1987-ci ilədək 16 gün müddətinə X8 Stansiyyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməyi faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar