Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5523/2024 11.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 4086,30 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, At yalı yaşayış massivində 2012-ci il tarixdə boş torpaq sahəsini bələdiyyədən almış, gücü çatdıqca həmin torpaq sahəsində kiçik bir ev inşa etməyə başlamışdır. Daha sonra o, 2017-ci ildə evinin tikintisini başa vuraraq yaşayış halına gətirmiş və həmin ildə evinə sayğac quraşdırılması üçün aidiyyəti quruma müraciət etmişdir. Onu da qeyd edir ki, sözügedən torpaq sahəsini etibarnamə əsasında bələdiyyədən almış, o da öz növbəsində həmin torpaq sahəsini etibarnamə ilə Ruslan adlı şəxsə satmışdır. Belə ki, Ruslan torpaq sahəsini və üzərində tərəfindən inşa edilmiş evi sənədləşdirmək üçün lazımi yerlərə müraciət edən zaman məlum olmuşdur ki, 2016-cı ilin dekabr ayının 31-ə qədər **********00171 nömrəli abonent koduna, ümumilikdə, 4086,30 manat borcu vardır. Bildirir ki, həmin borc barədə məlumat aldıqdan sonra dərhal "xxxx" ASC-yə yollanmışlar. İş şifahi şəkildə araşdırılmış və ona bildirilmişdir ki, həmin borc Ağdam rayonundan məcburi köçkün düşmüş X2 borcudur və həmin pul Elçin Əliyev adlı məcburi köçkünə məxsusdur. Halbuki həmin ev inşa edilən yerdə heç bir məcburi köçkün ailəsi yoxdur. Bir sözlə, onun adına yazılmış həmin pul Elçin Əliyevə məxsusdur, bu faktı "xxxx" ASC-nin əməkdaşları özləri də təsdiq edərək ona bu məlumatları vermiş, bundan əlavə ona şifahi şəkildə izah etmişdirlər ki, bu məsələ ilə bağlı ancaq məhkəməyə müraciət edə bilər. Məhz bu səbəbdən o, sərf etmədiyi işığa görə əsassız şəkildə adına yazılmış külli miqdarda pula görə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddia tələbində göstərilmiş 4086,30 manat borc məbləği qaçqın borcudur və abunə haqqında cədvəldə bu borc məbləğinin xx.xx.2016-cı il tarixdə silindiyi qeyd edilsə də sözügedən borc indiyədək sistemdən silinməmişdir. İddiaçının adına olan abonent kodu üzrə 2016-cı ildən hazıradək heç bir borc qeyd edilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, hazırki mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********00171 olan sayğac üzrə abonentin xx.xx.2016-cı il tarixinə borcu 4086,30 manat təşkil etmiş, həmin borc məbləği qaçqın borcu hesab edildiyindən silinməsi nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi abonent kodu **********00171 olan sayğac üzrə abonentin xx.xx.2016-cı il tarixinə borcu 4086,30 manat təşkil etmiş, həmin borc məbləği qaçqın borcu hesab edildiyindən silinməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı fərdi yaşayış evinə aid **********00171 saylı abunə koduna hesablanmış 4086,30 manat məbləğində cərimə pulu "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyindən, həmin məbləğin ödənilməsinin iddiaçıdan tələb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında **********00171 saylı abunə koduna hesablanmış 4086,30 manat cərimə məbləğinin "xxxx" ASC tərəfindən silinməsinin nəzərdə tutulmasına baxmayaraq sözügedən borc məbləğinin indiyədək silinmədiyini bildirmiş, İddiaçı **********00171 saylı abunə koduna xx.xx.2016cı il tarixinədək hesablanmış 4086,30 manat məbləğində cərimə pulu ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.10- cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2016-cı il tarixdə hesablanmış 4086,30 manat məbləğində borc əsassız olduğundan, "xxxx" ASC tərəfindən **********00171 saylı abunə koduna hesablanmış 4086,30 manat cərimə pulu silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 60,86 (altmış manat, səksən altı qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********00171 saylı abunə koduna hesablanmış 4086,30 manat cərimə pulu silinsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 60,86 (altmış manat, səksən altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5523/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5523/2024
11.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver