Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5534/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-175A saylı, 30800066 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE 0******* xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1”na, AA******* xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi3”na və AA******* xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2”na, AZ-İ №-li 077108 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “X14”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Digah kəndində yerləşən ona və digərlərinə məxsus 0.12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin qurum tərəfindən 09.09.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-175A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ad, soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-175A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi ardıcıl olaraq “X6”, “X9”, “X22”, “X23” göstərildiyi halda şəxsiyyəti təsdiq edən sənədlərdə “X14”, “Ərizəçi1”, “Ərizəçi3”, “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmişdir. Bütün bunlara əsasən də yuxarıda qeyd edilənləri nəzərə alaraq Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta ona şifahi olaraq məsələnin həllindən ötrü məhkəməyə müraciət etməsi izah edilmişdir. X2 qeyd edilmiş şəxs əslində X10r ki, o, 01.05.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 04.05.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi2 digər Ərizəçi1 ərizəsini müdafiə edərək onun izahatı ilə eyni məzmunlu izahat vermişlər. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 23.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Ərizəçi1 onun bibisi, Ərizəçi3 və Ərizəçi2 isə onun bibisi oğullarıdır. X4 isə onun bibisinin əri olmuşdur. Adı Əli olsa da, onu “Əlizadə” deyə çağırmışlar. Lakin sənəd üzrə mərhumun adı Əli olmuşdur. Eyn zamanda, bibisinin soyadı Məlikova, bibisi oğullarının soyadı isə Məlikovdur. 23.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Ərizəçi1 onun yoldaşının bibisi, Ərizəçi3 və Ərizəçi2 isə onun yoldaşının bibisi uşaqlarıdır. 2008-ci ildə gəlin köçəndən sonra bu ailəni tanımış, mehriban münasibətləri olmuşdur. Bu səbəbdən də bilir ki, həmin ailədə soyad Malikov deyil, Məlikovdur. Həmçinin, Ərizəçi1 həyat yoldaşının adı sənəd üzrə Əli olsa da, “Əlizadə” deyə çağırılmışdır. Məhkəmə ərizəçilərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -İİİ-ЖГ № 313315 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X7 04.11.1983-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məlikova soyadı verilmişdir. -21.07.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-175A saylı 30800066 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi Abşeron rayon Digah qəsəbə sakini X3, X5, X17 və X18 mülkiyyətinə verilmiş və bu barədə 3984 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.05.2020-ci il tarixli AZ-İİ № 077108 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 01.05.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 308 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07.02.2021-ci il tarixli 660 saylı arayışdan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Digah qəsəbə sakini X8 adına verilmiş 0.12 ha torpaq sahəsinə dair JN-175A saylı şəhadətnamədə səhvən onun adı X6 yazılmışdır. Həmin şəhadətnamədə arvadı X5, oğlu X17 və oğlu X1 hərf səhvi getmişdir. Əslində onların soyadları Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2dur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi1 ünvanlanmış 09.09.2021-ci il tarixli **********00 saylı bildirişdən görünür ki, Abşeron rayonu, Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması ilə bağlı 07 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-175A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ad, soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-175A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi ardıcıl olaraq “X6”, “X9”, “X22”, “X23” göstərildiyi halda şəxsiyyəti təsdiq edən sənədlərdə “X14”, “Ərizəçi1”, “Ərizəçi3”, “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron RPŞ tərəfindən 03.09.2012-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 Abşeron rayonu, Digah qəsəbəsi Q.Qarayev küçəsi 20 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi2 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi3 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə, ərizəçilərin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçilərin göstərdikləri və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 21.07.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-175A saylı 30800066 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsinin mülkiyyətçilər qismində Abşeron rayon Digah qəsəbə sakinləri X6, X9, X22 və X23 qeyd edildiyi halda həmin şəxslərin adları 04.05.2020-ci il tarixli AZ-İİ № 077108 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X14, 03.09.2012-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1, AA ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2, AA ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi3 kimi qeyd edilmişdir. Bu isə “X6”nun “X14”, “X9”nın “Ərizəçi1”, “X22”nun “Ərizəçi3”, “X23”nun “Ərizəçi2” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-175A saylı 30800066 kod nömrəli 21.07.2004-cü il tarixli şəhadətnamədə göstərilən “X6”nun “X14”, “X9”nın “Ərizəçi1”, “X22”nun “Ərizəçi3”, “X23”nun “Ərizəçi2” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, həmin şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və X12 məxsus olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-175A saylı 30800066 kod nömrəli 21.07.2004cü il tarixli 3984 qeydiyyat nömrəli şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov