Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5536/2021 24.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-1011A saylı, 30800076 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin AZE 0******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 14.05.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1011A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən adda və ata adında kəskin fərqli olduğu, soyadın ümumiyyətlə qeyd edilmədiyi aşkar edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi, “Vəlicanovoğlu Mirzəbaba” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bütün bunlara əsasəndə yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta ona şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X1 ifadəsində bildirdi ki, Ərizəçi onun övladıdır. Şəhadətnamədə adlar səhv yazılmışdır. Onun 3 qız, 2 oğlu vardır. 16 sot torpaq sahəsini o götürmüşdür. Aqrar İslahat Komissiyası torpağı ona vermişdir və 20 ildir ki, həmin torpağı Ərizəçi vermişdir. Odur ki, JN-1011A saylı, 30800076 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən Vəlicanovoğlu Mirzəbaba onun özüdür. İş materiallarında olan AZE Seriyalı, 03676889 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X1 20.11.1944-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan JN-1011A saylı, 30800076 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 nömrəli qərarı ilə verilmiş 0,16 hektar ölçüsü olan torpaq sahəsi Vəlicanovoğlu Mirzəbabanın mülkiyyətinə verilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, məhkəməyə şahid qismində cəlb edilmiş X1 ifadəsində N- 1011A saylı, 30800076 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olmadığını bildirmişdir. Bundan əlavə ərizəçi N-1011A saylı, 30800076 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olmasını öz izahatından başqa, hər hansı sübutla təsdiq edə bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Ərizəçi JN-1011A saylı, 30800076 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin AZE 0******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” na məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi JN-1011A saylı, 30800076 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin AZE 0******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” na məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5536/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5536/2021
24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver