Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5548/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X32 Komitəsinin Abşeron rayon şöbəsinin JN-765A Kod 30800076 nömrəli 22.05.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin XXX Meydan Qurban oğluna (AZ-İ 620793 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X12 (AZ-İ 221389 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X13 (AZ-İ saylı 590098 saylı ölüm haqqında şəhadətnamə) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi JN-765A kod 30800076 saylı şəhadətnamə ilə onların adına rəsmiləşdirilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlış olaraq XXX Meydan Qurban oğlu əvəzinə X29, Ərizəçi1 əvəzinə X30, X19 əvəzinə X20, Ərizəçi2 əvəzinə X5, X21 əvəzinə X22 yazılmışdır. Göstərilən səhvlərə görə onlar mülkiyyətlərində olan torpağı və evi özəlləşdirə bilmir. Hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-765A kod 30800076 nömrəli şəhadətnamənin XXX Meydan Qərib oğluna, Ərizəçi1, X12, Ərizəçi2, X13 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək digər Ərizəçi1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 02.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi1 və Ərizəçi2 qonşusudur. Ərizəçi1 həyat yoldaşı vəfat etdiyindən Məryam Biləsuvar rayonuna ata evinə köçmüşdür. O, həmişə onu “Məryəm” kimi deyil, “Məryam” kimi tanımışdır. Həmçinin, Ərizəçi2 ilə rəfiqə olmuşlar. Ərizəçi2 subaylıq soyadı “Həsənağayeva” olmuş, nikaha daxil olduqdan sonra isə yoldaşının soyadı olan “Qurbanova” soyadını qəbul etmişdir. Ərizəçi2 onlarla qonşuluqda yoldaşı X19 ilə birlikdə yaşamışdır. Ərizəçi2 yoldaşının adı “Bağman” deyil, “Bağban” olmuşdur. Ərizəçi2 yoldaşı 2007-ci ildə vəfat etmişdir. Ərizəçi1 həyat yoldaşı Meydan Qurban oğlu isə 2013-cü ildə vəfat etmişdir. Yoldaşı vəfat edəndən sonra Ərizəçi1 rayona köçmüşdür. Eyni zamanda, X1 Mətanət Nadir qızının oğlu olmuş və 2012-ci ildə vəfat etmişdir. 02.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, Ərizəçi1 onun qaynanası, Meydan Qurban oğlu onun qaynatası, X19 onun qaynı, Ərizəçi2 onun qaynı yoldaşı, X21 isə onun qaynı oğlu olmuşdur. Sənədlərdə qeyd olunan şəxslərin adı və soyadı hissələrində səhvlər getmişdir. Belə ki, qaynanasının adı “Məryəm” deyil, “Məryam”, ata adı “Feruz” deyil, “Feyruz” olmuş, qaynatasının isə heç vaxt soyadı olmamışdır. Belə ki, bütün sənədlərdə onun adı və ata adı, yəni “Meydan Qurban oğlu” kimi qeyd olunmuşdur. Həmçinin, qaynının adı “Bağman” deyil, “Bağban”, Ərizəçi2 qızlıq soyadı isə “Həsənağayeva”, nikaha daxil olduqdan sonra “Qurbanova” olmuşdur. Məhkəmə ərizəçilərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31.03.1999-cu il tarixli Vİ-ЖГ № 388237 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X7 31.03.1994-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Qurbanova soyadı verilmişdir. -27.05.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-765A saylı 30800076 kod nömrəli şəhadətnamədən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.12 ha sahəsi Abşeron rayon Qobu qəsəbə sakini X14, X15, X9, X3, X8, X10, X11 mülkiyyətinə verilmişdir. -Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14.02.2007-ci il tarixli AZ-İ № 221389 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 23.01.2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07.01.2013-cü il tarixli AZ-İ № 590098 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X21 22.12.2012-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.07.2013-cü il tarixli AZ-İ № 620793 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Meydan Qurban oğlu 14.07.2013-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 39 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 48 saylı arayışdan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 saylı Qərarı ilə Qobu qəsəbə sakini Meydan Qurban oğlunun adına verilmiş 0.12 ha torpaq sahəsində JN- 765 A Kod 30800076 saylı şəhadətnamədə onun soyadı olmadığı halda səhvən X29, ailə üzvləri Ərizəçi1 əvəzinə X30, Ərizəçi2 əvəzinə X5 yazılmışdır. -Maraqlı şəxs tərəfindən verilmiş 29.07.2021-ci il tarixli **********73 saylı məktubdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 06 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-765A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin soyad, ad və ata adı ilə vətəndaşın şəxsiyyəti təsdiq edən sənəddə qeyd edilən soyad, ad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-765A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri ardıcıl olaraq “X29”, “X30”, “X20”, “X5”, “X22” göstərilsə də, şəxsiyyəti təsdiq edən sənədlərdə “Meydan Qurban oğlu”, “Ərizəçi1”, “X19”, “Həsənağayeva (Qurbanova) Mətanət Nadir qızı”, “X21” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X2 rayonu, Qobu qəsəbə ərazi dairəsi Qobu qəsəbəsi S.Vurğun küçəsində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X4 rayonu, Ağköynək ərazi dairəsi Ağköynək kəndində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən 28.10.2005-ci il tarixdə verilmiş AZE № 04175413 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XXX X24 rayonu, Qobu qəsəbəsi Natəvan küçəsi 5 saylı evdə qeydiyyatda olmuşdur. -Abşeron RPŞ tərəfindən 28.10.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 Abşeron rayonu, Qobu qəsəbəsi Natəvan küçəsi 5 saylı evdə qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən 21.05.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 Abşeron rayonu, Qobu qəsəbəsi S.Vurğun küçəsi 7 saylı evdə qeydiyyatdadır. Məhkəmə, ərizəçilərin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçilərin göstərdikləri və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 27.05.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-765A saylı 30800076 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli Qərarı ilə 0.12 ha torpaq sahəsinin verildiyi mülkiyyətçilər qismində Abşeron rayon Qobu qəsəbə sakinləri “X29”, “X30”, “X20”, “X5”, “X22” qeyd edildiyi halda həmin şəxslərin adları Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.07.2013-cü il tarixli AZ-İ № 620793 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “Meydan Qurban oğlu”, Abşeron RPŞ tərəfindən 28.10.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”, Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14.02.2007-ci il tarixli AZ-İ № 221389 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X19”, Abşeron RPŞ tərəfindən 21.05.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”, Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07.01.2013-cü il tarixli AZ-İ № 590098 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X21” kimi qeyd edilmişdir. Bu isə, “X29”nun “Meydan Qurban oğlu”, “X30”nın “Ərizəçi1”, “X20”nun “X19”, “X5”nın “Ərizəçi2”, “X22”nun “X21” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-765A saylı 30800076 kod nömrəli 27.05.2006-cı il tarixli şəhadətnamədə göstərilən “X29”nun “Meydan Qurban oğlu”, “X30”nın “Ərizəçi1”, “X20”nun “X19”, “X5”nın “Ərizəçi2”, “X22”nun “X21” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, Torpağın mülkiyyətə verilməsinə dair JN-765A saylı 30800076 kod nömrəli 27.05.2006-cı il tarixli şəhadətnamənin 23.07.2013-cü il tarixli AZ-İ № 620793 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “Meydan Qurban oğlu”na, 28.10.2005-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”na, 14.02.2007-ci il tarixli AZ-İ № 221389 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X19”na, 21.05.2011-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”na, 07.01.2013-cü il tarixli AZ-İ № 590098 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X21”na məxsus olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-765A saylı 30800076 kod nömrəli 27.05.2006cı il tarixli, 765 nömrə ilə qeydiyyata alınmış şəhadətnamənin 23.07.2013-cü il tarixli AZ-İ № 620793 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “Meydan Qurban oğlu”na, 28.10.2005-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”na, 14.02.2007-ci il tarixli AZ-İ № 221389 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X19”na, 21.05.2011-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”na, 07.01.2013-cü il tarixli AZ-İ № 590098 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X21”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov