Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-559/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X13 küçəsi, ev 7 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə yaşayır. Onunla birlikdə nəvəsi X9, qızı X6 yaşayır və nəvəsi ilə qızı da həmin evdə daimi qeydiyyatdadırlar. Bildirir ki, X6 müddətsiz ümumi İİ qrup əlildir, əmək qabiliyyəti yoxdur və tək başına özünü idarə edə bilmir. O isə ahıl yaşlıdır və onun özünün də köməyə ehtiyacı vardır. X17 və həyat yoldaşı həm ona, həm də ki İİ qrup əlil olan qızına baxır, onların maddi və mənəvi tələbatını ödəyir. X15 İİ qrup əlil olsa da o, heç vaxt özünü idarə edə bilmir və mütləq kiminsə köməyinə ehtiyacı vardır, əslində qızının xəstəliyi İ qrup əlillik ilə bağlı olsa da ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. O, bütün bunları qeyd etməklə rəsmi şəkildə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1977-ci il təvəllüdlü X1 (patronaj) təyin olunması üçün köməklik göstərilməsini xahiş etmiş, onun ərizəsinə xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 məhkəmədə izahatında bildirdi ki, xx.xx.1977-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan AA2737753 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1977-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron rayonunun Digah qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş İV-ЖГ № 470360 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 avqust 1977-ci ildə Abşeron rayonu, Digah qəsəbəsində doğulmuşdur. X2, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 103 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 ŞİZOFRENİYA. PSİXİ QÜSUR HALİ” (F 20.5) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasınında ümumi xəstəliklə İİ dərəcə əlil olması və s.), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və bir qədər gərgin olması, xarici görünüşünün səliqəsiz olması, ünsiyyətə həvəssiz daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1977-ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: Yoxlanılan şəxs X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.1977-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilərmi? Cavab: Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 02 avqust 1977-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 103 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 02 avqust 1977-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-559/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-559/2025
11.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver