Məhkəmə qərarları › İş №2(012)-560/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-560/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-560/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi vəkili-nümayənnndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin 10 №-li, xx.xx.1997-ci il tarixli Sərəncamından Çıxarışda və Abşeron Rayon Hökməli X2 Çıxarışda “X4” yazısının Ərizəçi kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1997-ci ildə Abşeron rayonu İcra Hakimiyyətinə ərizə ilə rəsmi qaydada müraciət edərək yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Müraciət ərizəsinə baxlıdıqdan sonra Maraqlı şəxs başçısının Hökməli qəsəbə icra nümayəndəsinin 12 sentyabr 1997-ci il tarixli, №10-li Sərəncamı ilə yaşayış evinin tikntisi üçün ona Abşeron rayonu, Hökməli qəsəbəsində 0.10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailəsilə birlikdə həmin ünvanda pasport qeydiyyatında olmaqla yaşayır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDXDƏDK və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə ilk olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə müvafiq sənədlər əlavə edilmilməmişdir. Bundan sonra təkrar müraciət edərək tələb olunan sənədləri ərizəyə əlavə etmişdir. xx.xx.2024-cü il tarixli məktubla yenidən ərizəyə imtina edildi. İmtina onunla əsaslandırılıb ki, xx.xx.1997-ci il tarixli Sərəncamdan Çıxarışda onun adı şəxsiyyət vəsiqəsindəki adı ilə uyğunsuzluq təşkil edir. Nümayəndə vasitəsi ilə Maraqlı şəxsnə ərizə ilə rəsmi qaydada müraciət edərək yanlışlığa düzəliş olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məktubla müraciətə imtina verilmişdir. İmtina məktubunda göstərilir ki, sənəddəki adda uyğunsuzluğa düzəlişin aparılması Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir və bunun üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Sonradan ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin 10 №-li, xx.xx.1997-ci il tarixli Sərəncamından Çıxarışın və Abşeron Rayon Hökməli X2 Çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. O, bildirdi ki, ərizəçi ailə üzvləri ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi xx.xx.1960-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan 10 saylı, 12.09 1997-ci il tarixli Abşeron Rayon Hökməli qəsəbə icra hakimiyyəti nümayəndəliyinin sərəncamından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinın 09 fevral 1990-cı il tarixli 55 №li qərarına, vətəndaşların ərizələrinə əsasən X3 qəsəbə üçün ayrılmış torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin çıxarış əsasında verilmiş Abşeron Rayonu X1 planından çıxarışda ayrılmış torpaq sahəsinin planı göstərilmiş və fiziki şəxs kimi X4 qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli, F-114 saylı Arxiv arayışının surətindən görünür ki, Maraqlı şəxs başçısının Hökməli qəsəbə nümayəndəsinin 10 saylı, 12.09 1997-ci il tarixli sərəncamının Hökməli qəsəbə vətəndaşlarına fərdi mənzil tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 1990-cı il tarixli 55 saylı qərarına, vətəndaşların ərizələrinə əsasən, Ərizəçi qəsəbə uçün ayrılmış asudə torpaq sahəsindən 0,10 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. Mülki işin materiallarında olan Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsinin 12 sentyabr 1997-ci il tarixli, 10 nömrəli sərəncamı ilə vətəndaşa ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıca aktının, həmçinin arxiv arayışının hazırkı ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa Maraqlı şəxs başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsinin sözügedən sərəncamında vətəndaşa ayrılmış torpaq sahəsi 0.10 ha göstərilsə də, faktiki vəziyyətdə isə 0.05 ha olduğu aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs 13 avqust 2024-cü il tarixli, 5-29/2-230/2024 saylı məktubundan görünür ki, Maraqlı şəxs başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.1997-ci il tarixli, 10 № li Sərəncamından çıxarışda və Abşeron rayonu X1 Planından çıxarışda Ərizəçi adı "X4” kimi qeyd edildiyini və qeyd edilmiş şəxsin adında olan uyğunsuzluqların düzəldilərək Ərizəçi kimi qeyd olunması xahiş edilsə də, qaldırılmış məsələ Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət müraciət olunması məqəsədəmüvafiqdir. Mülki işin materiallarında olan Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, aparılan araşdırma zamanı Maraqlı şəxs başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsinin 12 sentyabr 1997-ci il tarixli, 10 nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıca aktının hazırkı ərizəyə əlavə olunmadığı, həmçinin sözügedən sərəncamdan çıxarışda hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixdə, 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. 7 aprel 2022-ci il tarixdə, 1655 nömrəli Fərmanın 3- cü bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş müddət ərzində fərmanın icrası ilə əlaqədar zəruri məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan başqa eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətinizi təsdiq edən sənədin surətinin hazırkı ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Sözügedən daşınmaz əmlakın naturada quruluşu və öçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçiyə Abşeron Rayon Hökməli qəsəbə icra hakimiyyəti nümayəndəliyinin xx.xx.1997-ci il tarixli 10 saylı sərəncamı ilə Hökməli qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır, həmin sərəncam əsasında da Abşeron Rayonu X1 planından çıxarış tərtib edilmişdir. Həmin sərəncamdan çıxarış tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin adı “Ərizəçi” əvəzinə “X4” yazılmışdır. Sərəncamdan çıxarışda hüquq sahibinin adı səhv qeyd edildiyi üçün Yerquruluş planından çıxarışda da müvafiq olaraq ad səhv yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair Maraqlı şəxs başçısının Hökməli qəsəbə nümayəndəsinin 10 saylı, 12.09 1997-ci il tarixli sərəncamından çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, Abşeron Rayonu X1 planından çıxarış hüquq müəyyənedici sənədlər sayılmadığından ərizə həmin hissədə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair Maraqlı şəxs başçısının Hökməli qəsəbə nümayəndəsinin 10 saylı, 12.09 1997-ci il tarixli sərəncamından çıxarışın AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar