Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5608/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən yaşayış evinin Abşeron rayonu TİB-nin 01 iyun 1994-cü il tarixində 282 qeydiyyat №-si ilə vermiş olduğu fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun və qeydiyyat şəhadətnaməsinin ona (şəxsiyyət vəsiqəsi AA 3249850) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, ərizədə yanlışlıqla maraqlı şəxsin adı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi” əvəzinə “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi” göstərilmişdir. Odur ki, qeyd edilən düzəlişin nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi Abşeron rayonu TİB-nin 01 iyun 1994-cü il tarixli 282 qeydiyyat №-si ilə verdiyi qeydiyyat şəhadətnaməsi və fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportuna əsasən onun adına rəsmiləşdirilmişdir. Lakin verilmiş texniki pasportda və qeydiyyat şəhadətnaməsində yanlış olaraq Ərizəçi əvəzinə Ərizəçi Səvxan qızı yazılmışdır. Göstərilən səhvlərə görə mülkiyyətində olan mənzili özəlləşdirə bilmir. O, 11 avqust 2022-ci il tarixdə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)- 4619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmış və nöqsanların aradan qaldırılması məqsədi ilə geri qaytarılmışdır. Qəraradad 06 sentyabr 2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında ona rəsmi təqdim edilmişdir. Nöqsan kimi qeyd olunur ki, ərizəçi ilkin olaraq yaşayış evinin texniki pasportundakı və qeydiyyat şəhadətnaməsindəki uyğunsuzluqlarin aradan qaldırılması ilə bağlı ilkin olaraq həmin sənədləri verən orqana müraciət etməlidir. Ərizəsinə sənədlərin 6-cı vərəqəsində göstərilən orqanın imtina məktubu əlavə edilmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********55 №-li bildirişinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir və göstərilmişdir ki, təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AA******* saylı, xxxxxxx FİN №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. İş materiallarında olan Abşeron rayonu TİB tərəfindən verilmiş 01 iyun 1994-cü il tarixli, 282 qeydiyyat №-li fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu və qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi Ərizəçi Səvxan qızının adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi ata adı fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu və qeydiyyat şəhadətnaməsində səhv olaraq Ərizəçi Səvxan qızı olaraq göstərilmiş, lakin ərizəçinin ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Abşeron rayonu TİB tərəfindən verilmiş 01 iyun 1994-cü il tarixli, 282 qeydiyyat №-li fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu və qeydiyyat şəhadətnaməsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Abşeron rayonu TİB tərəfindən verilmiş 01 iyun 1994-cü il tarixli, 282 qeydiyyat №-li fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu və qeydiyyat şəhadətnaməsinin AA******* saylı, xxxxxxx FİN №-li şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5608/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5608/2022
12.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver