Məhkəmə qərarları › İş №2(012)-5691/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5691/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5691/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona Abşeron rayonu, Saray qəsəbəsində 0.10 ha torpaq sahəsinin ayrılması barədə Maraqlı şəxs başçısının Saray qəsəbə üzrə İcra Hakimiyyəti nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 43 nömrəli sərəncamında və həmin İcra nümayəndəliyinin verdiyi xx.xx.2012-ci il tarixli F-136 saylı çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məzmunundan göründüyü kimi, Ərizəçi Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılması barədə verilmiş xx.xx.1994-cü il tarixli 43 saylı sərəncamın və xx.xx.2012-ci il tarixli F-136 saylı çıxarışın ona, yəni, “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin: 149.2.4. maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. 150.1.6. maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zəruriliyini qeyd etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, ərizəçi ona məxsus olunması faktının müəyyən edilməsini xahiş etdiyi sənədlərlə bağlı maraqlı şəxsə müraciət etməmiş, müraciət etdiyi təqdirdə isə həmin məlumatı ərizəyə əlavə etməmişdir. Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar