Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-574/2022 01.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə ilkin, Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, təbii X13nın pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və 4320 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, təbii X13nın pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli akt qəbul edilmiş və həmin aktın əsasında mərhum əri X7 adına 4320 manat məbləğində cərimə yazılmışdır. Həmin cərimənin yazılmasına səbəb olmuş aktda qeyd edilmişdir ki, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. O, X3 ilə rəsmi nikahda olsa da, birgə təsərrüfat aparmamış və ayrı yaşamışlar. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra təbii X13nın pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib edilərək, mərhumun 4320 manat məbləğində cərimə borcu olduğu bildirilmişdir. Bu günə kimi tərtib edilmiş akt mərhuma təqdim edilmədiyi üçün onun adına yazılmış borcdan xəbəri olmamışdır. Hazırda həmin ünvanda o və övladları yaşayır. Mərhum sağ olan zaman o, həmin evdə təkbaşına yaşayırdı. X5 vəfat etdikdən sonra həmin aktdan onların xəbəri olmuşdur. Hazırda mərhumun arvadı olduğu üçün həmin pulu ondan tələb edirlər. O, mərhum əri ilə rəsmi nikahda olsa da, ayrı yaşamışlar. Əgər belə bir məsələ aşkar edilmişdirsə, nə üçün xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akt barədə Anar Baxışov vəfat etdikdən sonra onlara məlumat vermişdirlər. O, həmin evdə yaşamadığı üçün sayğaca baxış keçirilən zaman və yaxud yenisi quraşdırılan zaman orada iştirak etməmişdir. Təbii X13nın pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli akt nə poçt vasitəsi ilə, nə də başqa qaydada ona təqdim edilməmişdir. Evə gələn borc qəbzində 4320 manat pul ödənilməsi göstərilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən Cavabdehnə vurulmuş 3969,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 252,97 manat pulun və qarşılıqlı iddia üzrə ödənilmiş 62,50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4285,07 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məcburi qaydada tutularaq Cavabdeh İB-nın bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent X11 arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonent X8 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05090 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X13”nın tələblərinə əməl etmək) və “X13”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X13nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 604,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 10.xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1533 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 109,20 manat olmaqla, cəmi 3969,60 manat məbləğində Cavabdeh İByə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Abonentin xx.xx.2022-ci il tarixinə “Azəriqaz İB”-yə sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 252,97 manat borcu (debitor borc) da qalmışdır. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda ümumi olaraq 4222,57 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddiaya etiraz edərək bildirdi ki, mərhum ərinin istehlak etdiyi təbii qaza görə ödəniş etməli deyil. İddiaçı qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, məlum aktlar mərhum abonent Anar Baxışovun adına tərtib edilsə də, ondan miras qalmış evdə hazırda İddiaçı yaşadığından yaranmış borcu da o ödəməlidir. Tərtib edilmiş bütün aktlar və debitor borc qanunamüvafiqdir. Nümayəndə ilkin iddianın əsassız olması səbəbindən rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, T/17820 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X13”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşdə olan Cavabdeh İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X13nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, 10.xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında (abonent kodu: **********05090) yaşayan istehlakçı X1 kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, X11 həmin aktları imzalamamışdır. İş materiallarında olan AZ-İ 211090 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 10 mart 2006-cı il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Baxışova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 164704 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 470 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllə ünvanındakı fərdi evdə qeydiyyatsız yaşayır. İşdən görünür ki, hər iki tələbin predmetini Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdiyi aktlar əsasında hesablanmış borc (tutulması və silinməsi) təşkil etdiyindən məhkəmə bu tələbləri eyni əsasla həll etməyi məqbul hesab edir. İlkin iddia üzrə İddiaçı borcun silinməsi barədə tələbini onunla əsaslandırmışdır ki, bu borc onun mərhum əri A.Baxışovun adına tətbiq edildiyindən və həmin dövrdə o, qaz sayğacının yerləşdiyi evdə yaşamadığından ondan tələb edilə bilməz və bu borc silinməlidir. Məhkəmə İddiaçı bu dəlili ilə razılaşmır, çünki yaranmış borc onun mərhum əri A.Baxışovun adına tətbiq edilsə də və o, həmin dövrdə orada yaşamasa da, iş materiallarından görünür ki, hazırda orada yaşayır. Abonent kodu isə hazırda A.Baxışovun adınadır. Bununla yanaşı, mübahisəli evə dair hüquqmüəyyənedici sənədlər olmasa da, məhkəmə hesab edir ki, İddiaçı ərindən qalmış evdə yaşayaraq onu idarə etdiyindən (dolayı yolla miras aktivini qəbul etdiyindən) Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələbləri baxımından, ondan qalmış borcun (miras passivi) ödənilməsini də təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X13”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, Cavabdeh İB-nin tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 24 və ya 18 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qışpayız fəslində isə 8-10 saat istifadə etməsi qəbul olunarsa, onda İddiaçı Birliyə xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 98,4 manat (4,1 x 8 x 30 = 984 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr) və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 27,3 manat (3,5 x 6 x 13 = 273 kub.metr) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin 16 akt üzrə ümumilikdə 1211,1 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********05090) Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X13”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin borc məbləğinin artmasına şərait yaradıldığından qarşılıqlı iddia qismən əsaslı hesab edilməli, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, 10.xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 1211,1 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulub Cavabdeh İB-yə ödənilməlidir. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, mərhum A.Baxışovun, hazırda isə İddiaçı Birliyə 252,97 (112,20+105,52+33,48+201,77-170-30) manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait İddiaçı tutulub Cavabdeh İB-yə ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05090) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 81,9 (109,20-27,3) manat borc silinməli, ilkin iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə ilkin iddia əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə ilkin və qarşılıqlı iddia tələblərində göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05090) xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 81,9 manat borc silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 1211,1 manat pul, eləcə də X7 adına olan **********05090 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosu üzrə tələb olunan 252,97 manat debitor borcu tutularaq Cavabdeh hesabına ödənilməlidir. Tərəflər tələblərinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişlər. Ona görə də həmin hissələrdə hər iki iddia təmin edilməməlidir. Məhkəmə iddia tələblərinin tamamilə təmin edilməsi üçün kifayət qədər əsas tapmır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə ödənilmiş 62,50 manat dövlət rüsumunun 30 manat hissəsi İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05090) xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 81,9 manat borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 1211,1 manat pul, eləcə də X7 adına olan **********05090 saylı abonent koduna tərtib edilmiş abonentin saldosu üzrə tələb olunan 252,97 manat debitor borcu və 30 manat dövlət rüsumunun əvəzi tutularaq Cavabdeh hesabına ödənilsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-574/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-574/2022
01.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver