Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-574/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 23 mart 2015-ci il tarixli ABB YM 0225 nömrəli mənzilin alqı- satqısı haqqında müqaviləyə xitam verilməsi və ilkin ödəniş olaraq 5265 manat pulun və 15000 manat mənəvi ziyanın, həmçinin 31200 manat məbləğində pulun, 272 manat dövlət rüsumunun, ümumilikdə isə 51737 manat pulun alınaraq cavabdehdən alınaraq ona verilməsi və Beynəlxalq Banka ödənilməmiş 40646 manat kredit ödənişindən qalığın cababdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmədə izahatında bildirdi ki, İddiaçı 23 mart 2015-ci il tarixli ABB YM 0225 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti “AAAF-Park” yaşayış massivində 28 saylı küçəsində inşa edilmiş, bina 6, mərtəbə 12, ümumi sahəsi 80,9 kv.m. ibarət 2 otaqdan ibarət 52585 manat dəyərində olan 118 saylı mənzilin ilkin ödənişi 5265 manat ödəyərək qalan məbləği isə "xxxx" ASC-dən götürmüş olduğu 47320 manat məbləği "xxxx" MMC-yə ödədikdən sonra banka 120 ay müddətində ödəmək şərti ilə müqavilə imzalanmışdır. Belə ki, iddiaçı ödədiyi pulların ona qaytarılması ilə bağlı "xxxx" MMC-yə müraciət etsə də, iddiaçıya pulların qaytarılması ilə bağlı "xxxx" ASC-yə müraciət edilməli olduğu bildirilmişdir. Belə olan halda iddiaçıya ödədiyi pulun qaytarılması ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş, lakin, oradan iddiaçıya mənzilə görə ödənilmiş pulun "xxxx" MMC tərəfindən qaytarılmalı olduğu bildirilmişdir. Bununla əlaqədar iddiaçı yenidən "xxxx" MMC-yə müraciət edərək banka ödədiyi məbləğin qaytarılmasını xahiş etmişdir. Lakin "xxxx" MMC tərəfindən həmin pulun qaytarılmasından imtina olunmuş və həmin pulu hansı əsasla tələb etməyini əsaslandırmağı iddiaçıdan tələb olunmuşdur. Belə ki, iddiaçıyla "xxxx" MMC arasında bağlanmış 23 mart 2015-ci il tarixli mənzilinin alqı-satqısma dair müqaviləsinin 10.2-ci il bəndinə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və cəmiyyətə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar Cəmiyyətin birbaşa və dolayı bütün məsrəfləri və Azərbaycan Beynəlxalq Bank” ASC tərəfindən) üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı nəzərdə tutulmuşdur. Beləliklə tərəflər arasında bağlanmış 23 mart 2015-ci il tarixli ABB YM 0225 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə xitam verilməli, ilkin ödəniş olaraq 5265 manat pul və 15000 manat mənəvi ziyan “AAAF İNŞAAT MMC” tutulması, həmçinin 48 ay ərzində aylıq 650 manat olmaqla "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən götürmüş olduğu 47320 manat pul “AAAF İNŞAAT MMC” dən alınıb iddiaçıya qaytarılmalıdır. Cavabdehə pulunu qaytarmağı ilə bağlı dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçını aldatmış və boş vədlər vermişdir. Onuda qeyd etmək istəyir ki, həmin vaxtdan ev təhvil verilmədiyi üçün iddiaçı 2018-ci ildən kirayədə qalır və ay 375 manat kirayə haqqı ödəyir. Çünki iddiaçının yaşayacaq başqa yaşayış yeri yoxdur. Həmin dövrdə iddiaçı cavabdehin qaytaracağı pulu ala bilmədiyi və pula ehiyacı olduğu üçün ümumilikdə 15000 manat borc almış və aldığı borcun da cavabdehin qanunsuz hərəkətləri nəticəsində qaytara bilməmişdir. Buna görə də sözügedən 15000 manat pulun da cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, o, cavabdeh "xxxx" MMC xx.xx.2015-ci il tarixli ABB YM-0225 nömrəli Mənzilin alqı-satqısı haqqında müqaviləyə xitam verilməsi, ilkin ödəniş olaraq ödənilmiş 5265 manat və xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753 manat məbləğin İddiaçı qaytarılması tələbini qəbul edir. İddia tələbinin 15000 manat məbləğində mənəvi ziyanın, həmçinin 31200 manat məbləğində pulun, 272 manat dövlət rüsumunun, ümumilikdə isə 51737 manat pulun alınması və "xxxx" ASC-nə ödənilməmiş 40646 manat kredit ödənişindən qalıqın cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbini əsassız hesab edir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF- AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən borc alan İddiaçı Yasın qızına 120 ay müddətinə annunitet cədvəl üzrə hissə-hissə ödənilməsi şərti ilə illik 10 faiz dərəcəsi ilə 47320 manat məbləğində kredit vəsaiti ayrılmış və mədaxil edilmişdir. Sözügedən Təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsinin 6.2-ci bəndinə görə, kredit üzrə faizlər üzrə bu Müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan tarixdən hesablanır və ödəniş cədvəlinə əsasən (Əlavə №1) hər ayın 30 tarixindən gec otmayaraq Borcalan tərəfindən Borc verənə ödənilir. Həmin Kredit müqaviləsinin 6.4-cü bəndinə görə, kredit üzrə faizlər kredit borcu Borcverənə ödənildiyi günədək Borcalandan tutulur. Həmin Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, kredit müddəti 30 mart 2025-ci il tarixində saat 18:00-da bitir. Borc alan isə İddiaçı çıxış edir. Həmin Kredit müqaviləsinin 11, 12, 13 və 14-cü bəndlərində Borcverənin ("xxxx" ASC) və Borcalanın (İddiaçı) hüquq və vəzifələrində əlaqəli öhdəliklərin icrasının gecikdirilməsi və sair hallarda Təminatlı Kredit müqaviləsi üzrə tələb hüququnun borc alan Nurtəkin Əjdərovaya ötürülməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin müddəalarında belə norma tənzimlənməmişdir. Hətta reqres hüququ nöqteyi-nəzərdən yanaşsa belə o hüququn əsas borcluya deyil, zaminə aid edilməsi aşkardır. Həmin Təminatlı Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəyə (kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli) əsasən, əsas kredit məbləğinə 120 ay müddətinə illik 10 faiz dərəcəsi ilə faiz borcunun hesablanması tərəflər arasında razılaşdırılmış və İddiaçı tərəfindən qəbul edilməklə qismən icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. "xxxx" ASC-nin Müştəri Xidməti Departamentinin MXK0591 nömrəli xx.xx.2020-ci il tarixli məktubu əsasında müəyyən edilmişdir ki, sözügedən 30 mart 2015-ci il tarixli 11-xx-xx-2015-YS- AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla cəmi 31200,80 manat məbləğində ödəniş edilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə borc 32566,81 manat əsas kredit borcu və 5188,62 manat faiz borcu olmaqla cəmi 37755,43 manat təşkil edir. Həmin Təminatlı kredit müqavilənin müddəalarından irəli gələrək ödənilməmiş pul vəsaitinin tələb hüququ İddiaçı deyil, "xxxx" ASC-nə məxsusdur. Bununla da, açıq aşkar görünür ki, hazırki mübahisə hüquq və vəzifələrini özündə saxlayan "xxxx" ASC-nin maraqlarına toxunur. İddiaçının Banka ödədiyi faiz məbləğinin cavabdeh Cəmiyyətdən tələb edilməsinin hüquqi əsası yoxdur. Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bundan başqa, iddia tələbinin “cavabdeh MMC-dən 15000 manat məbləğin tutulması” hissəsinin hüquqi əsası yoxdur. İddiaçı iddia ərizəsinin təsviri hissəsində pula ehtiyac olduğu üçün 15000 manat məbləğində borc aldığını göstərir. Halbuki iddiaçı Əjdərova xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015-YS- AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən 120 ay müddətinə cədvəl üzrə hissə-hissə Banka ödənilməsi öhdəliyini qəbul etmişdir. Eyni zamanda, İddiaçı ödəniş üçün 15000 manat məbləğində borc pul almasını əsassız göstərməsinə baxmayaraq qanunsuz olaraq, mənəvi ziyan kimi tələb edir. Maddi ziyanla bağlı Ali Məhkəmə Plenumunun müvafiq qərarı və formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. “İnsan hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məlıkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü bürıızə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11,2008-ci il tarixli Qərarından irəli gələrək, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki tələb üzrə Cəmiyyətin müqavilə üzrə öhdəliyinin icrasının gecikdirilməsi qanunsuz hərəkət və ya hərəkətsizlik kimi qiymətləndirilə bilməz. İddiaçı tələbinin maddi zərərlə bağlı hissəsi xx.xx.2015-ci il tarixli ABB YM-0225 nömrəli Mənzilin alqı-satqı müqaviləsi ilə sözügedən mənzili "xxxx" ASC-nin vasitəsilə kreditlə alan zaman həmin anda "xxxx" MMC mübahisəli mənzilin inşa edilməkdə olması, habelə "xxxx" ASC ilə uzun müddətli kredit öhdəliyini götürməsi faktları və kirayə yaşamasına dair subutlann təqdim edilməməsi tələbin əsassızlığını şərtləndirir. Bundan əlavə, İddiaçı 48 ay ərzində aylıq 650 manat olmaqla cəmi 31200 manat məbləğinin Banka ödənilməsini qeyd edərək cavabdeh MMC-dən tələb edir. Həmin iddia tələbinin 31200 manat məbləğinin ödənilməsi hissəsini qismən qəbul edir. Belə ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamentinin MXK0591 nömrəli xx.xx.2020ci il tarixli məktubu əsasında borc alan Əjdərovanın xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF- AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcundan ödəniş etmişdir. Cavabdeh MMC İddiaçı 31200 manat məbləğindən ödənilmiş 14753,19 manat əsas borcun qaytarılmasına dair tələbi qəbul edir. Qalıq 16447,61 manat faiz borcunun ödənilməsinə dair tələbi isə qəbul etmir. Çünki iddiaçı/borc alan İddiaçı xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə aylıq 47320 manat kredit vəsaitinin 120 ay müddətinə illik faiz dərəcəsi ilə üçüncü şəxs olan ABB-Banka qaytarılması öhdəliyini götürmüşdür. Məhz bu səbəbdən də cavabdeh MMC borclu İddiaçı tərəfindən Banka ödənilmiş əsas kredit borcunun qaytarılması tələbini qəbul edir. Lakin borclu İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə Banka ödənilmiş faiz borcunun qaytarılması tələbini qəbul etmir. Qeyd etdikləri kimi "xxxx" ASC qarşısında xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə əsas kredit borcunun faiz dərəcəsi ilə qaytarılması öhdəliyini cavabdeh MMC deyil, iddiaçı götürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli 2(105)-2656/2020 nömrəli qətnaməsində qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında müqavilə bağlandığı üçün iddia tələblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdehin sözügedən müqavilə öhdəliyini pozmasına görə iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.7-ci maddəsi çıxış edir. Həmin normanın dispozisiya şərtlərindən biri müqavilənin icra edilməməsi nəticəsində kreditora zərərin dəyməsi halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3602/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərannda hazırki oxşar mübahisə predmetinə düzgün hüquqi qiymət verərək yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarmışdır. Həmin Qərarda, tələb hüququnun yaranma əsaslarını diqqətə çatdıraraq əsas kredit borcuna görə hesablanmış faiz borcunun tələb hüququna qiymət vermişdir. Ali Məhkəmənin oxşar mübahisə predmetlərinə dair digər qərarları da mövcuddur. Bundan başqa, iddiaçı Əjdərovanın iddia tələbinin "xxxx" ASC-nə ödənilməmiş 40646 manat kredit ödənişindən qalıqın cavabdehin üzərinə öhdəlik kimi qoyulması” hissədinə münasibət olaraq bildiririk ki, əsas tələb üzrə münasibətlərə artıq məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-4719/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının 100 manat dəyəri cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilməsi qət edilmişdir. Məhkəmə aktı qanuni qüvvəsini almışdır. Məhz Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-4719/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya qaydasında şikayət verilməmiş və məhkəmənin mövqeyi ilə razılaşmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-4719/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsində sözügedən ödənilməmiş kredit borcunun müştərək qaydada İddiaçı və "xxxx" MMC-dən tutulması qət edildiyi təqdirdə iddiaçı Əjdərovanın hazırki tələbi uyğunsuzluq təşkil edir, maddi və prosessual hüquq normaları cəhətdən ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Sadalanan əsaslara, hüquq normalarını nəzərə alaraq, o, İddiaçı iddia tələbinin "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0225 nömrəli Mənzilin alqı-satqısı haqqında müqaviləsinə xitam verilməsi, həmin müqaviləsi üzrə 5265 manat ilkin ödəniş məbləğinin və xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753 manat əsas kredit borcun qaytarılması hissəsini qəbul edir və iddia tələbinin digər hissəsini qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 12, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 80,9 kv.mdən ibarət, 2 otaqlı, 118 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 52585 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən verilmiş MXK561 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-yə sözügedən 30 mart 2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla cəmi 31200,80 manat məbləğində ödəniş etmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə borc 32566,81 manat əsas kredit borcu və 5188,62 manat faiz borcu olmaqla cəmi 37755,43 manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4719/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının 100 manat dəyərinin cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilməsi, iddia tələbinin qalan hisssədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının "xxxx" MMC ilə 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqısatqı müqaviləsi bağlaması, mahiyyətinə görə müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 52585 manat olması, işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 8 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əssən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əssən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilməlidir. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı müəyəyn edilir ki, İddiaçı 23 mart 2015ci il tarixli, ABB YM-0225 saylı müqavilə ilə bağlı cavabdeh "xxxx" MMC-yə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 12, ümumi sahəsi 80,9 kv.m-dən ibarət, 2 otaqlı, 118 №-li mənzilə görə "xxxx" MMC-yə 5265 manat məbləğində ilkin ödəniş etmiş və xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsinə əsasən, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 47320 manat məbləğində kredit götürmüş, İddiaçı "xxxx" ASC-yə sözügedən 30 mart 2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla cəmi 31200,80 manat məbləğində ödəniş etmişdir.Qeyd olunan hallar iddiaçının nümayəndəsinin, cavabdeh şirkətin nümayəndəsinin izahatları, qeyd olunan müqavilələr və "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən verilmiş MXK561 nömrəli xx.xx.2019-cu il tarixli arayışla öz təsdiqini tapır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 həm məhkəmə iclasında verdiyi izahatında,həm də məhkəməyə göndərdiyi yazılı çıxışında "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, ABB YM-0225 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə 5265 manat ilkin ödəniş məbləğinin və xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753 manat əsas kredit borcun qaytarılması hissəsini qəbul etdiyini bildirdiyindən,məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmalı və AR MPM-in 220.4-cü maddəsinin ikinci cümləsinə əsasən əlavə əsaslandırmağa zərurət də aradan qalxmışdır. AR MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa iş materiallarında olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən verilmiş MXK561 nömrəli xx.xx.2019-cu il tarixli və Bankı” ASC-nin Müştəri Xidməti Departamentinin MXK0591 nömrəli xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, 30 mart 2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla cəmi 31200,80 manat məbləğində ödəniş edilmiş və iddiaçı hal-hazırda ödənilmiş 16447,61 manat faiz borcunun da cavabdeh təşkilatdan tuutlmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən banka ödənilmiş 16447,61 manat faiz məbləğinin cavabdehdən tutulması hissəsində haqlı deyildir. Belə ki, məhkəmə hesab edir ki,hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında müqavilə bağlandığı üçün iddia tələblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında müqavilə bağlandığı üçün iddia tələblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdehin sözügedən müqavilə öhdəliyini pozmasına görə iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.7ci maddəsi çıxış edir. Həmin normanın dispozisiya şərtlərindən biri müqavilənin icra edilməməsi nəticəsində kreditora zərərin dəyməsi halıdır. Odur ki, iddiaçının banka ödədiyi 16447,61 manat faiz məbləğinin onun zərərini təşkil edib etməməsi müəyyən edilməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, sözügedən faiz məbləği cavabdehin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yaranmış zərər kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, zərər dedikdə, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalma nəzərdə tutulur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulmuş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü biruzə verir. Başqa sözlə, müqavilə öhdəliyinin təqsirli şəkildə pozulması halında iddia olunan zərərlə cavabdehin hərəkəti (hərəkətsizliyi) arasında uyğun səbəbli əlaqə aşkar edilməlidir. Baxılan işdə iddiaçının tələb etdiyi 16447,61 manat onunla bank arasında bağlanmış kredit müqaviləsi əsasında götürdüyü borca görə hesablanmış faiz məbləğidir. Məlum olduğu kimi mülki hüquq münasibətlərində borc müqaviləsi bağlanarkən tərəflər əsas borca faiz hesablanıb ödənilməsini razılaşdıra bilərlər (Mülki Məcəllənin 741 -ci maddəsi). Faiz, borclunun götürdüyü vəsaiti hansı ehtiyacına sərf etməsindən asılı olmayaraq, kreditorun pulundan istifadə etməsinə görə ödədiyi vəsaitdir. Bu baxımdan borc götürülərkən razılaşdırılmış faizlər, vəsaitin hansı məqsədə sərf edilməsindən və. bu ehtiyacın uğurlu həllindən asılı olmayaraq borclunun kreditor qarşısındakı müqavilə öhdəliyidir. Başqa sözlə, borclu üçüncü şəxslərlə girdiyi hüquq münasibətlərindən (üçüncü şəxsin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən) asılı olmayaraq kredit müqaviləsi üzrə faizləri ödəmək öhdəliyini daşıyır. Bu baxımdan faiz borcunun hesablanması və ödənilməsi faktı özü-özlüyündə zərər kimi qiymətləndirilə bilməz.. Baxılan işin hallarından görünür ki, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə mənzilin dəyərini ödəmək üçün "xxxx" ASC-dən kredit götürmüş və həmin borca görə hesablanmış 16447,61 manat faiz məbləğini banka ödəmişdir. İddiaçının bankdan aldığı borc məbləğini cavabdehlə bağladığı müqavilə üzrə ödənişə sərf etməsi həmin borca hesablanmış faizin zərər təşkil etməsi anlamına gəlmir. Çünki, cavabdeh müqavilə öhdəliyini vaxtında icra edərək mənzili iddiaçıya vermiş olsaydı belə, sonuncu, bankdan borc alarkən razılaşdırdığı faiz məbləğini yenə də ödəməli olacaqdı. Başqa sözlə, cavabdehin hərəkətsizliyi (müqavilə öhdəliyinin icrasını gecikdirərək mənzili iddiaçıya vaxtında təhvil verməməsi) ilə kredit müqaviləsi üzrə bankın hesabladığı faiz məbləği arasında səbəbli əlaqə mövcud deyil. Bu baxımdan iddiaçının banka ödədiyi 16447,61 manat faiz məbləği cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində yaranan zərər kimi qiymətləndirilə bilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Bundan başqa İddiaçı 15000 manat məbləğində mənəvi ziyan tələb edir. “İnsan hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məlıkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11,2008-ci il tarixli Qərarından irəli gələrək, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin,qeyd olunan hallarla bağlı məhkəmədə sübutlar müəyyən edilmədiyindən məhkəmə iddia tələbinin bu hissədə də rədd edilməsi nəticəsinə gəlir. Bundan əlavə məhkəmə hesab edir ki,iddia tələbi 40646 manat kredit ödənişindən qalıqın cavabdehin üzərinə öhdəlik kimi qoyulması hissəsi də əsassız olduğundan rədd edilməlidir.Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 4719/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı hazırki tələb irəli sürməklə iddianın əsaslarını sübut etmək vəzifəsi daşıdığı halda,bunu edə bilməmiş,iddianın təmin olunmasına əsas verən hər hansı bir hala istinad etməmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 105,25 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin, "xxxx" MMC-dən mənzilə görə ilkin ödəniş olaraq ödənilmiş 5265 manat, təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753,19 manat əsas kredit borcu olmaqla, cəmi 20018.19 manat məbləğində pul və 105,25 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-574/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-574/2023
06.03.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver